Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) aylıq müavinətin təyin edilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) (müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda) müavinət təyin edilməsi ilə bağlı müraciətləri əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Nümayəndə vasitəsi ilə (Etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti)
  • Özünəxidmət (elektron sistemlər) vasitəsi ilə
  • Şəxsən
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • SMS məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Müavinət təyin edilir və ya təyin edilməsindən imtina edilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 10 gün
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarında həftənin 1-5-ci günləri DOST xidmət mərkəzləri – 1-5-ci günlər
İşin başlama vaxtı : 09:00:00 09:00 09:00
İşin sona çatma vaxtı : 18:00:00 18:00 18:00
Fasilənin başlama vaxtı : 13:00:00 13:00 13:00
Fasilənin sona çatma vaxtı : 14:00:00 14:00 14:00
Xidmətin göstərilmə yeri :
  • 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının inzibati binaları.
    2. "DOST" mərkəzlərinin inzibati binaları.
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edilməsi barədə icra hakimiyyəti başçısının sərəncamı
- Kağız daşıyıcıda
Valideynlik hüququndan məhrum olma haqqında məhkəmənin qərarı
- Kağız daşıyıcıda
Şəxsiyyət vəsiqəsi (yaşını, yaşayış yerini və ailə vəziyyətini təsdiq edən sənəd)
- Sənədin surəti (kağız formada)
Uşaqların doğum haqqında şəhadətnamələri
-
Ödənilmə üsulları :
  • Ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə təyin edilir.
    Müavinət şəxsin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı tərəfindən təyin edilir və ödənilir.
    Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanına zəruri sənədlərlə (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müvafiq İcra Hakimiyyətinin müvafiq sərəncamı və digər sənədlərlə) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur.
    Müraciətin qeydə alınması barədə müraciət edən şəxsə bildiriş və qəbz verilir. Müraciət poçtla edildikdə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı müraciətin daxil olduğu gündən ən geci 3 gün müddətində bu barədə ərizəçiyə məlumat göndərir. Mərkəzdə ən geci 10 gün müddətində müraciətlə bağlı Komissiya tərəfindən qərar qəbul olunur.
    Komissiya tərəfindən təyinatla bağlı imtina qərarı qəbul edildikdə, 5 gün müddətində səbəblər göstərilməklə müraciət edən şəxsə rəsmi məlumat verilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Sosial Müavinət və təqaüdlər üzrə informasiya ehtiyatı
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi


Ünvan: place AZ 1009, Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85
Telefon: (+994 12) 596-50-33
Faks: (+994 12) 596-50-34
E-poçt: info@mlspp.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.sosial.gov.az/
VÖEN: 1700093011
Ödəmə rekvizitləri:
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5-ci günləri. 142 - "Çağrı mərkəzi"
message