Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
|
Xidmətin məzmunu
:
|
-
- İcra qeydinin aparılması.
Borclunun olduğu yer üzrə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparırlar.
Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları
|
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
|
Xidmətin hüquqi əsası
:
|
-
- "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 15-ci bəndi,
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı"
- Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2011-ci il 22 dekabr tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın XI-ci Fəsli
|
Xidmətin həyata keçirilmə formaları
:
|
-
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
Yerində (şifahi və ya yazılı) məlumatlandırma
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
1 iş günü |
Ödənişsiz : |
|
Rüsum : |
30 USD |
Xidmət haqqı : |
|
Ödənişlə bağlı qeyd : |
|
Ödənişin hüquqi əsası : |
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 16.6.20-ci maddəsinə əsasən |
Rüsumla bağlı əlavə qeyd : |
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Qeyd edilməyib
|
Xidmətin göstərilmə yeri
:
|
-
Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
- "Notariat haqqında" Qanunun 34-cü maddəsinə əsasən əlavə məlumatlar və ya sənədlər tələb etmək, yaxud sənədləri ekspertizaya göndərmək lazım gəldikdə - bir aydan artıq olmayan müddətə təxirə salına bilər.
Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında məhkəmədən məlumat - məhkəmədə iş həll edilənədək dayandırılmalıdır.
Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə - on gün müddətinə təxirə salınmalıdır. Bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, artıq dayandırılmaya yol verilmir.
- "Notariat haqqında" Qanunun 40-cı maddəsinə əsasən aşağıdakı hallarda imtina edilməlidir: - təsdiq etmə qanuna zidd olduqda;
- fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə;
- hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda;
- qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; - təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda;
- əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda.
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
|
Borcu müəyyən edən sənədin əsli
- Kağız daşıyıcıda
|
İcra qeydinin aparılması ilə bağlı tələbkarın yazılı müraciəti
- Kağız daşıyıcıda
|
Dövlət rüsumunun ödənilməsi barədə sənəd
- Kağız daşıyıcıda
|
Müraciət edənin şəxsiyyətini təsdiq edən sənəd
- Kağız daşıyıcıda
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
- Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini, səlahiyyətini və notariat hərəkətlərin üzrə həqiqi niyyətini müəyyən edir, fəaliyyət qabiliyyətini yoxlayır, qanunvericiliklə tələb olunan sənədlər barədə məlumat verir, aparılan notariat hərəkətləri ilə bağlı müraciət edən şəxslərin hüquq və vəzifələrini izah edir, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərir, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətinin aparılması nəticələri barədə onlara xəbərdarlıq edir, təqdim edilmiş sənədlərin qanunvericiliyə uyğunluğunu öyrənir.
Qanunvericiliklə tələb olunan sənədlər, habelə aparılan notariat hərəkətinə görə tutulan rüsumun (haqqın) ödənilməsi barədə sənəd təqdim edildikdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən notariat hərəkəti aparılır və bu barədə notariat reyestrində qeyd edildikdən sonra sənəd aidiyyətə şəxsə təqdim olunur, müraciət etmiş şəxs isə isəmüvafiq notariat hərəkətinin aparılması barədə notariat reyestrində imza edir.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
- İstifadəçi xidmətlə bağlı istənilən məsələ barədə inzibati qaydada Xarici İşlər Nazirliyinə şikayət edə bilər. İnzibati şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Xarici İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Xarici İşlər Nazirliyinin e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
:
|
|
Xidməti həyata keçirən orqanların siyahısı :
|
|