Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikasının Energetika Nazirliyi
|
Xidmətin məzmunu
:
|
-
Bu xidmət Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün xüsusi icazənin verilməsini əhatə edir.
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Azərbaycan Respublikasının Energetika Nazirliyi
|
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
|
Xidmətin hüquqi əsası
:
|
-
- "Lisenziya və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart 176-VQ nömrəli Qanunu
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydaları
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə xüsusi icazənin verilməsindən əvvəl və sonra yoxlamaların aparılması Qaydası”nın 2.1-ci bəndi
|
Xidmətin həyata keçirilmə formaları
:
|
-
Elektron və ya kağız sənədləşmə formalarında
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
E-poçt vasitəsilə məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
-
Xüsusi icazənin verilməsi
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
7 iş günü |
Ödənişsiz : |
Xidmət ödənişsiz həyata keçirilir |
Rüsum : |
|
Xidmət haqqı : |
|
Ödənişlə bağlı qeyd : |
|
Ödənişin hüquqi əsası : |
|
Rüsumla bağlı əlavə qeyd : |
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Dövr (Rüb, Ay) : |
|
|
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) : |
|
|
Günlər : |
"ASAN xidmət" mərkəzlərində həftənin 1-5-ci günləri |
"ASAN xidmət" mərkəzlərində həftənin 6-cı günləri |
İşin başlama vaxtı : |
10:00 |
10:00 |
İşin sona çatma vaxtı : |
20:00 |
17:00 |
Fasilənin başlama vaxtı : |
00:00 |
00:00 |
Fasilənin sona çatma vaxtı : |
00:00 |
00:00 |
|
Xidmətin göstərilmə yeri
:
|
-
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərinin inzibati binası
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
"Lisenziya və icazələr haqqında" Qanunun 20.1-ci maddəsinə əsasən icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:
1. ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda;
2. ərizəçi icazə verilməsi şərtlərini yerinə yetirmədikdə.
İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydalarının 2.4.-cü bəndinə əsasən xüsusi icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:
1. xüsusi icazənin verilməsi Azərbaycan Respublikasının milli təhlükəsizliyinə, siyasi, hərbi və iqtisadi maraqlarına zərər gətirə bildiyi halda;
2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə öhdəliklərə riayət olunmaması ehtimalı olduqda;
3. ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracına qadağa və ya məhdudiyyət qoyulmuş dövlətlər və son istifadəçilər olduqda;
4. təyinat ölkəsi Azərbaycan Respublikasının qarşısında öz öhdəliklərini yerinə yetirmədikdə;
5. Azərbaycan Respublikasının ərazisindən tranzit ərazisi kimi istifadə etməklə, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə toxunan ölkələrin ərazilərinə, habelə əks istiqamətdə malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) keçirilməsi ehtimalı olduqda;
6. araşdırma və yoxlamalar aparıldıqdan sonra ərizəçi (sifarişçi) tərəfindən doğru olmayan məlumatlar təqdim edildiyi aşkar olunduqda;
7. ixrac olunan malların kütləvi qırğın silahlarının yaradılmasında istifadə edilməsi ehtimalı və yaxud təyinat ölkəsinin həmin silahların yaradılmasında və istehsalında marağı olduğu halda;
8. sövdələşmələrdə iştirak edən vasitəçilər tərəfindən ixrac nəzarəti haqqında qanunvericiliyin tələblərinə riayət edilməməsi ehtimalı olduqda və yaxud onların hüquq pozuntuları etmiş şəxslərlə və ya terrorçu təşkilatlarla əlaqə ehtimalı olduqda;
9. sövdələşmələrdə digər faktlar aşkar edildikdə.
"Lisenziya və icazələr haqqında" Qanunun 25.1-ci maddəsinə əsasən İcazə aşağıdakı hallarda dayandırılır:
1. İcazə sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
2. icazənin sahibi icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə;
3. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda.
İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydalarının 6.1.-ci bəndinə əsasən xüsusi icazə aşağıdakı hallarda dayandırılır:
1. sifarişçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən xüsusi icazə sahibinin fəaliyyəti dayandırıldıqda;
3. xüsusi icazə sahibinin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;
4. xarici iqtisadi əməliyyat növünün həyata keçirilməsi üçün bu Qaydalarda tələb olunan şərtlərin pozulduğu aşkar edildikdə.
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
|
Tranzit üçün xarici ölkələrin diplomatik missiyalarının müraciətləri əsasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məktubu, malalan (mal göndərən), malın son istifadəsi və istifadəçisi haqqında ətraflı məlumat, malın texniki göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat vasitələrinin növləri və onların mənsub olduqları ölkə barədə məlumatlar
- Sənədin surəti (elektron və ya kağız formada)
|
Bağlanmış müqavilənin (kontraktın) surəti
- Sənədin surəti (elektron və ya kağız formada)
|
Ixrac edilən malın mənşə sertifikatının əsli
- Sənədin surəti (elektron və ya kağız formada)
|
Malalan (malgöndərən) və son istifadəçi haqqında məlumat
- Sənədin surəti (elektron və ya kağız formada)
|
Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti
- Sənədin surəti (elektron və ya kağız formada)
|
Fiziki şəxslər üçün-adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, tarix və vəsiqəni verən təşkilatın adı və ünvanı), xüsusi icazənin alınması ilə həyata keçirilən xarici iqtisadi əməliyyatın növü
- Sənədin surəti (elektron və ya kağız formada)
|
Hüquqi şəxslər üçün-hüquqi şəxsin adı, hüquqi ünvanı və xüsusi icazənin alınması ilə həyata keçirilən xarici iqtisadi əməliyyatın növü
- Sənədin surəti (elektron və ya kağız formada)
|
Ərizə
- Sənədin surəti (elektron və ya kağız formada)
|
|
Ödənilmə üsulları
:
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
Ərizəçi icazənin alınması üçün icazə verən orqana “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim edir. Yəni ərizə ərizəçi tərəfindən icazə verən orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. Ərizə yazılı formada tərtib olunmalıdır. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:
1. ərizəçinin müraciət etdiyi icazə verən orqanın adı;
2. ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar;
3. ərizə hüquqi şəxsin adından verildikdə onun adı və hüquqi ünvanı;
4. tələbin qısa məzmunu;
5. ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;
6. hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü;
7. ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.
Ərizəyə göstərilən sənədlər qoşma kimi əlavə edilir (icazə verən orqanın özü həmin sənədlər barədə məlumatları əldə edə bilmədikdə). Ərizə yuxarıdakı tələblərə cavab vermədikdə, icazə verən orqan ərizədə həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ərizəçiyə izah edir.
İcazə verən orqan sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçidən tələb olunur.
Ərizə icazə verən orqan tərəfindən qəbul edilir və qeydiyyata alınır. İcazə verən orqan ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq icazə verən orqan onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir.
Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman icazənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət icazənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları 10 iş günü ərzində göstərilən müddətdə aradan qaldırmadıqda icazə verən orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
İcazə verən dövlət orqanı tərəfindən ona təqdim olunmuş sənədlərdə məlumatların, texniki göstəricilərin dürüstlüyü yoxlanılır, xarici iqtisadi əlaqələrin həyata keçirilməsi üçün nəzərdə tutulmuş malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) siyahısına uyğunluğu müəyyən edilir. Bu uyğunluğu müəyyən etmək üçün təqdim olunmuş texniki göstəricilər və digər məlumatlar kifayət dərəcədə olmadığı hallarda icazə verən dövlət orqanı ərizəçidən əlavə məlumatları (malın XİF MN (xarici iqtisadi fəaliyyətin mal nomenklaturu) kodu; invoysun surəti; CMR-in (yol qaiməsinin) surəti) tələb edir.
Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra icazənin alınması üçün təkrar ərizə ilə icazə verən orqana müraciət edə bilər.
İcazə verən orqan təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən yuxarıda qeyd olunan müddətdən gec olmayaraq icazəni verir (müqaviləni imzalayır və ya ərizəçiyə münasibətdə tələb olunan hər hansı digər hərəkəti edir) və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir.
İcazə verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən icazə imzalanır və möhürlə təsdiq edilir.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
Şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati qaydada şikayət birbaşa və ya inzibati aktı qəbul etmiş inzibati orqan vasitəsilə şikayət instansiyasına təqdim edilir. İnzibati orqan 3 gün müddətində həmin şikayəti şikayət instansiyasına göndərməyə borcludur.
İnzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir.
İnzibati şikayət yazılı formada tərtib edilir. İnzibati şikayətdə aşağıdakı məlumatlar göstərilməlidir:
1. şikayətin verildiyi inzibati orqanın adı və ünvanı;
2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı), inzibati icraatda prosessual vəziyyəti;
3. barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik);
4. şikayəti verən şəxsin tələbi və tələbin əsasları;
5. şikayətin tərtib edildiyi tarix;
6. şikayəti verən şəxsin imzası.
İnzibati şikayət bu formal tələblərə cavab vermədikdə, inzibati orqan şikayətin həmin tələblərə uyğun olaraq düzəldilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini şikayətçiyə izah edir.
Şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur. Şikayət instansiyası tərəfindən bu 1 ay müddətində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Şikayət üzrə icraat zamanı şikayət instansiyası tərəfindən işə mahiyyəti üzrə və tam həcmdə baxılır, şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğu araşdırılır. Şikayət instansiyasının şikayət üzrə qərarı həm işdə olan, həm də əlavə təqdim olunmuş sübutlara əsaslanmalıdır. Şikayət instansiyası şikayətə baxılmasını heç bir halda şikayət olunan inzibati aktı qəbul etmiş inzibati orqana və ya onun vəzifəli şəxslərinə həvalə edə bilməz.
İnzibati şikayətə baxdıqdan sonra şikayət instansiyası aşağıdakı qərarlardan birini qəbul edir:
1. inzibati aktı dəyişdirmədən, inzibati şikayəti isə təmin etmədən saxlayır və ya
2. inzibati aktı tamamilə və ya qismən ləğv edir və işdə olan və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni inzibati akt qəbul edir və ya
3. inzibati aktı dəyişdirir;
4. inzibati şikayət inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən verilibsə, həmin şikayət üzrə aparılmış araşdırmanın nəticəsinə dair qərar qəbul edir.
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
:
|
|
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri
:
|
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
-
Qismən elektronlaşdırılıb
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
:
|
|
Xidmətin elektron ünvanı
:
|
|