Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant (sub-qrant, qranta əlavə) alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydə alınmasını əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
  • Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsi
  • Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Çağrı Mərkəzi
  • E-poçt vasitəsilə məlumatlandırma
  • KİV-də məlumatın verilməsi
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydə alınması barədə bildiriş
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 15 gün
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı : Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 4.1-ci bəndinin ikinci cümləsinə əsasən həmin Qaydanın 2-ci və 3-cü hissələrində göstərilən sənədlərin və ya məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilməsi müddəti 15 (on beş) günədək uzadıla bilər.
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz olaraq həyata keçirilir
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Qeyd edilməyib
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Xarici dildə tərtib edilən sənədlərin tərcüməsi
- Kağız daşıyıcılarda və ya sənədin skan olunmuş surətinin sistemə daxil edilməsi ilə
Xarici ölkədə tərtib olunan sənədlərin leqallaşdırılmış və ya apostil verilmiş nüsxələri
- Sənədin skan edilmiş surəti
Ərizə donorun adından başqa şəxs tərəfindən verildikdə, habelə müqaviləni (qərarı) qanuni təmsilçi olmayan şəxs imzaladıqda, onların müvafiq səlahiyyətə malik olması barədə sənəd (müqavilənin qeydiyyata alınması ilə bağlı sənədləri imzalamaq səlahiyyəti müqavilədə göstərilmədiyi halda)
- Sənədin skan edilmiş surəti
Müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan layihə
- Sənədin skan edilmiş surəti
Müqavilə (qərar), o cümlədən əlavə müqavilə (qərar) və ya onlarda edilmiş dəyişiklik
- Sənədin skan edilmiş surəti
Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi barədə ərizə (qrant xarici donor tərəfindən verildikdə)
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur)
Qrant müqaviləsinin (qərarının) və ya qrant müqaviləsində (qərarında) edilmiş dəyişikliyin qeydə alınmasına dair ərizə
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur)
Qrantın maliyyə-iqtisadi əsaslandırılması (qrant xarici donor tərəfindən verildikdə)
- Sənədin skan edilmiş surəti
Donor fiziki şəxs olduqda şəxsiyyəti təsdiq edən sənəd
- Sənədin skan edilmiş surəti
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Xidmət istifadəçisi müvafiq ərizə formalarını elektron xidmətin təqdim edildiyi internet ünvanından (https://e-services.economy.gov.az/qrantlar/qrantForm.aspx, http://e-gov.az.) yükləyərək doldurur və xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlərin skan edilmiş surətləri ilə birlikdə sistemə daxil edir.
    Elektron müraciət göndərildiyi gün sistemdə avtomatik qeydiyyata alınır və sorğunun qəbul edilməsi və sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir (bildiriş ekranda görünür və istifadəçinin elektron poçt ünvanına göndərilir).
    Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və məsul şöbəyə icra edilməsi üçün göndərilir.
    Qrant müqaviləsinin (qərarının) və ya qrant müqaviləsində (qərarında) edilmiş dəyişikliyin qeydə alınmasına dair ərizənin, xarici donor tərəfindən verilən qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi barədə ərizənin, müqavilənin (qərarın), o cümlədən əlavə müqavilənin (qərarın) və ya onlarda edilmiş dəyişikliyin, müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan layihənin, qrantın maliyyə-iqtisadi əsaslandırılmasının (qrant xarici donor tərəfindən verildikdə), ərizə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.4-cü bəndində göstərilən şəxslərin adından başqa şəxs tərəfindən verildikdə, habelə müqaviləni (qərarı) qanuni təmsilçi olmayan şəxs imzaladıqda, onların müvafiq səlahiyyətə malik olması barədə sənədin (müqavilənin qeydiyyata alınması ilə bağlı sənədləri imzalamaq səlahiyyəti müqavilədə göstərilmədiyi halda) və sənədlər xarici ölkədə tərtib olunduqda, onların leqallaşdırılmış və ya apostil verilmiş nüsxələrinin əsli məsul şöbənin müraciəti əsasında bilavasitə istifadəçi tərəfindən İqtisadiyyat Nazirliyinin Ümumi şöbəsinə təqdim edilir.
    Təqdim edilmiş sənədlərdə qeydə alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, müqavilənin (qərarın) qeydə alınması dayandırılır və təqdim edilmiş sənədlər müraciət etmiş şəxsə qaytarılmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 10 (on) gün müddət təyin edilir.
    Xarici donorlar tərəfindən verilən qranta dair müqavilələrin (qərarların) qeydə alınması zamanı müvafiq sənədlər daxil olduğu vaxtdan növbəti iş günündən gec olmayaraq, məsul şöbədə onların tamlığı, donorun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 oktyabr 2015-ci il tarixli 339 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın 1.2-ci bəndində göstərilmiş xarici donorlara aid olub-olmadığı müəyyən edilir və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi üçün qrant müqaviləsi (qərarı) və qrantın maliyyə-iqtisadi əsaslandırılması sifarişli poçt göndərişi vasitəsilə Maliyyə Nazirliyinə göndərilir və qrant müqaviləsinin (qərarının) qeydə alınması müddətinin axımı dayanır. Qrant müqaviləsinin (qərarının) qeydə alınması müddətinin axımı həmin qrantın məqsədəmüvafiq hesab edilməsi barədə rəy İqtisadiyat Nazirliyinə daxil olduqdan sonrakı gün başlanılır.
    Xarici donorların qrant vermək hüququnun əldə edilməsi barədə İqtisadiyyat Nazirliyinin göndərdiyi sənədlərə Maliyyə Nazirliyi tərəfindən onların daxil olduğu gündən 7 gün müddətində baxılır. Həmin sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda, qrantın maliyyə-iqtisadi məqsədə-müvafiqliyinə dair rəyin verilməsi müddəti 7 günədək uzadılır.
    Qrant müqaviləsinin (qərarının) qeydə alınmasından imtina olunduqda bu barədə istifadəçiyə əsaslandırılmış yazılı məlumat verilir.
    Təqdim olunan ərizələrin və sənədlərin təqdim edildiyi gündən, qeydiyyatın dayandırılmasına və ya imtinaya əsas olmadıqda, 15 (on beş) gün müddətində qrant müqaviləsi (qərarı) qeydə alınır və bu barədə müraciət edən şəxsə bildiriş verilir. Həmin sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilməsi müddəti 15 (on beş) günədək uzadıla bilər.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər qrant alınmasına (verilməsinə) dair müqavilənin (qərarın) qeydiyyata alınmasına dair qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı inzibati orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir.
    İstifadəçilər inzibati qaydada verdiyi şikayət üzrə qəbul edilmiş qərardan, orqanın hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi


Ünvan: place Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 84
Telefon: (012) 493-8867
Faks: (012) 492-5895
E-poçt: office@economy.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.economy.gov.az
VÖEN: 1700012751
Ödəmə rekvizitləri: Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi
Bakı şəhər Vergilər Departamenti
VÖEN: 1400305751
SWİFT: CTREAZ22
KOD: 210005
Müxbir hesab: 0132033003944
VÖEN (bank) 14011555071
Hesablaşma hesab: 2117131
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin I-V günləri, saat 9:00-18:00-dək. Fasilə 13:00-14:00-dək.
message