Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Nəqliyyat vasitəsinin dövlət texniki baxışının keçirilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Xidmətin məzmunu :
  • Kənd təsərrüfatı texnikasının dövlət texniki baxışının keçirilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron və ya kağız sənədləşmə formalarında
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Tenxiki baxış talonunun verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 dəqiqə
Ödənişsiz :
Rüsum : 10 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 18.65.1.2-ci maddəsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - cümə günləri
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 18:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Xidmətin göstərilmə yeri :
  • Dövlət aqrar inkişaf mərkəzləri (DAİM)
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Ərizə
- Elektron və ya kağız formada
Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi
- Elektron və ya kağız formada
Sürücülük vəsiqəsi
- Elektron və ya kağız formada
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsi
- Elektron və ya kağız formada
Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd
- Elektron və ya kağız formada
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Agentliyin rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində texniki baxışın keçirilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı və müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsi, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilir. Müraciət edən şəxs müəyyən edilmiş qaydada doldurulmuş ərizəni və Təlimatın 2.4-cü bəndində göstərilən digər sənədlərin skan edilmiş surətlərini elektron formada Agentliyə təqdim edə bilər. Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi Agentliyin vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir. Nəqliyyat vasitəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir. Bildirişdə qeyd edilən nasazlıqlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinin həmin hissələrinə yenidən texniki baxış keçirilir. Bildirişdə qeyd edilən nasazlıqlar müəyyən edilmədikdə Agentliyin mərkəzi informasiya sistemi vasitəsilə nəqliyyat vasitəsinin dövlət texniki baxışından keçməsi barədə elektron talon tərtib olunur. Agentliyin mərkəzi informasiya sistemi nəqliyyat vasitəsinin dövlət texniki baxışından keçirilməsi barədə elektron talon tərtib olunduğu anda onu dərhal elektron qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sisteminə göndərir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sistemi texniki baxış haqqında elektron talonu hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə yerləşdirir və onu şəxsin elektron ünvanına (olduğu halda) göndərir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Xidmətlə bağlı ərizəçini razı salmayan istənilən məsələ barədə inzibati qaydada DAİM-ə, DAİM-in qərarlarından isə Aqrar Xidmətlər Agentliyinin Nəzarət və Qiymətləndirmə şöbəsinə, Agentliyin qərarlarından isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə şikayət verə bilər. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır və şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinin tələblərinə uyğun olaraq 1 ay müddətinə baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Yoxdur
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • Yoxdur
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi


Ünvan: place AZ1000,Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küç. 80
Telefon: (+99412) 4986449
Faks: (+99412) 4986449
E-poçt: web@agro.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.agro.gov.az
VÖEN: 1700069791
Ödəmə rekvizitləri: Adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.I.F.T.: CTREAZ22
Kənd Təsərrüfatı Nazirliyi
Hesab No.: AZ94CTRE00000000000002188301
VÖEN: 1700069791
Büdcə səviyyəsi: Fond 7
Büdcə təsnifatı: 142340
Ödəniş sənədində ödənişin məqsədi göstərilməlidir.
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin iş qrafiki: bazar ertəsi- cümə günləri saat 09:00-dan 18:00-dək; İstirahət günləri: şənbə, bazar.
message