Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Yerquruluşu işlərinin aparılması və torpaq kadastr məlumatlarının hazırlanması


Dövlət orqanı :
  • Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi
Xidmətin məzmunu :
  • Bu xidmət torpaq sahələrinin yerquruluşu planından və dövlət torpaq kadastrı məlumatlarından çıxarışların verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Faks vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Torpaq sahələrinin yerquruluşu planından və dövlət torpaq kadastrı məlumatlarından çıxarışlar verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 5 iş günü
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı : Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən həyata keçirilən kadastr xidmətlərinin tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 10 noyabr 2010-cu il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmişdir                                                                                                              manatla Sıra №-si Xidmətlərin adı Tariflər (ƏDV ilə)   Daşınmaz əmlak barədə rastr, vektor məlumatların CİS məlumat bazasına daxil edilməsi və verilməsi 1.1 Bir daşınmaz əmlak elementi (tikili, bina, qurğu, kontur və s.) üzrə 1,50   Daşınmaz əmlak barədə mövcud qrafiki təsvirlərin və çöl ölçmə işlərinə dair məlumatların CİS məlumat bazasına daxil edilməsi daşınmaz əmlak elementi  (tikili, bina, qurğu, kontur və s.) üzrə 2.1 10-a qədər olduqda 1,0 2.2 11-20-yə qədər olduqda, 10-dan çox olan hər bir element üçün əlavə 0,10 2.3 21-30-a qədər olduqda, 20-dən çox olan hər bir element üçün əlavə 0,09 2.4 31-40-ə qədər olduqda, 30-dan çox olan hər bir element üçün əlavə 0,08 2.5 41-50-yə qədər olduqda, 40-dan çox olan hər bir element üçün əlavə 0,07 2.6 50-dən çox olduqda, 50-dən çox olan hər bir element üçün əlavə 0,05   Daşınmaz əmlakın kadastr informasiya bazasının yaradılmasının vaxt və istehsal normalarının dəyəri 3.1 Hazırlıq işləri- 1 əmlak kompleksi (səhmdar cəmiyyət və s.) 1,15 3.2 Mövcud faylların CİS sisteminə inteqrasiya olunması üçün redaktə olunması 0,50 3.3 Redaktə olunmuş faylların CİS sisteminə daxil edilməsi 0,40 3.4 Meta məlumatların hazırlanması üçün mövcud məlumatların redaktə olunması 0,70 3.5 Daşınmaz əmlakın əsas kadastr göstəricilərinin əks olunduğu cədvəllərin yığılması 3.5.1 Sütunların sayı 10-a qədər olduqda 0,60 3.5.2 Sütunların sayı 11-20-yə qədər olduqda 1,20 3.5.3 Sütunların sayı 21-dən çox olduqda 1,30 3.6 Mövcud faylların sistemləşdirilməsi (5 MB yaddaşla) 0,65 3.7 Məlumatların internetdən və ya diskdən qəbul olunması, ümumi fayla köçürülməsi və ümumi faylın kadastr məlumatlar bazasına daxil edilməsi 1,25   Daşınmaz əmlakın kadastr xəritələrinin (planının) tərtibi və müvafiq məlumatların verilməsi 4.1 1 dm2 planda konturların sayı 4.1.1 Konturların sayı 10-a qədər olduqda 100,0 4.1.2 Konturların sayı 11-20-yə qədər olduqda, 10 konturdan çox olan hər bir kontur üçün əlavə 2,60 4.1.3 Konturların sayı 21-30-a qədər olduqda, 20 konturdan çox olan hər bir kontur üçün əlavə 1,80 4.1.4 Konturların sayı 31-40-a qədər olduqda, 30 konturdan çox olan hər bir kontur üçün əlavə 1,20 4.1.5 Konturların sayı 41-50-yə qədər olduqda, 40 konturdan çox olan hər bir kontur üçün əlavə 0,60 4.1.6 Konturların sayı 50-dən çox, 50 konturdan çox olan hər bir kontur üçün əlavə 0,20   Daşınmaz əmlakın ünvan rekvizitlərinin naturada müəyyən edilməsi və dəqiqləşdirilməsi 5.1 Ünvan məlumatların müəyyən olunması (1 obyekt: 1 ünvan) 3,15   Daşınmaz əmlakın ünvan rekvizitlərinin ünvan reyestri sisteminə daxil edilməsi 6.1 Ünvan məlumatlarının bazaya daxil edilməsi (1 obyekt: 1 ünvan) 0,75   Daşınmaz əmlakın sxematik ünvan planlarının tərtibi və müvafiq məlumatların verilməsi 7.1 1 dm2 planda obyektlərin (ünvanların) sayı 7.1.1 Ünvanların sayı 10-a qədər olduqda 25,0 7.1.2 Ünvanların sayı 11-20-yə qədər olduqda, 10 ünvandan çox olan hər bir ünvan üçün əlavə 1,60 7.1.3 Ünvanların sayı 21-30-a qədər olduqda, 20 ünvandan çox olan hər bir ünvan üçün əlavə 0,80 7.1.4 Ünvanların sayı 31-40-a qədər olduqda, 30 ünvandan çox olan hər bir ünvan üçün əlavə 0,40 7.1.5 Ünvanların sayı 41-50-yə qədər olduqda, 50 ünvandan çox olan hər bir ünvan üçün əlavə 0,20 7.1.6 Ünvanların sayı 50-dən çox olduqda, 50 ünvandan çox olan hər bir ünvan üçün əlavə 0,10   Daşınmaz əmlakın kadastrından məlumatların təqdim edilməsi, o cümlədən elektron üsulla verilməsi 8.1 Bir daşınmaz əmlak elementi (tikili, bina, qurğu, kontur  və s.) üzrə 1,25 Qeyd: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın texniki inventarlaşdırılması işlərinin icrası zamanı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 04 nömrəli qərarı”nın 1-ci bəndinin cədvəl hissəsinin I-1-ci (Bina, tikili və qurğuların texniki inventarlaşdırılmasının aparılması) və I-2-ci (Torpaq sahələrinin inventarlaşdırılması) bölmələri tətbiq edilir.
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları"nın 5.1.7-ci yarımbəndi və 13.4-cü bəndi; Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi tərəfindən həyata keçirilən kadastr xidmətlərinin tarifləri barədə" 10 noyabr 2010-cu il tarixli, 1 saylı qərarı.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri Əmlak Xidmətləri Məkanı həftənin 1-5-ci günləri, saat 09:00 - 19:00 Əmlak Xidmətləri Məkanı şənbə və bazar günləri, saat 10:00 - 17:00
İşin başlama vaxtı : 09:00 09:00 10:00
İşin sona çatma vaxtı : 18:00 19:00 17:00
Fasilənin başlama vaxtı : 13:00 00:00 00:00
Fasilənin sona çatma vaxtı : 14:00 00:00 00:00
Xidmətin göstərilmə yeri :
  • - Əmlak Xidmətləri Məkanı;

    - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin inzibati binası.
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Sorğu (dövlət orqanları və ya bələdiyyələr tərəfindən təqdim edildikdə)
- Sənədin əsli
Xidmət haqqının ödənilməsi barədə sənəd
- Sənədin əsli
hüquq sahibinin adından ərizənin verilməsi səlahiyyətini təsdiq edən etibarnamə
- Sənədin əsli
Torpaqdan daimi istifadə hüququna dair dövlət aktları
- Sənədin surəti (kağız formada)
Ərizə (fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edildikdə)
- Sənədin əsli
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi
- Sənədin surəti (kağız formada)
Torpaq sahəsinin planı və ölçüsü (yalnız fiziki şəxslər üçün)
- Sənədin surəti (kağız formada)
Torpaq üzərində müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarını qanunvericiliyə uyğun olaraq təsdiq edən müqavilələr
- Sənədin surəti (kağız formada)
Torpaq sahəsinin ayrılması barədə qərar və sərəncamlar
- Sənədin surəti (kağız formada)
Hüquq sahibinin və ya onu təmsil edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd
- Sənədin surəti (kağız formada)
Daşınmaz əmlakın vahid dövlət kadastr planından çıxarış
- Sənədin surəti (kağız formada)
Daşınmaz əmlaka dair notarial qaydada təsdiq edilmiş və qeydiyyata alınmış icarə müqavilələri
- Sənədin surəti (kağız formada)
Torpağa mülkiyyət hüququna dair dövlət aktları
- Sənədin surəti (kağız formada)
Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış
- Sənədin surəti (kağız formada)
Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr (yalnız fiziki şəxslər üçün)
- Sənədin surəti (kağız formada)
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • İstifadəçilər xidmətdən istifadə etmək üçün ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Struktur bölmədə müraciətə və ona əlavə edilmiş sənədlərə baxılır. Daşınmaz əmlak obyektləri barədə kadastrdan çıxarışların istifadəçiyə təqdim edilməsi üçün müraciət qəbul edildikdən 5 (beş) gün müddətində daxil olmuş sənədlərdə göstərilən məlumatın daşınmaz əmlakın vahid dövlət kadastrında saxlanılan məlumatla eyniliyini müəyyən etmək məqsədi ilə ilkin araşdırma aparılır. Daşınmaz əmlak obyektinin eyniliyini, formalaşdırma üçün mümkünlüyünü müəyyənləşdirmək üçün kifayət qədər məlumat olmadıqda və ya ərizədə göstərilən məlumatın düzgünlüyünü müəyyən etmək mümkün olmadıqda obyektə onun olduğu yer üzrə baxış keçirilir, dəqiqləşdirilməsi məqsədi ilə obyektdə çöl geodeziya ölçmə işləri aparılır. İlkin araşdırmanın nəticələrindən asılı olaraq daşınmaz əmlak obyektinin vahid dövlət kadastr uçotuna alınması ilə bağlı müvafiq kameral işlər həyata keçirilir və kadastrdan çıxarış hazırlanıb rəsmiləşdirilərək dərhal istifadəçinin elektron ünvanına, kağız üzərində əsli isə poçt vasitəsilə poçt ünvanına göndərilir və ya birbaşa istifadəçiyə təqdim edilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi


Ünvan: place Azərbaycan, Bakı şəhəri, AZ 1025, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50
Telefon: (994-12) 490 24 08
Faks: (994-12) 490 33 59
E-poçt: office@emdk.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: emdk.gov.az
VÖEN: 2000015631
Ödəmə rekvizitləri: Rekvizitlər:
Adı: Mərkəzi Bank
Kodu: 501004
Müxbir hesab: AZ74NABZ011451700000000001944
VÖEN: 9900071001,
S.W.İ.F.T. NABZAZ2C
Alan müştəri;
Adı: Əmlak Məsələləri Dövlət Komitəsi
Hesab:AZ65 NABZ 0136 1150 0000 0000 4944
VÖEN: 2000015631
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş vaxtı: Həftənin I-V günləri saat 09.00 - 18.00-dək Fasilə: 13.00-14.00 arası
message