Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
Xidmətin məzmunu :
  • Bu xidmət Azərbaycan Respublikasında elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqramları, layihələrinin və tədbirlərin qrant şəklində ünvanlı maliyyələşdirilməsini əhatə edir
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron və ya kağız sənədləşmə formalarında
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Qrant müqaviləsi (qərarı)
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Qeyd edilməyib
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : 1-5 günlər
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 18:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun İcraçı direksiyası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Elmi-tədqiqat və layihə-konstruktor sənədləri
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanında doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ödənilmə üsulları :
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Qrant layihələrinin qəbulu, ekspertizası, araşdırılaraq seçilməsi, qərar qəbul edilməsi, hüquqi qeydiyyatı və maliyyələşdirilməsi prosesləri aşağıdakı mərhələlərdə aparılır:

    1-ci mərhələ - Qrant layihəsinin təqdim olunması:
    Bu mərhələdə müsabiqədə iştirakla bağlı elektron qeydiyyatdan keçmə (ASAN İmzadan istifadə olunmaqla), virtual şəxsi kabinetlərin yaradılması, layihənin formalaşdırılması və iştirakçıların layihəyə virtual dəvət olunması, layihənin əsas məzmununun on-line olaraq Azərbaycan və İngilis dillərində yüklənilməsi, redaktəsi (aralıq versiyanın yadda saxlanılması imkanı ilə) və müvafiq sənədlərin “e-Qrant” – “Qrant Layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə qəbulu həyata keçirilir. Bu mərhələdə tərtibat və qeydiyyatdan keçmə ilə bağlı qurum tərəfindən interaktiv məsləhət seminarları keçirilir, layihələrin ideyası Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində əqli mülkiyyət hüququnun subyekti qeydiyyatdan keçirilir.

    2-ci mərhələ - qrant layihələrinin texniki ekspertizası:
    Elektron formatda “e-Qrant” vasitəsilə təqdim olunmuş layihə və müvafiq sənədlər ilkin olaraq araşdırılır və texniki ekspetizadan keçən layihələr virtual yolla elmi ekspertizaya yönəldilir, texniki ekspterizadan keçməyən layihələrin rəhbərlərinə elektron-poçt vasitəsilə bildiriş göndərilir.

    3-cü mərhələ - Qrant layihələrinin elmi ekspertizası:
    Bu mərhələdə qrant layihələri müstəqil yerli və xarici ekspertlər cəlb olunmaqla “e-Qrant” sistemindən istifadə olunmaqla elmi ekspertizadan keçirilir, layihənin növündən asılı olaraq hər bir layihəyə 1-dən 5-dək konfidensial rəy verilir. Rəylər qurumun icraçı direksiyası və daimi ekspert komissiyası tərəfindən araşdırlır, sistemləşdirilir, hər bir layihə haqqında ayrıca olaraq rəy və arayışlar hazırlanır.

    4-cü mərhələ - Himayədarlar Şurasında müzakirə, qaliblərin elan edilməsi və maliyyələşdirilmə:
    Elmi ekspertizadan keçmiş və maliyyələşdirilməyə tövsiyə olunan hər bir layihə üzrə rəy və arayışlar, həmçinin maliyyələşdirilmə həcmi, icra müddəti, icraçıların tərkibi və digər zəruri məlumatlar qurumun Himayədarlar Şurasında müzakirə olunur və Şuranın yekun qərarından sonra müsabiqənin qalibləri elan olunur. Bu haqda məlumat rəsmi internet saytında, KİV-lərdə dərc olunur və fərdi qaydada qrant iddiaçılarına bildirilir. Müsabiqədə qalib gəlmiş layihələrin rəhbərləri ilə müqavilə bağlanılır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçirildikdən sonra, mərhələli maliyyələşmə həyata keçirilir, vaxtaşırı olaraq elmi-texniki və malliyyə monitorinqi həyata keçirilir, hesabatlar qəbul edilir, daimi ekspert komissiyasında müzakirə edilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Yaranan mübahisələrlə bağlı qrant iddiaçıları nəticələr elan olunduqdan sonra Fondun icraçı direksiyasına müraciət edə bilərlər. Müraciətlər Fondun saytında yerləşdirilmiş elektron müraciət xidməti vasitəsilə və ya yazılı şəkildə təqdim olunur. Müraciətə 1 ay ərzində baxılır və müvafiq qərar qəbul edilir və cavab verilir.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu


Ünvan: place Bakı şəhəri, Yusif Səfərov küçəsi–27, 9-cu mərtəbə
Telefon: (+994 12) 489 08 94
Faks: (+994 12) 489 08 92
E-poçt: info@elmfondu.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.sdf.gov.az/
VÖEN: 1701102761
Ödəmə rekvizitləri:
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Qrant layihələrinin idarə olunması üzrə məsul şəxs bazar ertəsi, çərşənbə, cümə 14:00-dan başlayaraq
message