Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
Xidmətin məzmunu :
  • Bu xidmət ölkədə uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsi, akkreditasiya attestatının verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Uyğunluğu qiymətləndirən qurumlara akkreditasiya attestatının verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 60 iş günü
Ödənişsiz :
Rüsum : 20 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd :

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsi, akkreditasiya attestatının verilməsi üçün rüsum 20 manat 

Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsi, akkreditasiya attestatının verilməsi üçün rüsum 20 manat
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi
- Elektron və ya kağız formada
Qurumun "Əsasnaməsi"nin layihəsi
- Elektron və ya kağız formada
Qurumun "Akkreditasiya sahəsi"nin layihəsi
- Elektron və ya kağız formada
Qurumun "Pasportu"
- Elektron və ya kağız formada
Sertifikatlaşdırma və ya inspeksiya orqanının personalının iş təcrübəsini təsdiq edən sənədlər ( ali təhsil haqqında sənəd (diplom), əmək kitabçası)
- Elektron və ya kağız formada
Qurumun "Keyfiyyət üzrə rəhbəredici sənədi"
- Elektron və ya kağız formada
Ərizə
- Elektron və ya kağız formada
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində aşağıdakı inzibati prosedurlar nəzərdə tutulmuşdur:
    Akkreditasiya, bu Qanunun tələbləri nəzərə alınmaqla, akkreditasiya qaydaları əsasında aparılır.
    - Akkreditasiya aşağıdakı mərhələləri əhatə edir:
    - Uyğunluğu qiymətləndirən qurumun müraciəti;
    - Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsi;
    - Akkreditasiya orqanı tərəfindən yekun qərarın qəbul edilməsi.
    Uyğunluğu qiymətləndirən qurum akkreditasiyanın aparılması üçün akkreditasiya orqanına kağız üzərində yazılı və ya elektron formada müraciət edir.
    Akkreditasiya orqanı uyğunluğu qiymətləndirən qurumun akkreditasiya barədə müraciətini 10 iş günündən çox olmayan müddətdə araşdırır. akkreditasiya qaydalarında nəzərdə tutulmuş sənədlər və ya məlumatlar uyğunluğu qiymətləndirən qurum tərəfindən təqdim olunmadıqda, akkreditasiya orqanı həmin sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edir. Qiymətləndirmə mərhələsində, ilk növbədə, akkreditasiya üçün təqdim edilmiş sənədlər əsasında, akkreditasiya qaydalarına əsasən akkreditasiya tələblərinə uyğunluq qiymətləndirilir. Qiymətləndirmənin növbəti mərhələsində sahəyə xas texniki meyarlara uyğunluğun qiymətləndirilməsi aparılır.
    Çatışmazlıqlar və onların aradan qaldırılmasına dair düzəliş tədbirləri daxil olmaqla, qiymətləndirmənin nəticəsinə dair hesabat tərtib edildiyi gündən 5 iş günü müddətində ərizəçiyə təqdim edilir. Qiymətləndirmə hesabatında düzəliş tədbirləri üçün müddət aşkarlanan çatışmazlığın mahiyyətindən asılı olaraq təyin edilir.
    "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulmuş tələblərə və akkreditasiya tələblərinə uyğun olduğu halda, akkreditasiya orqanı uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar qəbul edilir və 2 iş günü müddətində uyğunluğu qiymətləndirən quruma akkreditasiya attestatı təqdim edilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçi xidmətin göstərilməsi ilə bağlı Azərbaycan Akkreditasiya Mərkəzinin vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada şikayət verə bilər.Şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Akkreditasiya olunmuş laboratoriyalar üzrə informasiya ehtiyatı
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi


Ünvan: place AZ 1147 Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 124
Telefon: (+994 12)449-99-59
Faks: (+994 12)440-52-24
E-poçt: office@azstand.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.azstand.gov.az
VÖEN: 1400386271
Ödəmə rekvizitləri: Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
VÖEN: 1400386271
Bank rekvizitləri:
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN: 1401555071
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
SWIFT BIK CTREAZ22
Hesab: AZ17CTRE00000000000002428501
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-dək iş günləri , şənbə, bazar və bayram günləri isə qeyri-iş günləridir
message