Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotundan çıxarılması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotundan çıxarılmasını
    əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
  • Vergi ödəyicilərinə xidmət mərkəzləri
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölməsi vergi uçotundan çıxarılır və bu barədə ona məlumat verilir.
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 15 günədək
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı : Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv edilməsi, vergi ödəyicisinin filialın, nümayəndəliyin və ya digər təsərrüfat subyektinin (obyektin) olduğu yer üzrə uçotdan çıxarılması, nəzarət-kassa aparatlarının qeydiyyatdan çıxarılması, Pos-terminalların qeydiyyatdan çıxarılması, aktiv bank hesablarının bağlanması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrin (hesabatların) vergi orqanına təqdim edilməsi, son səyyar vergi yoxlaması prosedurları başa çatdırıldıqdan sonra yenidən müraciət edildikdə vergi uçotundan çıxarılır.
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz olaraq həyata keçirilir.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri.

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Hüquqi şəxsin ləğv edilməsini təsdiq edən sənəd
- Sənədin surəti (elektron və ya kağız formada)
Vergi ödəyicisinin uçota alınması barədə şəhadətnamə
- Sənədin əsli
Ərizə
- Sənədin əsli
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların 15 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar (Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv edilməsi, vergi ödəyicisinin filialın, nümayəndəliyin və ya digər təsərrüfat subyektinin (obyektin) olduğu yer üzrə uçotdan çıxarılması, nəzarət-kassa aparatlarının qeydiyyatdan çıxarılması, Pos-terminalların qeydiyyatdan çıxarılması, aktiv bank hesablarının bağlanması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrin (hesabatların) vergi orqanına təqdim edilməsi, son səyyar vergi yoxlaması prosedurları başa çatdırıldıqdan sonra) başa çatdıqdan sonra yenidən edilən müraciətə 15 gün müddətində baxılaraq xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölməsi vergi uçotundan çıxarılır və bu barədə vergi ödəyicisinə məlumat verilir.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçi xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqında" Azərbaycan Respublikası Qanununun 71-72 maddələrinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır və mahiyyət üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi


Ünvan: place Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti 155
Telefon: (012) 493-88-67
Faks: (012) 492-58 95
E-poçt: office@economy.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.economy.gov.az
VÖEN: 1700012751
Ödəmə rekvizitləri: Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi
Bakı şəhər Vergilər Departamenti
VÖEN: 1400305751
SWİFT: CTREAZ22
KOD: 210005
Müxbir hesab: 0132033003944
VÖEN (bank) 14011555071
Hesablaşma hesab: 2117131
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin I-V günləri, saat 9:00-18:00-dək. Fasilə 13:00-14:00-dək.
message