Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Ümumi müsahibənin keçirilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi
Xidmətin məzmunu :
  • Bu xidmət birinci-beşinci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri vəzifələri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədilə ümumi müsahibənin elan edilməsi, sənəd qəbulu, müsahibənin keçirilməsi, namizədin vəzifəyə uyğunluğunun müəyyən edilməsi və nəticənin elan edilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
  • Elektron və ya kağız sənədləşmə formalarında
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • KİV-də məlumatın verilməsi
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Namizədin vəzifəyə uyğunluğunun müəyyən edilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 20 gün
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz olaraq həyata keçirilir.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • vakant inzibati vəzifənin aid olduğu dövlət orqanının müəyyən etdiyi yerdə
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Şəxsiyyəti təsdiq edən sənəd
- Notarial qaydada təsdiq edilmiş surəti
Ali təhsil haqqında sənəd
- Notarial qaydada təsdiq edilmiş surəti
Sağlamlıq haqqında arayış (əvvəllər dövlət orqanlarında çalışmış və azı 5 il dövlət qulluğu stajı olan şəxslər barəsində)
- Sənədin əsli
Kadrlar uçotunun şəxsi vərəqəsi
- Sənədin əsli
2 ədəd 4x6 sm ölçüdə rəngli fotoşəkil
- Sənədin əsli
Ixtisas dərəcəsini təsdiq edən sənəd (olduğu təqdirdə)
- Notarial qaydada təsdiq edilmiş surəti (dövlət qulluğunda çalışmış şəxslər üçün) və ya dövlət orqanının rəhbəri tərəfindən təsdiq edilmiş surəti (dövlət qulluğunda çalışan şəxslər üçün)
Əmək kitabçası
- Notarial qaydada təsdiq edilmiş surəti (dövlət qulluğunda çalışmış şəxslər üçün) və ya dövlət orqanının rəhbəri tərəfindən təsdiq edilmiş surəti (dövlət qulluğunda çalışan şəxslər üçün)
Ərizə
- Sənədin əsli
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Ümumi müsahibənin keçirilməsi barədə elan Mərkəzin, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. Ümumi müsahibədə iştirak üçün sənədlər müsahibə elan edilən gündən 20 gün müddətində Mərkəzə təqdim edilə bilər. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Müsahibə komissiyasını üç nəfərdən ibarət tərkibdə, Mərkəzin bir nümayəndəsi və bir müstəqil ekspert daxil edilməklə, dövlət orqanı yaradır. Mərkəz müsahibə komissiyasına öz nümayəndəsi kimi müvafiq sahələr üzrə ekspert və (və ya) mütəxəssisləri cəlb edə bilər. Müsahibənin keçirildiyi vaxt və yer barədə namizədlərə müsahibənin keçirilməsinə ən azı beş gün qalmış dövlət orqanının internet saytı və Mərkəzin portalı vasitəsilə məlumat verilir. Müsahibəyə buraxılan namizədlərin siyahısı müsahibəni aparan müsahibə komissiyasının rəhbərinə hər dəfə müsahibə keçirilən gün müsahibə başlanmazdan əvvəl verilir. Müsahibə başlanarkən müsahibə komissiyasının rəhbəri tərəfindən namizədlərin siyahısı elan edilir və müsahibə komissiyasının üzvlərindən etirazları olub-olmaması soruşulur. Yaxın qohumluq və ya şəxsi yaxınlıq münasibətində olduqda, müsahibə komissiyasının üzvü özünə etiraz verir. Namizəd əsaslar olduqda, müsahibə komissiyasının hər hansı bir üzvünə etiraz edə bilər. Belə etiraz müsahibə başlanmazdan əvvəl olmalıdır. Müsahibə müsahibə komissiyası tərəfindən namizədlərə bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərinin yoxlamaqla vakant vəzifəyə uyğunluğunu müəyyən etmək üçün sualların, tapşırıqların verilməsi və namizəd tərəfindən həmin sualların cavablandırıllması, tapşırıqların həll edilməsi, namizədin dinlənilməsi, müsahibə komissiyası üzvləri tərəfindən müşahidənin aparılması və ehtiyac olduqda qısa izahların verilməsi yolu ilə həyata keçirilir. Hər bir namizədlə müsahibə fərdi qaydada ən azı 20 dəqiqə aparılır və müsahibənin nəticələri balla qiymətləndirilir. Müsahibənin nəticələri dövlət orqanının internet saytında və Mərkəzin portalında yerləşdirilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Namizədlər müsahibənin nəticələrindən inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər.
    İnzibati qaydada şikayət:
    - mərkəzi icra hakimiyyəti orqanlarında, onların yanında yaradılan dövlət agentliklərində və dövlət xidmətlərində, habelə mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlarda dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – həmin mərkəzi icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuralarına;

    - məhkəmə hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yaradılmış Apellyasiya Şurasına;

    - yuxarıda sadalanmış dövlət orqanları istisna olmaqla, Apellyasiya Şurası yaradılmayan digər dövlət orqanlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına verilir.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Dövlət Qulluqçularının Reyestri informasiya ehtiyatı
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi


Ünvan: place AZ1138, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m
Telefon: (+994 12) 502-47-92
Faks: (+994 12) 502-47-92
E-poçt: info@tqdk.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://dim.gov.az/
VÖEN: 1304673921
Ödəmə rekvizitləri: ----------------------
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: -------------
message