Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
Xidmətin məzmunu
:
|
-
Bu xidmət Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün ödənilməsi ilə bağlı münasibətləri əhatə edir.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü Azərbaycanın ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə təsis edilmişdir.
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu
-
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs
|
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
|
Xidmətin hüquqi əsası
:
|
-
- "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanı;
- "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında"Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 29 dekabr tarixli 803 nömrəli Fərmanı;
- Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli, 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə"nin 1.1 və 3.1.20-ci bəndləri.
|
Xidmətin həyata keçirilmə formaları
:
|
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
Çağrı Mərkəzi
-
E-poçt vasitəsilə məlumatlandırma
-
Poçt xidməti vasitəsilə məlumatlandırma
-
SMS məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
-
Təqaüd təyin edilir və ödənilir və ya təyin edilməsindən imtina edilir
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
|
Ödənişsiz : |
|
Rüsum : |
Rüsum yoxdur |
Xidmət haqqı : |
|
Ödənişlə bağlı qeyd : |
|
Ödənişin hüquqi əsası : |
|
Rüsumla bağlı əlavə qeyd : |
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Qeyd edilməyib
|
Xidmətin göstərilmə yeri
:
|
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
Qeyd edilməyib
|
Ödənilmə üsulları
:
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
Fərdi təqaüd Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsi hesabına verilir.
Şəxsə fərdi təqaüdün təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri” informasiya sisteminə daxil olduqdan sonra bu barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Sosial ödənişlər” altsisteminə ötürülür.
“Sosial ödənişlər” altsistemində şəxsə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilir.
Prezident təqaüdünün təyin edilməsi barədə şəxsin mobil telefon nömrəsinə sms bildiriş göndərilir.
Bunu müəyyən etmək mümkün olmadıqda, “142-çağrı mərkəzi” və ya DSMF-nin yerli şöbəsinin əməkdaşları tərəfindən şəxslə əlaqə saxlanılır və onaa təqaüdün təyin edilməsi ilə bağlı məlumat verilir.
.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərinə ndə və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
:
|
-
Sosial Müavinət və təqaüdlər üzrə informasiya ehtiyatı
|
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri
:
|
-
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
:
|
|