Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə bağlanması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin qalibi olan şəxslərlə, həmin daşımaların təşkili ilə əlaqədar münasibətləri tənzimləyən müqavilənin bağlanmasını nəzərdə tutur.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsilə və ya bilavasitə xidmət yerinə gəlməklə müraciət
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Bağlanmış müqavilə (kontrakt)
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 60 gün
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı : Müsabiqənin elan edilməsi ilə başlayan və qalibin (qaliblərin) müəyyən olunması ilə başa çatan müsabiqə prosesi 60 gündən artıq davam etməməlidir.
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : 1-5 günlər
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 18:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və onun yerli bölmələrinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Sərnişin və ya yük daşımaları üçün istifadə olunması nəzərdə tutulmuş avtonəqliyyat vasitələrinin hər biri üçün müvafiq hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət və digər qanuni əsaslarla istifadə (icarə, etibarnamə və s.) hüququnu təsdiq edən sənədlərin surəti
- Kağız daşıyıcıda
ərizəçi fiziki şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti
- Kağız daşıyıcıda
Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti
- Kağız daşıyıcıda
Ərizə
- Kağız daşıyıcıda
nəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnaməsinin surəti
- Kağız daşıyıcıda
Sürücülərin müvafiq kateqoriyalı sürücülük vəsiqəsinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda zəruri iş stajı və ya sürücülük təcrübəsi barədə təsdiqedici sənədlərin surəti
- Kağız daşıyıcıda
İşəgötürənlə işçi arasında əmək müqaviləsi bildirişi
- Kağız daşıyıcıda
Ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədlərin surəti
- Kağız daşıyıcıda
Müsabiqədə iştirak etmək hüququnun verilməsi
- Kağız daşıyıcıda
Ərizə nümayəndə tərəfindən təqdim edildiyi təqdirdə səlahiyyəti təsdiq edən etibarnamə
- Kağız daşıyıcıda
Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda - hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti
- Kağız daşıyıcıda
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə bağlanması üçün müsabiqə elan edilir. İştirakçılar tərəfindən müvafiq sənədlər təqdim edilir. Sənədlər qəbul edilir, xüsusi kitabda qeydə alınır və müəyyən edilmiş qaydada baxılır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, sənədlərin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq onların aradan qaldırılması barədə yazılı məlumatı iştirakçıya təqdim edir. Ərizəçi təqdim etdiyi sənədlərdəki çatışmazlıqları aradan qaldıraraq yenidən müraciət edir. Müsabiqənin başa çatdığı gündən 10 gün ərzində müsabiqə qalibi ilə müqavilə bağlanılır və qalibə marşrutun pasportu verilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən, xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
    Eyni zamanda, xidmət istifadəçiləri qəbul olunan qərarlardan, digər hərəkət və hərəkətsizlikdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apellyasiya Şurasına şikayət edə bilərlər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi


Ünvan: place AZ 1000, Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 33
Telefon: (994) 498-5838
Faks: (994) 498-7912
E-poçt: mincom@mincom.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.mincom.gov.az/
VÖEN: 9900033991
Ödəmə rekvizitləri: B1. Benifisiar (alan) bank
Adı: Dövlət Xəzinədarlıq Agentliyi (DXA)
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BIK:CTREAZ22
B2. Alan təşkilat
Adı: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Hesab №: AZ59CTRE00000000000002158570
VÖEN: 9900033991
D3. Büdcə təşkilatının kodu 142340
D4. Büdcə səviyyəsinin kodu 7
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Qaynar xətt - 1655
message