Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə bağlaşma əsasında müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilmə


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
Xidmətin məzmunu :
  • Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin bağlaşma əsasında müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olması (seçilməsi, sənədlərin toplanılması və şəxsi işlərin tərtib edilməsi):
    - ən azı ümumi orta təhsili olan, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Bağlaşma imzalanmaqla şəxs həqiqi hərbi xidmətə qəbul edilir və ya bağlaşmanın imzalanmasından imtina edilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) :
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-6-cı günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda) (natorial qaydada təsdiq edilmiş)
- Kağız formada (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təqdim etməsi nəzərdə tutulmayıb)
Xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə
- Kağız formada (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təqdim etməsi nəzərdə tutulmayıb)
Təhsil haqqında sənədin surəti
- Kağız daşıyıcıda
4 ədəd (başıaçıq, anfas) 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil (kursantların həqiqi hərbi xidmətinə daxil olanlar üçün 4,5x6 sm ölçüdə)
- Kağız daşıyıcıda
Makina üsulu ilə yazılmış tərcümeyi-hal - 2ədəd
- Kağız daşıyıcıda
Ərizə və ya raport
- Kağız daşıyıcıda
Yaşayış yerindən və ailə tərkibi barədə arayış (natorial qaydada təsdiq edilmiş)
- kağız daşıyıcıda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təqdim etməsi nəzərdə tutulmayıb)
Doğum haqqında şəhadətnamənin surəti (natorial qaydada təsdiq edilmiş)
- Kağız formada (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təqdim etməsi nəzərdə tutulmayıb)
Şəxsən yazılmış tərcümeyi-hal - 1ədəd
- Kağız daşıyıcıda
Nikah haqqında şəhadətnamənin surəti (evli olduqda) (natorial qaydada təsdiq edilmiş)
- Kağız formada (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təqdim etməsi nəzərdə tutulmayıb)
Şəxsiyyəti təsdiq edən sənədin surəti (natorial qaydada təsdiq edilmiş)
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Həqiqi hərbi xidmətə qəbul üçün həqiqi hərbi xidmətə daxil olmasına dair bağlaşma tərtib edilir.
    Zərurət yarandığı halda müvafiq dövlət orqanlarının və ya hərbi hissələrin tələbnamələrinə (sifarişlərinə) uyğun olaraq, bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbul edilməsi üçün seçilmiş hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların sənədləri əsasında onların şəxsi işlərinin tərtib edilməsi və aidiyyəti üzrə göndərilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən həyata keçirilir.
    Bağlaşma əsasında könüllü həqiqi hərbi xidmətə qəbulla bağlı aşağıdakı tədbirlər həyata keçirilir:
    -ailə tərkibi və yaşayış yerinin yoxlanılması;
    -tibbi şəhadətləndirmənin keçirilməsi (Hərbi-həkim komissiyası);
    -peşə-psixoloji seçim üzrə tədbirlərin keçirilməsi;
    -bilik, bacarıq (qəbul olunacaq ixtisasa uyğun) və fiziki hazırlıq səviyyəsinin həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verməsinin yoxlanılması.
    Bağlaşma eyni hüquqi qüvvəyə malik üç əsl nüsxədən ibarət tərtib edilir. Bağlaşmanın bir nüsxəsi hərbi xidmətə daxil olan şəxsə verilir, digər nüsxəsi (nüsxələri) isə dövlət orqanının aidiyyəti qurumunda saxlanılır.
    Həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həqiqi hərbi xidmətə könüllü daxil olduqda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” və qəbul qaydaları ilə tanış edildikdən sonra, onlarla Azərbaycan Ordusunda həqiqi hərbi xidmətə daxil olmağa dair öhdəlik eyni hüquqi qüvvəyə malik iki əsl nüsxədən ibarət tərtib edilir.
    Bağlaşma hər iki tərəf imzaladıqdan sonra qüvvəyə minir. Şəxsin həqiqi hərbi xidmətə qəbul edilməsi barədə şəxsi heyət üzrə əmr verilir. Bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanların həqiqi hərbi xidmətinin başlanğıcı bağlaşmanın imzalandığı gün hesab edilir.
    Həqiqi hərbi xidmətə könüllü daxil olmuş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara (xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla), həmçinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə onların qəbul olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq, şəxsiyyəti təsdiq edən xidməti vəsiqələr verilir.
    Bağlaşmanı imzalanmaqdan imtina edildiyi halda, toplanmış sənədlər müvafiq qaydada məhv edilir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən götürülmüş şəxsi işlər həmin orqanlara qaytarılır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi


Ünvan: place AZ 1073, Bakı şəhəri, Parlament prospekti, 3.
Telefon: (012)539-29-15
E-poçt: apellyasiya@mod.gov.az, dti@mod.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.mod.gov.az
VÖEN: 1300162621
message