Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Daxili işlər orqanlarında xidmətə qəbul


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Xidmətin məzmunu :
  • Daxili işlər orqanlarında xidmətə qəbul məqsədi ilə müsabiqədə iştirakın təmin edilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • elektron formada
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Vətəndaşın daxili işlər orqanlarında xidmətə qəbul üzrə müsabiqədə iştirakına icazə verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 təqvim günü
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Qanunverciliklə dövlət rüsumu xidmət haqqı müəyyən edilməmişdir.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Elektron qaydada 7/24, kağız daşıyıcılarda iş günləri
İşin başlama vaxtı : 00:00
İşin sona çatma vaxtı : 00:00
Fasilənin başlama vaxtı : 00:00
Fasilənin sona çatma vaxtı : 00:00
Xidmətin göstərilmə yeri :
  • Daxili İşlər Nazirliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Ərizə-anket
- Elektron və ya kağız formada
Əmək kitabçası (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla)
- Sənədin əsli
Şəxsiyyəti təsdiq edən sənəd
- Sənədin surəti (kağız formada)
Şəxsən yazılmış tərcümeyi-hal
- Kağız daşıyıcıda
Hərbi bilet
- Sənədin əsli
Yaxın qohumları və himayəsində olan şəxslərin yaşayış yeri haqqında məlumatlar
- Kağız daşıyıcıda
Müvafiq təhsilə malik olmasını təsdiq edən sənəd
- Kağız daşıyıcıda
Yaxın qohumları və himayəsində olan şəxslərin iş yeri haqqında məlumatlar
- Kağız daşıyıcıda
Yaxın qohumları və himayəsində olan şəxslərin təhsili haqqında məlumatlar
- Kağız daşıyıcıda
Yaxın qohumları və himayəsində olan şəxslərin anadan olduğu haqqında məlumatlar
- Kağız daşıyıcıda
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • "Azərbaycan Respublikasının daxili işlər orqanla-rında xidmət keçmə haqqında Əsasnamə"nin 11-ci bəndinə əsasən daxili işlər orqanlarında xidmətə könüllük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyəti (qadınlar istisna olmaqla). Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
    Azərbaycan Respublikası müvafiq İcra Hakimiyyəti orqanının tədris müəssisələrinə yaşı 18-ə çatmamış tam orta təhsilli şəxslər də qəbul edilə bilərlər.
    Maliyyə, təsərrüfat, kriminalistik təhqiqatlar, tibb xidmətlərinə, həmçinin mühəndis-proqramçı, təhsil müəssisələrində orta və böyük rəis heyəti vəzifələrinə yaşı 35-dək olan şəxslər qəbul oluna bilərlər.
    Zərurət yarandıqda təhsil müəssisələrinə və digər xidmət sahələrinə yaşı 40-dək olan elmi dərəcəyə malik mütəxəssislər hal kimi qəbul oluna bilərlər.
    Əsasnamə ilə müəyyən edilmiş tələblərə cavab verən şəxslər siyahısı müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq edilən sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq müddətli müqavilə əsasında qəbul edilə bilərlər.
    Daxili işlər orqanlarında vəzifələrdə xidmətə qəbulla əlaqədar müsabiqə elan edilərkən iştifadəçi tərəfindən ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və tələb edilən sənədlərlə birlikdə həmin elektron ünvana daxili edilir və ya şəxsən təqdim edilir.
    Elektron və ya şəxsən müraciət daxil olduğu gün qeydiyyata alınır. Müraciətin qəbul edilməsi və icrası ilə bağlı ərizəçinin elektron ünvanına dərhal bildiriş göndərilir və ya şəxsən məlumat verilir.
    Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin sənədləri, həmçinin onların və yaxın qohumlarının haqqında məlumatlar Daxili İşlər Nazirliyinin müəyyənləşdirdiyi qaydada yoxlanılır. Zəruri hallarda xidmətə qəbul olunan şəxs barədə "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən tətbiq edilə bilər.
    Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin fiziki hazırlığı və sağlamlığı Daxili İşlər Nazirliyinin müəyyənləşdirdiyi qaydada yoxlanılmalıdır.
    Daxili işlər orqanlarında xidmətə qəbul müsabiqə və şəffaflıq əsasında həyata keçirilir (müsabiqədə test imtahanlarından və müsahibədən ibarətdir). Müsabiqənin elan edilməsi keçirilməsi və yekunlarına dair müvafiq qərarın qəbul edilməsi qaydası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Yaranan mübahisələrlə bağlı şəxs Daxili İşlər Nazirliyinə inzibati qaydada şikayət edə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Daxili İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Daxili İşlər Nazirliyinin e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi


Ünvan: place Ünvan: AZ-1005, Bakı ş. Azərbaycan pr. 7
Telefon: Çağrı Mərkəzi: (+994 12) 102 Tel: (+994 12) 590-92-22
Faks: (+994 12) 492-45-90
E-poçt: info@mia.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: https://www.mia.gov.az/
VÖEN: 1700215291
Ödəmə rekvizitləri:
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:
message