Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Qeydiyyata alınmış qeyri-kommersiya hüquqi şəxslər üçün fərdi e-pəncərə


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Xidmətin məzmunu :
  • Qeydiyyata alınmış qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı və onlara dair qeyri-kommersiya qurumlarının dövlət reyestrində mövcud olan məlumatlarının nəzərdən keçirilməsi, onlarla bağlı çıxarışların çap edilməsi, xidməti sənədlərin sistemləşdirilmiş şəkildə saxlanılması, avtomatik ümumiləşdirilməsi və statistik hesabatların hazırlanılması, müraciət, arayış və hesabatların elektron formada qəbulu və cavablandırılması, alınmış və verilmiş qrantların qeydə alınması, elektron xidmətlərin göstərilməsi, eləcə də digər qeyri-hökumət təşkilatları və sistemin iştirakçıları olan aidiyyəti dövlət qurumları ilə qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Qeydiyyat və notariat baş idarəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • elektron formada
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Qeydiyyata alınmış qeyri-hökumət təşkilatlarının fəaliyyətləri ilə bağlı dövlət orqanlarında mövcud olan məlumatları nəzərdən keçirmək, müvafiq çıxarışları çap etmək, üzvləri, o cümlədən qeyri-hökumət təşkilatının işinə cəlb olunmuş könüllülər barədə informasiyanı əlavə etmək, fəaliyyətləri ilə bağlı arayış, elan və məlumatları sistemdə yerləşdirmək, elektron xidmətlərdən vahid mənbədən istifadə etmək, qrantların ayrılması və verilməsi ilə bağlı məlumatları vahid bazada toplamaq, normativ hüquqi aktların bazasından istifadə etmək, qeyri-hökumət təşkilatlarının apardığı kargüzarlığı sistemləşdirilmiş qaydada vahid mənbədə saxlanılmasını təmin etmək.
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) :
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd : Xidmətin icra müddəti istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Real vaxt rejimi
İşin başlama vaxtı :
İşin sona çatma vaxtı :
Fasilənin başlama vaxtı :
Fasilənin sona çatma vaxtı :
Xidmətin göstərilmə yeri :
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
İstifadəçi adı və şifrə
- Elektron formada
Ödənilmə üsulları :
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Sistemə giriş: İstifadəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən
    verilmiş istifadəçi adını və şifrəni aidiyyəti sahələrə daxil edib “təsdiqlə” düyməsini vuraraq
    sistem tərəfindən eyniləşdirilir və əsas səhifəyə keçid alır;
    - Şifrənin dəyişdirilməsi: İstifadəçi əsas səhifənin yuxarı sağ küncündəki qeyri-hökumət
    təşkilatının adı əks olunan düymə vasitəsilə “şifrəni dəyişdirmək” menyusuna keçir və
    burada həm köhnə, həm də yeni şifrələri daxil edərək şifrəni dəyişdirir;
    - Qeyri-hökumət təşkilatlarının reyestr məlumatları ilə tanışlıq:
    - İstifadəçi sistemin əsas pəncərəsinin yuxarı hissəsində yerləşən “qeyri hökumət
    təşkilatının reyestr məlumatları” sahəsində özünün reyestr məlumatlarını nəzərdən keçirir;
    - “Qeyri hökumət təşkilatının reyestr məlumatları” sahəsinin aşağı sağ küncündə
    yerləşən “ətraflı” düyməsi vurulduqda əlavə olaraq təsisçilər, təmsilçilər, təşkilatın
    rəhbəri, nizamnaməsinə edilmiş dəyişikliklər, aldığı (verdiyi) qrantlar barədə
    məlumatları ehtiva edən cədvəllər açılır;
    - Cədvəllərdəki “ətraflı” düyməsi vasitəsilə istifadəçi orada yerləşən məlumatların hər
    birinin təfərrüatlı versiyası ilə tanış olur;
    - İstifadəçi qeyd olunan cədvəllərin sonunda yerləşən “ümumi məlumatlar” düyməsini
    aktivləşdirdikdə qeyri-hökumət təşkilatı barədə başlıca məlumatları əks etdirən sistemdən
    çıxarışı generasiya edir və “çap” düyməsi vasitəsilə onu çap edir.
    - Qeyri-hökumət təşkilatının fəaliyyətinə dair arayışların, elanların və digər
    məlumatların daxil edilməsi, eləcə də özünün və digər təşkilatların daxil etdikləri
    məlumatların nəzərdən keçirilməsi:
    - Əsas səhifənin orta hissəsində “Təşkilatın fəaliyyətinə dair arayışlar, elanlar və
    digər məlumatlar” sahəsi yerləşir. Burada istifadəçi özünün və digər qeyri-hökumət
    təşkilatlarınınbütün sistem istifadəçiləri üçün açıqlanılması məqsədilə yerləşdirdikləri
    arayış, elan və digər məlumatlarla tanış olur;
    - İstifadəçi yeni arayış, elan və ya məlumatın yerləşdirilməsini, redaktə edilməsini, eləcə də
    silinməsini sistemin əsas səhifəsinin yuxarı sağ küncündəki qeyri-hökumət təşkilatının
    adı əks olunan düymə vasitəsilə “arayışlar, elanlar, məlumatlar” menyusuna
    keçməklə həyata keçirir.
    - Fərdi elektron kabinet:
    Əsas səhifənin aşağı hissəsində “Fərdi elektron kabinet” sahəsi yerləşir. Bu sahədə
    aşağıdakı bölmələr mövcuddur:
    - “Müraciətlər” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi sistemin iştirakçıları olan
    qeyri-hökumət
    təşkilatlarına və dövlət orqanlarına müraciət göndərir, onlardan daxil olan məktubları
    nəzərdən keçirir;
    - “Statistika” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi qrantlar, əməkdaşlarının sayı,
    maliyyələşməsi barədə hesabatları hazırlaya bilər. Bundan başqa burada aidiyyəti
    dövlət qurumlarında mövcud olan həmin növ statistik göstəricilərlə tanış olmaq mümkündür;
    - “Elektron xidmətlər” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi sistemin iştirakçıları olan
    dövlət orqanları tərəfindən göstərilən bütün elektron xidmətlərdən vahid mənbədən
    istifadə edir;
    - “Qrantların qeydiyyatı üçün müraciət” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi bağladığı
    qrant müqavilələrinin, o cümlədən subqrantın, qranta əlavələrin, eləcə də qrant
    müqavilələrinə edilmiş dəyişikliklərin qeydə alınması üçün müraciət edir;
    - “Qeydiyyat proseduru və qeydiyyata alınmış təşkilatlar” bölməsi: Bu bölmə vasitəsilə
    istifadəçi qeyri-kommersiya hüquqi şəxsləri, qeydiyyatı
    proseduru və ya hər hansı qeyri-kommersiya təşkilatının qeydiyyata alınıb-alınmaması
    barədə məlumatı əldə edir;
    - “Mətbu nəşrlərin uçotu” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi mətbu nəşrlərin uçotu üçün
    müraciəti və sənədləri təqdim edir;
    - “Qanunvericilik” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi qeyri-hökumət təşkilatlarının
    fəaliyyəti ilə bağlı normativ hüquqi aktların bazasından istifadə edir;
    - “Dəftərxana” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi qeyri-hökumət təşkilatlarında aparılan
    elektron və kağız üzərində korrespondensiyanı sistemləşdirilmiş qaydada vahid mənbədə
    saxlayır;
    - “QHT-lərin axtarışı” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi reyestrdəki qeyri-hökumət
    təşkilatlarını axtarır, habelə açıq istifadə üçün nəzərdə tutulmuş reyestr məlumatları, arayış,
    elan və digər məlumatları ilə tanış olur.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada şikayət edə bilər.
    - Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Nazirliyin poçt ünvanına göndərilməlidir. Şikayətdə fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.
    - Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Fərdi elektron pəncərə" elektron məlumat sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Tam avtomatlaşdırlıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi


Ünvan: place Bakı şəhəri, Az1073, İnşaatçılar prospekti 1
Telefon: (99412) 510-10-01, 537-05-54
Faks: (99412) 538-08-57
E-poçt: contact@justice.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.justice.gov.az/
VÖEN: 1300286111
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5-ci günləri, E-poçt: international@justice.gov.az Qaynar xətt: (012) 5397675
message