Bu imkan, müraciət hüququnun sərbəst həyata keçirilməsinə şərait yaradılması,
müraciətə baxan subyektlərin fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası
vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının
(səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və
ya onların vəzifəli şəxslərinə ünvanlanan elektron müraciətlərin aidiyyəti subyektlərə göndərilməsini təmin
etmək üçün yaradılmışdır. Müraciətlərin qəbulu, qeydiyyatı və baxılması “Vətəndaşların müraciətləri
haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun qaydada həyata keçirilir. Müraciətin mətni
oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və
böhtana yol verilməməlidir.
Təqdim edilən müraciət “Vətəndaşların müraciətləri
haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-maddəsinin tələblərinə cavab vermədiyi üçün anonim sayılır.
Anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və
onlara baxılmır.
Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində məhkumluğun
olması (olmaması) barədə arayışların verilməsi.