Bu imkan, müraciət hüququnun sərbəst həyata keçirilməsinə şərait yaradılması,
müraciətə baxan subyektlərin fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası
vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının
(səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və
ya onların vəzifəli şəxslərinə ünvanlanan elektron müraciətlərin aidiyyəti subyektlərə göndərilməsini təmin
etmək üçün yaradılmışdır. Müraciətlərin qəbulu, qeydiyyatı və baxılması “Vətəndaşların müraciətləri
haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun qaydada həyata keçirilir. Müraciətin mətni
oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və
böhtana yol verilməməlidir.
Təqdim edilən müraciət “Vətəndaşların müraciətləri
haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-maddəsinin tələblərinə cavab vermədiyi üçün anonim sayılır.
Anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və
onlara baxılmır.
Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarına keyfiyyət sertifikatının verilməsi
Dövlət orqanı
:
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Xidmətin məzmunu
:
Bu xidmət Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sertifikatının verilməsini əhatə edir.
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
"İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC
Xidmətin hüquqi əsası
:
-“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi;
- “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu;
- “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa 3 nömrəli əlavə - “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 71-ci bəndi;
-“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 30.1.4-cü maddəsi;
-“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli Fərmanının 1-ci hissəsi;
- Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 aprel tarixli, 888 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.48-ci yarımbəndi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”;
-Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2012-ci il 30 iyul tarixli, 04 nömrəli Qərarı ilə təsdiq edilmiş "İxrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən keyfiyyət sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament";
-Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə" 2015-ci il 28 oktyabr tarixli 11 nömrəli Qərarı.
Xidmətin həyata keçirilmə formaları
:
Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
E-poçt vasitəsilə məlumatlandırma
Faks vasitəsilə məlumatlandırma
Poçt xidməti vasitəsilə məlumatlandırma
Telefon vasitəsilə məlumatlandırma
Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarına keyfiyyət sertifikatının verilməsi
Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli
Fərmanı ilə təsdiqedilmiş “AzərbaycanRespublikasınınTarif (qiymət) ŞurasıhaqqındaƏsasnamə”yə,
AzərbaycanRespublikası
Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli
Qərarı ilə təsdiqedilmiş “Dövləttənzimlənməsitətbiqolunantariflərin (qiymətlərin) formalaşmasıvətətbiqiüzərindədövlətnəzarətinintəminedilməsiQaydaları”nauyğunolaraqvə “İstehlakMallarınınEkspertizasıMərkəzi” MMC-ninmüraciətininəzərəalaraqAzərbaycanRespublikasınınTarif (qiymət) ŞurasıQƏRARA
ALIR:
2.1. “İstehlakMallarınınEkspertizasıMərkəzi”
MMC tərəfindəngöstərilənxidmətlərintariflərinintənzimlənməsibarədə”
AzərbaycanRespublikasıTarif (qiymət) Şurasının 2011-ci il
24 noyabr tarixli 9 nömrəli Qərarı;
2.2. “AzərbaycanRespublikasınınİqtisadiİnkişafNazirliyiyanındaAntiinhisarSiyasətivəİstehlakçılarınHüquqlarınınMüdafiəsiDövlətXidmətinintabeliyindəolanİstehlakMallarınınEkspertizasıBürosutərəfindəngöstərilənxidmətlərintariflərinintənzimlənməsibarədə”
AzərbaycanRespublikasıTarif (qiymət) Şurasının 24 noyabr
2011-ci iltarixli 9 nömrəliQərarındadəyişiklikləredilməsibarədə” AzərbaycanRespublikasıTarif (qiymət) Şurasının
2013-cü il 26 apreltarixli 2 nömrəli
Qərarı.
3. Bu qərar 1 noyabr 2015-ci iltarixindənqüvvəyəminir.
Azərbaycan
Respublikası
Tarif (qiymət) ŞurasınınsədriŞahin Mustafayev
Ödənişin hüquqi əsası :
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 30.1.4-cü maddəsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər :
Real vaxt rejimi
İşin başlama vaxtı :
00:00:00
İşin sona çatma vaxtı :
00:00:00
Fasilənin başlama vaxtı :
00:00:00
Fasilənin sona çatma vaxtı :
00:00:00
Xidmətin göstərilmə yeri
:
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:
- ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda (ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqların aşkar edildiyi hal istisna edilməklə);
- ərizəçi icazə verilməsi şərtlərini yerinə yetirmədikdə.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”nın 2.7-ci bəndinə əsasən aşağıda göstərilən şərtlər yerinə yetirilmədikdə sorğunun yerinə yetirilməsindən imtina olunur:
- məhsul təsdiqedici kod nömrəsinə malik olan müəssisə tərəfindən istehsal, emal olunsun və qablaşdırılsın;
- məhsul partiyasına sertifikatın verilməsi üçün ərizənin təqdim edildiyi tarixədək olan 15 (on beş) gün ərzində müəssisədə müvafiq qaydada keçirilən dövri ekspertizalar zamanı əhəmiyyətli çatışmazlıqlar olmasın;
- məhsulun ekspertizasına dair ekspertiza rəyi müsbət olduqda.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Gigiyenik sertifikatı
- Sənədin skan edilmiş surəti
Keyfiyyət sertifikatının alınması üçün ərizə
- Sənədin skan edilmiş surəti
Mənşə sənədi
- Sənədin skan edilmiş surəti
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd
- Sənədin skan edilmiş surəti (bank vasitəsilə ödəmə həyata keçirildikdə) və ya elektron (onlayn ödəmə həyata keçirildikdə)
Uyğunluq sertifikatı
- Sənədin skan edilmiş surəti
İxrac ediləcək məhsula dair hesab-faktura (invoys)
- Sənədin skan edilmiş surəti
İxrac olunan məhsulun növündən asılı olaraq mövcud qanunvericiliyə uyğun verilən baytarlıq şəhadətnaməsi
- Sənədin skan edilmiş surəti
Alqı-satqı müqaviləsi (kontraktı)
- Sənədin skan edilmiş surəti
İxrac olunan məhsulun növündən asılı olaraq mövcud qanunvericiliyə uyğun verilən fitosanitar sertifikatı
- Sənədin skan edilmiş surəti
Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə
- Sənədin skan edilmiş surəti
Ovlanmış heyvanlara müvafiq orqanın icazəsi
- Sənədin skan edilmiş surəti
Ovun qadağan olunmamış müddətdə ovlanması və müəssisəyə daxil olduğu haqda sənəd
- Sənədin skan edilmiş surəti
Avropa Komissiyasının müvafiq direktivləri və şura reqlamentləri ilə müəyyən edilmiş digər sənədlər
- Sənədin skan edilmiş surəti
Ödənilmə üsulları
:
Bank vasitəsi ilə
Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
Ərizə forması xidmətin təqdim edildiyi internet ünvanından (https://e-services.economy.gov.az/sertifikatlar/keyfForm.aspx) yüklənərək doldurulur və müvafiq sənədlərin surətləri ilə birlikdə təqdim edilir. Sorğu https://e-services.economy.gov.az/sertifikatlar/keyfForm.aspx internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir. Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və icra edilməsi üçün Dövlət Xidmətinə göndərilir. Dövlət Xidmətində sorğuya və ona əlavə olunmuş sənədlərə baxılır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”nın 2.7-ci bəndində göstərilən şərtlər yerinə yetirilmədikdə sorğunun yerinə yetirilməsindən imtina olunur. Keyfiyyət sertifikatının verilməsindən imtina edildikdə bu barədə istifadəçiyə əsaslandırılmış yazılı məlumat verilir. Sorğuda və ona əlavə edilən sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 1 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan sonra istifadəçi təkrar sorğu ilə müraciət edə bilər. Sorğuda və ona əlavə edilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə onlar sertifikat veriləcək məhsulun ekspertizasının keçirilməsi üçün 1 gündən gec olmayaraq “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-yə təqdim olunur. Məhsulun ekspertizası üçün analiz götürülür və ekspertiza aparılır. Ekspertiza nəticəsində tərtib olunan aktın bir nüsxəsi “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-də qalır, bir nüsxəsi istifadəçiyə verilir, digər nüsxəsi isə Dövlət Xidmətinə təqdim olunur. Ekspertizaların nəticələrinə əsasən Dövlət Xidməti tərəfindən istifadəçinin sorğusuna dair müvafiq qərar qəbul edilir. İmtina üçün əsas olmadıqda, keyfiyyət sertifikatının verilməsi haqqında qərar qəbul edilir. Keyfiyyət sertifikatının verilməsi haqqında qərar qəbul edildikdən sonra istifadəçi dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi təqdim edir. Bundan sonra sertifikat blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir. İstifadəçi keyfiyyət sertifikatı verilərkən uyğunluq sertifikatın, gigiyenik sertifikatın, alqı-satqı müqaviləsinin (kontraktı), ixrac olunan məhsulun növündən asılı olaraq mövcud qanunvericiliyə uyğun fitosanitar sertifikatı, baytarlıq şəhadətnaməsi, ovlanmış heyvanlara müvafiq orqanın icazəsi və ovun qadağan olunmamış müddətdə ovlanması və müəssisəyə daxil olduğu haqda sənəd, Avropa Komissiyasının müvafiq direktivləri və şura reqlamentləri ilə müəyyən edilmiş digər sənədlərin və ixrac ediləcək məhsula dair hesab-fakturanın (invoys) əslini Dövlət Xidmətinə təqdim edir. Təqdim olunan sənədlərin əsli surəti ilə uyğunluğu müəyyən edildikdən sonra ərizəçiyə qaytarılır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
İstifadəçilər keyfiyyət sertifikatının verilməsi barədə qəbul edilmiş qərarlardan və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
:
Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
Hökumət Ödəniş Portalı
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri
:
Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi
Bakı şəhər Vergilər Departamenti
VÖEN: 1400305751
SWİFT: CTREAZ22
KOD: 210005
Müxbir hesab: 0132033003944
VÖEN (bank) 14011555071
Hesablaşma hesab: 2117131
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:
Həftənin I-V günləri, saat 9:00-18:00-dək.
Fasilə 13:00-14:00-dək.