Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

İnvestisiya şirkətinin həyata keçirdiyi investisiya xidmətlərini (əməliyyatlarını) və fond birjasının ticarəti təşkil edəcəyi bazarları genişləndirmək üçün icazənin verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Mərkəzi Bankı
Xidmətin məzmunu :
  • Bu xidmət Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən investisiya şirkətinin həyata keçirdiyi investisiya xidmətlərini (əməliyyatlarını) və fond birjasının ticarəti təşkil edəcəyi bazarları genişləndirmək üçün icazənin verilməsi ilə bağlı qaydaları müəyyən edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Mərkəzi Bankı
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Müvafiq icazə təqdim olunur
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 təqvim günü
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : 1-5-ci günlər
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 18:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Xidmətin göstərilmə yeri :
  • Mərkəzi Bankın inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
investisiya şirkətinin xidmətlərinin (əməliyyatlarının) və ya fond birjasının ticarəti təşkil etdiyi bazarların genişləndirilməsinə dair ərizə (mövcud və göstərilməsi nəzərdə tutulan yeni xidmətlər və ya bazarlar göstərilməklə)
- Kağız daşıyıcıda
investisiya şirkətinin xidmətlərinin (əməliyyatlarının) və ya fond birjasının ticarəti təşkil etdiyi bazarların genişləndirilməsi barəsində investisiya şirkətinin orqanı tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş surəti
- Kağız daşıyıcıda
genişləndirilən investisiya xidmətlərinə (əməliyyatlarına) görə əməkdaşların ixtisas şəhadətnamələri
- Kağız daşıyıcıda
genişləndirilən investisiya xidmətlərinə (əməliyyatlarına) və ya ticarəti təşkil edilən bazarlara dair informasiya texnologiyaları və telekommunikasiya sistemləri, kompüter proqramları haqqında məlumat
- Kağız daşıyıcıda
investisiya şirkətləri tərəfindən genişləndirilən investisiya xidmətlərinə (əməliyyatlarına) müvafiq olaraq "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununun 31.3-cü və 31.4-cü maddələri ilə müəyyən edilmiş kapitalın bank hesabına ödənilməsini təsdiq edən sənədlər
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Təqdim olunan sənədlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və icra edilməsi üçün aidiyyəti struktur bölməyə göndərilir. Müraciətin icrası üzrə müvafiq struktur bölmənin rəhbəri bilavasitə məsuliyyət daşıyır. Mərkəzi Bank müraciətə 30 təqvim günü ərzində baxır. Təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən edildikdə, müraciət edənlərə on beş iş günü müddətində bu barədə bildiriş göndərilir və onların aradan qaldırılması təklif olunur. Mərkəzi Bank həmin müddətdə müraciət edənlərə yazılı bildiriş göndərmədikdə, sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.
    Mərkəzi Bank icazənin verilməsi və ya bundan imtina barədə müraciət edənə əsaslandırılmış yazılı bildiriş göndərir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Mərkəzi Bankı


Ünvan: place Bakı şəh., R.Behbudov küç. 90,
Telefon: (+994 12) 493-11-22
Faks: (+994 12) 493-55-41
E-poçt: mail@cbar.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.cbar.az/
VÖEN: 9900071001
Ödəmə rekvizitləri: ------------------
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: ---------------
message