Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
|
Xidmətin məzmunu
:
|
-
Ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları
|
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
|
Xidmətin hüquqi əsası
:
|
-
- "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 4-cü bəndi;
- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"-nin 8.6 və 9.9-cu bəndləri;
- Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2011-ci il 22 dekabr tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın VII-ci Fəsli.
|
Xidmətin həyata keçirilmə formaları
:
|
-
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
Telefon vasitəsilə məlumatlandırma
-
Yerində (şifahi və ya yazılı) məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
-
Ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Qeyd edilməyib
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Qeyd edilməyib
|
Xidmətin göstərilmə yeri
:
|
-
Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
- "Notariat haqqında" Qanunun 34-cü maddəsinə əsasən əlavə məlumatlar və ya sənədlər tələb etmək, yaxud sənədləri ekspertizaya göndərmək lazım gəldikdə - bir aydan artıq olmayan müddətə təxirə salına bilər.
-Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında məhkəmədən məlumat gəldikdə - məhkəmədə iş həll edilənədək dayandırılmalıdır.
-Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə - on gün müddətinə təxirə salınmalıdır. Bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, artıq dayandırılmaya yol verilmir.
- "Notariat haqqında" Qanunun 40-cı maddəsinə əsasən aşağıdakı hallarda imtina edilməlidir: - təsdiq etmə qanuna zidd olduqda;
- şəhadətnamənin verilməsi başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; - şəhadətnamənin verilməsi barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə;
- şəhadətnamənin verilməsi üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlədə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda.
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
|
Şəhadətnamə verilməli əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd
- Kağız daşıyıcıda
|
Dövlət rüsumunun ödənilməsi barədə sənəd
- Kağız daşıyıcıda
|
Nikah haqqında şəhadətnamə
- Kağız daşıyıcıda
|
Müraciət edən ərin (arvadın) şəxsiyyətini təsdiq edən sənəd
- Kağız daşıyıcıda
|
Ərizə
- Kağız daşıyıcıda
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
- Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini, səlahiyyətini və notariat hərəkətlərin üzrə həqiqi niyyətini müəyyən edir, fəaliyyət qabiliyyətini yoxlayır, qanunvericiliklə tələb olunan sənədlər barədə məlumat verir, aparılan notariat hərəkətləri ilə bağlı müraciət edən şəxslərin hüquq və vəzifələrini izah edir, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərir, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətinin aparılması nəticələri barədə onlara xəbərdarlıq edir, təqdim edilmiş sənədlərin qanunvericiliyə uyğunluğunu öyrənir.
-Qanunvericiliklə tələb olunan sənədlər, habelə aparılan notariat hərəkətinə görə tutulan rüsumun (haqqın) ödənilməsi barədə sənəd təqdim edildikdən sonra notariat hərəkəti barədə məlumat notariat reyestrində qeyd edilir və Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən təsdiq edilmiş müvafiq şəhadətnamə müraciət etmiş şəxsə təqdim olunur, sonuncu isə sənədin alınması barədə notariat reyestrində imza edir.
-Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir.
-Şəhadətnamə ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər.
-Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah müqaviləsində və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
-Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artırılan vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchiz etmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah müqaviləsində və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
- İstifadəçi xidmətlə bağlı istənilən məsələ barədə inzibati qaydada Xarici İşlər Nazirliyinə şikayət edə bilər. İnzibati şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Xarici İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Xarici İşlər Nazirliyinin e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
:
|
|
Xidməti həyata keçirən orqanların siyahısı :
|
|