Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
|
Xidmətin məzmunu
:
|
-
Şəxslərin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirdikləri mallar üçün bəyannamələri elektron formada tərtib edərək gömrük orqanlarına təqdim etməsi.
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
|
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
-
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
-
Azərbaycan Respublikasının Vergilər Nazirliyi
|
Xidmətin hüquqi əsası
:
|
-
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 146-157-ci və 160-cı maddələri;
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2.1-ci hissəsi;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 22.1-ci bəndi;
“Gömrük nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 yanvar 2013-cü il tarixli 7 nömrəli Qərarı;
“Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli Qərarı.
|
Xidmətin həyata keçirilmə formaları
:
|
-
Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
Şəxsi kabinet vasitəsilə məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
-
Xidmətdən istifadə nəticəsində mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı elektron gömrük bəyannaməsi formalaşdırılır və gömrük orqanı tərəfindən qəbul edilir
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
|
Ödənişsiz : |
Xidmət ödənişsiz həyata keçirilir |
Rüsum : |
|
Xidmət haqqı : |
|
Ödənişlə bağlı qeyd : |
|
Ödənişin hüquqi əsası : |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2016-cı il tarixli 168
nömreli Qerarı ile təsdiq edilmiş "Gömrük yığımlarının məbləğləri"nin 2.4-cü bəndi |
Rüsumla bağlı əlavə qeyd : |
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Dövr (Rüb, Ay) : |
|
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) : |
|
Günlər : |
Həftənin hər günü |
İşin başlama vaxtı : |
00:00:00 |
İşin sona çatma vaxtı : |
00:00:00 |
Fasilənin başlama vaxtı : |
00:00:00 |
Fasilənin sona çatma vaxtı : |
00:00:00 |
|
Xidmətin göstərilmə yeri
:
|
-
Elektron Hökumət Portalı
https://www.e-gov.az/az/login/index/?return=/az/services/read/3505/0
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
Gömrük orqanının məsul əməkdaşı tərəfindən sənədlər toplusunun tamlığına nəzarət edilir. Sənədlərdə çatışmazlıq aşkar edilərsə, bəyannamə onu təqdim edən tərəfə qaytarılır və bu Bəyannamənin rəsmiləşdirilməsi üçün elektron xidmətin göstərilməsindən imtina edilir. Bəyannaməçi çatışmazlıqları aradan qaldırmaqla Bəyannaməni yenidən rəsmiləşdirməyə təqdim edə bilər. Sənədlərdə çatışmazlıq aşkar edilməzsə Bəyannamə xidmətin göstərilməsi üçün qəbul edilir.
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
|
Xarici ticarətin həyata keçirilməsini təsdiq edən müqavilə və ya şəxsin mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənəd, yaxud istənilən digər sənəd
- Sənədin surəti (elektron və ya kağız formada)
|
|
Ödənilmə üsulları
:
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
Bəyannaməçilər elektron xidmətin təqdim edildiyi internet ünvanına daxil olaqraq bəyannaməni doldurur, format-məntiqi yoxlanılmasını həyata keçirir, lazımı müşaiyətedici sənədləri əlavə edərək (elektron şəkildə və ya skan edilmiş surətlərini) Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilən virtual özəl şəbəkə kanalı vasitəsi ilə real vaxt rejimində malı rəsmiləşdirəcəkləri gömrük orqanına təqdim edirlər. İnteraktiv xidmətin istifadəçilərinin gücləndirilmiş elektron imzası olmalıdır.
Sorğunun qəbulu:
Bəyannamə sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və sistem tərəfindən ona bu barədə bildiriş göndərilir.
Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
Gömrük orqanının məsul əməkdaşı tərəfindən sənədlər toplusunun tamlığına nəzarət edilir. Sənədlərdə çatışmazlıq aşkar edilərsə, bəyannamə onu təqdim edən tərəfə qaytarılır və bu Bəyannamənin rəsmiləşdirilməsi üçün elektron xidmətin göstərilməsindən imtina edilir.
Bəyannaməçi çatışmazlıqları aradan qaldırmaqla Bəyannaməni yenidən rəsmiləşdirməyə təqdim edə bilər.
Sənədlərdə çatışmazlıq aşkar edilməzsə Bəyannamə xidmətin göstərilməsi üçün qəbul edilir.
Sorğunun icrası:
.Bəyannamə rəsmiləşdirmə üçün qəbul olunduğu halda Bəyannaməyə hüquqi status verilərək gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları” ilə müəyyən edilmiş aidiyyəti hərəkətlər həyata keçirilir.
Gömrük orqanının vəzifəli şəxsi bəyannamədə olan məlumatların tamlığını və düzgünlüyünü əlavə edilmiş sənədlərlə, o cümlədən aidiyyəti dövlət qurumları tərəfindən təqdim edilmiş məlumatlarla yoxlayır.
Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152-ci maddəsində göstərilən müddətdən artıq olmamalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli qərarı iıə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 2.6-cı bəndində göstərilən sənədlər həmin sənədi verən dövlət qurumu tərəfindən vaxtında sistemə daxil edilməlidir sənədin olmaması səbəbindən ləngimələrə görə məsuliyyət daşıyırlar.
Yoxlama zamanı texniki xarakterli səhvlər (gömrük qaydalarının pozulması və qaçaqmalçılıq faktları kimi səciyyələndirilməyən səhvlər) aşkar edildiyi halda bəyannamə səhvlərin aradan qaldırılması məqsədilə bəyannaməçiyə qaytarılır.
Səhv aşkar edilmədikdə bəyannamənin 47-ci qrafasında göstərilən məbləğlərin ödənildiyinə əmin olduqdan sonra müvafiq bəyannamə ilə rəsmiləşdirilən malların buraxılması və ya qanunvericiliklə müəyyən olunmuş digər əməliyyatların (baxış, gömrük yoxlaması) həyata keçirilməsi haqqında qərar qəbul edilir və bu barədə bəyannaməçiyə bildiriş göndərilir.
Məlumat mübadiləsi və sənədlərin ötürülməsi yalnız elektron şəkildə həyata keçirilir.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir.
Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Dövlət Gömrük Komitəsinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilə bilər. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı və ya poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.
Şikayətin baxılma müddəti:
Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
:
|
-
Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış məlumat bazası
|
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri
:
|
-
Elektron imza sertifikatları verilmiş dövlət qurumları,hüquqi və fiziki şəxslər üzrə informasiya sistemi.
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
:
|
|
Xidmətin elektron ünvanı
:
|
|