Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
|
Xidmətin məzmunu
:
|
-
- Qeyri rəsmi nikahdan doğulan uşağın valideynlərinin elektron müraciəti əsasında atalığın müəyyən edilməsinin qeydə alınması.
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Şəhər və rayon qeydiyyat şöbələri
|
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları
-
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
-
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
-
Şəhər və rayon qeydiyyat şöbələri
-
Yerli icra hakimiyyəti orqanları
|
Xidmətin hüquqi əsası
:
|
-
- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci və 186-188-ci maddələri;
- "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının 2-ci hissəsinin 4-cü abzası;
- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.5-ci bəndi;
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 sentyabr tarixli 1160 nömrəli Fərmanının 9-cu hissəsi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.4-cü bəndi və 6-cı hissəsi
|
Xidmətin həyata keçirilmə formaları
:
|
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
E-poçt vasitəsilə məlumatlandırma
-
Telefon vasitəsilə məlumatlandırma
-
Veb sayt vasitəsilə məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
-
Atalığın müəyyən edilməsi haqqında elektron şəhadətnamə
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
1 iş günü |
Ödənişsiz : |
Xidmət ödənişsiz həyata keçirilir |
Rüsum : |
|
Xidmət haqqı : |
|
Ödənişlə bağlı qeyd : |
Xidmət ödənişsiz həyata keçirilir |
Ödənişin hüquqi əsası : |
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə doğumun, ölümün, övladlığa götürülmənin və atalığın (analığın) müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir. |
Rüsumla bağlı əlavə qeyd : |
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Qeyd edilməyib
|
Xidmətin göstərilmə yeri
:
|
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
- istifadəçi tərəfindən məlumatlar səhv daxil edildikdə;
- uşağın valideynlərinin və onlardan birinin şəxsiyyətini təsdiq edən sənəd qüvvədən düşdükdə;
- uşağa soyad qanunvericiliklə müəyyən edilmiş qaydada verilmədikdə;
- Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlərdən hər hansı biri xarici ölkədə tərtib edildikdə və ya sənəd barədə məlumat informasiya sistemində aşkar edilmədikdə
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
Qeyd edilməyib
|
Ödənilmə üsulları
:
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
- Xidmət istifadəçisi tərəfindən xidmətin həyata keçirilməsi üçün tələb olunan məlumatlar daxil edilməklə sorğu formalaşdırılır;
- Sorğuda göstərilən məlumatlar qeydiyyat orqanı tərəfindən informasiya sistemləri vasitəsi ilə eyniləşdirilir, məlumatların eyniləşdirilməsi mümkün olmadıqda bu barədə xidmət istifadəçisinə məlumat verməklə xidmətin göstərilməsindən imtina olunur;
- “Sorğuda göstərilən məlumatlar informasiya sistemi vasitəsi ilə eyniləşdirildikdən sonra 1 iş günü ərzində atalığın müəyyən edilməsi haqqında elektron şəhadətnamə hazırlanaraq xidmət istifadəçisinin “MyGov” portalındakı fərdi kabinetinə, habelə elektron poçt ünvanına göndərilir.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
- İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada şikayət edə bilər.
- Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Nazirliyin poçt ünvanına göndərilməlidir. Şikayətdə fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.
- Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
:
|
-
Vətəndaşlıq Vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi
|
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri
:
|
-
"Əhalinin Dövlət Reyestri" Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
:
|
|
Xidmətin elektron ünvanı
:
|
|