Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
Xidmətin məzmunu
:
|
-
Bu xidmət baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyasının və abilitasiyasının həyata keçirilməsi, reabilitasiya müddətində müvəqqəti yaşayış yeri ilə təmin olunması, həmçinin sosial-hüquqi, tibbi-sosial, sosial-məişət xidmətlərinin, sosial-məsləhət yardımının göstərilməsi üçün onların sosial xidmət müəssisələrinə qəbul edilməsi ilə bağlı münasibətləri əhatə edir.
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu
-
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs
|
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
|
Xidmətin hüquqi əsası
:
|
-
1. 30 dekabr 2011-ci il tarixli, 275-IVQ nömrəli “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 noyabr 2013-cü il tarixli, 320 nömrəli qərarı.
3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli, 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə"nin 1.1 və 3.1.20-ci bəndləri.
|
Xidmətin həyata keçirilmə formaları
:
|
-
Nümayəndə vasitəsi ilə (Etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti)
-
Şəxsən
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
Çağrı Mərkəzi
-
E-poçt vasitəsilə məlumatlandırma
-
Poçt xidməti vasitəsilə məlumatlandırma
-
SMS məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
-
Sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina edilməsi barədə qərar qəbul olunur
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
|
Ödənişsiz : |
|
Rüsum : |
Rüsum yoxdur |
Xidmət haqqı : |
|
Ödənişlə bağlı qeyd : |
|
Ödənişin hüquqi əsası : |
|
Rüsumla bağlı əlavə qeyd : |
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Dövr (Rüb, Ay) : |
|
|
|
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) : |
|
|
|
Günlər : |
Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarında həftənin 1-5-ci günləri |
DOST xidmət mərkəzləri – 1-5-ci günlər |
“DOST” xidmət mərkəzlərində həftənin 6-7-ci günləri |
İşin başlama vaxtı : |
09:00 |
09:00 |
10:00 |
İşin sona çatma vaxtı : |
18:00 |
18:00 |
13:00 |
Fasilənin başlama vaxtı : |
13:00 |
|
|
Fasilənin sona çatma vaxtı : |
14:00 |
|
|
|
Xidmətin göstərilmə yeri
:
|
-
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının inzibati binaları.
2. "DOST" mərkəzlərinin inzibati binaları.
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
1.Sənədlərin natamamlığı
2. Hüquqi əsası yoxdur
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
|
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
-
|
Sosial reabilitasiyaya ehtiyacı olan yetkinlik yaşına çatmayanların onlar üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisəsinə yerləşdirilməsi haqqında şəhər, rayon polis orqanının qərarı
-
|
|
Ödənilmə üsulları
:
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan uşaqların müəssisəyə qəbuluna müəssisəyə qəbul edilmək barədə uşaqların özünün yazılı və yaxud şifahi müraciəti, uşağın arzusunun nəzərə alınmasının onun mənafeyinə zidd olduğu hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın arzusu nəzərə alınmaqla, onun valideynləri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslərin müraciətləri,yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın müraciəti və şəhər, rayon polis orqanının uşağın müəssisəyə yerləşdirilməsi haqqında müvafiq qərarı əsasında baxılır
Müraciət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə və ya Nazirliyin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə təqdim edilir. Müraciət etmiş şəxs Fondun yerli orqanının sosial xidmət sektorunun əməkdaşı və ya “DOST” mərkəzinin sosial işçisi tərəfindən qəbul edilir və müraciəti dinlənilir.
Müraciət etmiş və ya yönləndirilmiş uşaqda onun müəssisəyə qəbul edilməsinə maneə yaradan xəstəliklərin olub-olmamasının müəyyən edilməsi məqsədilə o, “DOST” mərkəzinin sosial işçisi tərəfindən dərhal Mərkəzin tibb məntəqəsinə yönləndirilir və ya Fondun yerli orqanı tərəfindən ərazi üzrə səhiyyə müəssisəsinə müraciət edilir.
Tibbi müayinənin nəticəsinə əsasən, yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, uşağın sağlamlığı haqqında tibbi arayış təqdim edilir. Arayışa əsasən, sağlamlığı aşkar şübhə doğuran uşaqlar ixtisaslaşdırılmış müalicə müəssisələrinə göndərilirlər.
Sağlamlıq vəziyyəti müəssisəyə yerləşdirilməsi üçün maneə yaratmayan uşaqların sənədləri baxılıb müvafiq qərarın qəbul edilməsi məqsədilə Fonda göndərilir.
“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsi nəzərə alınaraq, müraciət Fonda daxil olduğu gündən 10 (on) iş günü müddətində baxılır və qərar qəbul edilir.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərinə ndə və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
:
|
|
Xidmətin elektron ünvanı
:
|
|