Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
|
Xidmətin məzmunu
:
|
-
- İcarə müqaviləsinin təsdiqi
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Şəhər və rayon notariat ofisləri
|
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
|
Xidmətin hüquqi əsası
:
|
-
- "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndi
- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"-nin 8.6 və 9.9-cu bəndləri
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 2-ci bəndi
|
Xidmətin həyata keçirilmə formaları
:
|
-
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
Yerində (şifahi və ya yazılı) məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
-
Icarə müqaviləsinin notariat qaydasında təsdiq edilir
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
1 gün |
1 gün |
1 gün |
Ödənişsiz : |
|
|
|
Rüsum : |
100 AZN |
15 AZN |
15 AZN |
Xidmət haqqı : |
15 AZN |
2.25 AZN |
2.25 AZN |
Ödənişlə bağlı qeyd : |
"Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən dövlət notariusları bu qanunun 17-ci maddəsinin birinci hissəsinin 6-cı və 8-ci bəndlərində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə (məsləhətlərin verilməsi, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrinin tərtib edilməsi, texniki işlərin yerinə yetirilməsi) görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində, bu qanunun 17-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə isə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinin 15 faizi miqdarında haqq tuturlar. |
"Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən dövlət notariusları bu qanunun 17-ci maddəsinin birinci hissəsinin 6-cı və 8-ci bəndlərində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə (məsləhətlərin verilməsi, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrinin tərtib edilməsi, texniki işlərin yerinə yetirilməsi) görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində, bu qanunun 17-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə isə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinin 15 faizi miqdarında haqq tuturlar.Xüsusi notariuslar tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət notariusları tərəfindən notariat hərəkətlərinin aparılması üçün müəyyənləşdirilmiş dövlət rüsumu miqdarında haqq tutulur.
|
"Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi dövlət notariusları bu qanunun 17-ci maddəsinin birinci hissəsinin 6-cı və 8-ci bəndlərində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə (məsləhətlərin verilməsi, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrinin tərtib edilməsi, texniki işlərin yerinə yetirilməsi) görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində, bu qanunun 17-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə isə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinin 15 faizi miqdarında haqq tuturlar.Xüsusi notariuslar tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət notariusları tərəfindən notariat hərəkətlərinin aparılması üçün müəyyənləşdirilmiş dövlət rüsumu miqdarında haqq tutulur. |
Ödənişin hüquqi əsası : |
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 10.7.3-ci maddəsinə əsasən müqavilədə tərəflər digər şəxslərdirsə (ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan və ya kənd təsərüfatı istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxs istisna olmaqla) - 80 manat dövlət rüsumu, xidmət haqqı 12 manat. |
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 10.7.1-ci maddəsinə əsasən müqavilədə tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə dövlət rüsumunun məbləği - 15 manat, xidmət haqqı 2,25 manat.
|
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 10.7.2-ci maddəsinə əsasən müqavilədə tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə -15 manat, xidmət haqqı 2,25 manat.
|
Rüsumla bağlı əlavə qeyd : |
|
|
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Dövr (Rüb, Ay) : |
|
|
|
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) : |
|
|
|
Günlər : |
"ASAN xidmət" mərkəzlərində həftənin 6-7-ci günləri |
Şəhər və rayon notariat ofislərində |
"ASAN xidmət" mərkəzlərində həftənin 1-5-ci günləri |
İşin başlama vaxtı : |
10:00:00 |
09:00:00 |
10:00:00 |
İşin sona çatma vaxtı : |
17:00:00 |
19:00:00 |
20:00:00 |
Fasilənin başlama vaxtı : |
00:00:00 |
13:00:00 |
00:00:00 |
Fasilənin sona çatma vaxtı : |
00:00:00 |
14:00:00 |
00:00:00 |
|
Xidmətin göstərilmə yeri
:
|
-
- "ASAN xidmt" mərkəzində yerləşən notariat ofisləri
- Şəhər və rayon notariat ofislərinin inzibati binaları
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
- "Notariat haqqında" Qanunun 34-cü maddəsinə əsasən əlavə məlumatlar və ya sənədlər tələb etmək, yaxud sənədləri ekspertizaya göndərmək lazım gəldikdə - bir aydan artıq olmayan müddətə təxirə salına bilər.
Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında məhkəmədən məlumat gəldikdə - məhkəmədə iş həll edilənədək dayandırılmalıdır.
Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə - on gün müddətinə təxirə salınmalıdır. Bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, artıq dayandırılmaya yol verilmir.
- "Notariat haqqında" Qanunun 40-cı maddəsinə əsasən aşağıdakı hallarda imtina edilir:
- müqavilənin təsdiq edilməsi qanuna zidd olduqda;
- müqavilənin təsdiq edilməsi barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə;
- hüquqi şəxsin adından bağlanan müqavilə onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda;
- qanunun tələblərinə uyğun olmayan müqavilə bağlandıqda;
- müqavilənin təsdiq edilməsi üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda;
- müqavilənin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda.
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən şübhə yaradan əməliyyatlarla bağlı müqavilənin təsdiq edilməsi maliyyə monitorinqi orqanı tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada dayandırıla bilər.
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
|
Müqavilə nümayəndə vasitəsi ilə bağlandıqda əlavə olaraq onun şəxsiyyətini təsdiq edən sənəd və səlahiyyətlərinə dair notariat qaydasında təsdiq edilmiş etibarnamə
- Kağız formada (sənədin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti)
|
Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd
- Kağız daşıyıcıda
|
Tərəflərin şəxsiyyətini təsdiq edən sənədlər
- Kağız daşıyıcıda
|
Dövlət rüsumunun və haqqın ödənilməsi barədə sənədlər
- Kağız daşıyıcıda
|
Daşınmaz əmlakı nikah dövründə əldə olunubsa icarəyə verilməsinə ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı
- Kağız formada (əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti)
|
|
Ödənilmə üsulları
:
|
-
Bank vasitəsi ilə
-
Nağd
-
Xüsusi ödəmə terminalı
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
- Notarius müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini, səlahiyyətini və notariat hərəkətlərin üzrə həqiqi niyyətini müəyyən edir, fəaliyyət qabiliyyətini yoxlayır, qanunvericiliklə tələb olunan sənədlər barədə məlumat verir, aparılan notariat hərəkətləri ilə bağlı müraciət edən şəxslərin hüquq və vəzifələrini izah edir, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərir, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətinin aparılması nəticələri barədə onlara xəbərdarlıq edir, təqdim edilmiş sənədlərin qanunvericiliyə uyğunluğunu öyrənir.
Qanunvericiliklə tələb olunan sənədlər, habelə aparılan notariat hərəkətinə görə tutulan rüsumun (haqqın) və göstərilən xidmətə görə alınan haqqın ödənilməsi barədə sənəd təqdim edildikdən sonra müqavilə iştirakçılar tərəfindən imzalanır, notarius tərəfindən təsdiq edilir, həmin notariat hərəkəti barədə məlumat notariat reyestrində qeyd edildikdən sonra sənədin nüsxələri tərəflərə təqdim olunur, sonuncular isə sənədin alınması barədə notariat reyestrində imza edirlər.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
-"Notariat haqqında” Qanunun 14-cü maddəsinə əsasən notariat fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılmasını təmin edir, daxil olmuş müraciətlərə vaxtında, o cümlədən yaradılmış internet saytı vasitəsilə cavab verir və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görür.
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
:
|
-
"Elektron notariat" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi
|
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri
:
|
-
"Əhalinin Dövlət Reyestri" Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
:
|
|
Xidmətin elektron ünvanı
:
|
|