Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Nəqliyyat vasitələrində reklamın yayılmasına razılığın verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Xidmətin məzmunu :
  • Nəqliyyat vasitələrində reklamın yayılmasına razılığın verilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Nəqliyyat vasitələrində reklamın yayılması üçün icazə (razılıq) vərəqisinin verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 20 təqvim günü
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Qanunverciliklə dövlət rüsumu xidmət haqqı müəyyən edilməmişdir.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 00:00:00
İşin sona çatma vaxtı : 00:00:00
Fasilənin başlama vaxtı : 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00
Xidmətin göstərilmə yeri :
  • DİN BDYPİ-nin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Reklam yerləşdirilməsi planlaşdırılan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları göstərilməklə siyahısı, habelə onların qeydiyyat şəhadətnaməsinin nömrəsi və verilmə tarix
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Nəqliyyat vasitəsində yerləşdiriləcək reklamın məzmunu, cizgi təsviri və sxemi
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı yaxud reklam agenti arasında bağlanan müqavilə
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığı və xarici görkəminin reklam yerləşdirilməsi üçün yararlı olması barədə DYP-nin müayinə aktı
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Şəxs ərizə formasını dolduraraq tələb edilən sənədlərlə birlikdə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinə müraciət edir. Təqdim edilən sənədlərdə çatışmazlıqlar aşkar edildikdə şəxsə dərhal məlumat verilir. "Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları"nın 4-cü hissəsinə əsasən nəqliyyat vasitələrində reklamın yayılması nəqliyyat vasitələrinin mülkiyyətçiləri ilə bağlanmış müqavilələr və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsi tərəfindən verilən razılığa əsasən həyata keçirilir.
    - Azərbaycan Respublikasının ərazisində müvafiq qaydada dövlət qeydiyyatından keçmiş, texniki cəhətdən saz və müvafiq xarici görkəmi olan, bu Qaydalarda göstərilən şərtlərə cavab verən nəqliyyat vasitələri reklam daşıyıcısı kimi istifadə edilə bilər.
    - Reklam nəqliyyat vasitələrinin aşağıda göstərilən səthlərində yerləşdirilə bilər:
    - minik avtomobillərin və mikroavtobusların qapılarında (arxa qapıdan başqa) və qanadlarının yan səthlərində;
    - tramvay, troleybus və avtobusların banında pəncərə xəttinə qədər olan arxa və yan səthlərində;
    - yük, yük-sərnişin, yük-furqon (bortunda ağ maili zolağı olanlardan başqa), qoşqu və yarımqoşquların banının arxa və yan səthlərində;
    - motosikllərin yanacaq baklarında və alətlər qutusunun qapağında.
    - Nəqliyyat vasitələrində reklam lövhələrinin, lövhəciklərinin, işıqlanan tabloların və bunlara bənzər reklamların yerləşdirilməsinə yol verilmir.
    - Reklamla nəqliyyat vasitələrinin rənginin 50 faizindən artıq dəyişdirilməsinə icazə verilmir.
    - Nəqliyyat vasitələrinin ön hissəsində reklam yerləşdirmək qadağandır.
    - İxtisaslaşdırılmış nəqliyyat vasitələrində reklam yerləşdirilməsi qadağandır.
    - Ətrafları qapalı nəqliyyat vasitələrinin üzərində reklam verilə bilər. Burada reklamın həcmi ümumi sahənin 60 faizindən çox olmamalıdır.
    - Nəqliyyat vasitəsinin arxa hissəsində firma nişanı, telefonlar, loqotiplər və ünvan göstərilə bilər. Bu halda reklam nəqliyyat vasitəsinin arxa hissəsinin ümumi sahənin 40 faizindən çox olmamalıdır.
    -Nəqliyyat vasitələrində yerləşdirilən reklam nəqliyyat vasitəsinin əsas rəngi ilə kontrast yaradan rənglə çərçivəyə ayrılmalıdır, onun sahəsi reklam yerləşdirilməsi üçün tətbiq edilən səthin 50 faizindən çox olmamalıdır,
    - Nəqliyyat vasitələrində dövlət qeydiyyat nişanları və dövlət fərqlənmə nişanlarının görünməsini məhdudlaşdıran yerlərdə, işıqlanma cihazları və şüşələrdə reklam yerləşdirilməsi, istehsalçı zavod tərəfindən nəzərdə tutulmamış xarici işıq cihazlarının reklam məqsədi ilə quraşdırılması qadağandır.
    - Dövlət standartına müvafiq olaraq rəng qrafikası olan təyinatlı avtomobillər reklam yayılması üçün istifadə edilə bilməz.
    - Xüsusi nəqliyyat vasitələrinin rəng qrafikasına, təsvirinə və sairə oxşar reklamların nəqliyyat vasitələrində yayılmasına icazə verilmir.
    - Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi üçün işıq əks etdirən və gözqamaşdırıcı lak-rəng materiallarından istifadə olunmamalıdır.
    Yuxarıda qeyd edilənlərə uyğun olaraq 30 gün müddətində imtina halı olmadığı təqdirdə nəqliyyat vasitələrində reklamın yayımına icazə verilir.
    Nəqliyyat vasitələrində reklamın yayılma müddəti reklam yayıcısı ilə nəqliyyat vasitəsinin mülkiyyətçisi arasında bağlanmış müqavilədə nəzərdə tutulur.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Yaranan mübahisələrlə bağlı şəxs Daxili İşlər Nazirliyinə inzibati qaydada şikayət edə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Daxili İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Daxili İşlər Nazirliyinin e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin "Mərkəzi İnformasiya Sistemi"
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi


Ünvan: place Ünvan: AZ-1005, Bakı ş. Azərbaycan pr. 7
Telefon: Çağrı Mərkəzi: (+994 12) 102 Tel: (+994 12) 590-92-22
Faks: (+994 12) 492-45-90
E-poçt: info@mia.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: https://www.mia.gov.az/
VÖEN: 1700215291
Ödəmə rekvizitləri:
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:
message