Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Xidmətin məzmunu :
  • Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Hüquqi və fiziki şəxslər tərəfindən sifariş edilmiş nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanının verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 1 iş günü 1 iş günü 1 iş günü
Ödənişsiz :
Rüsum : 22 AZN 17 AZN 10 AZN
Xidmət haqqı :

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 18.65.6 Dövlət qeydiyyat nişanlarının verilməsinə görə:

18.65.6.1. avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə:

 

Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası

Dövlət rüsumunun məbləği (manatla)

 

seriyası müxtəlif hərflərdən ibarət olduqda

seriyası eyni hərflərdən ibarət olduqda

001, 002, 003, 004, 005, 006, 007, 008, 009

1500

2500

100, 200, 300, 400, 500, 600, 700, 800, 900

1000

1500

111, 222, 333, 444, 555, 666, 777, 888, 999

500

1000

Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 18.65.6.2-ci maddəsinə əsasən bu Qanunun 18.65.6.1-ci maddəsinin cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə - 22 manat məbləğində dövlət rüsumu ödənilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 18.65.7-ci maddəsinə əsasən qeydiyyat şəhadətnaməsinin verilməsi üçün 17 manat məbləğində dövlət rüsumu ödənilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 18.65.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin qeydiyyatına görə (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) avtonəqliyyat vasitələri üçün 10 manat məbləğində, motonəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün 5 manat məbləğində dövlət rüsumu ödənilir;
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 00:00:00
İşin sona çatma vaxtı : 00:00:00
Fasilənin başlama vaxtı : 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00
Xidmətin göstərilmə yeri :
  • DİN-nin BDYPİ-nin ərazi üzrə müvafiq qeydiyyat-imtahan və texniki baxış şöbəsi
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Şəxsiyyəti təsdiq edən sənəd
- Kağız formada və ya elektron formada sənədin skan edilmiş surəti
Xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsinin qeydiyyat nişanı
- əsli
Qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlər və ya məhkəmənin qərarı
- Sənədin əsli
Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi
- Kağız formada və ya elektron formada skan edilmiş surəti
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd
- Kağız daşıyıcıda
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd
- Kağız daşıyıcıda
Xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsinin tranzit nişanı
- əsli
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Dövlət qeydiyyatı, nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların və ya vergilərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, sahibinin mülki məsuliyyətinin icbari sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir.
    Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə qeyd edilən sənədləri təqdim etməlidir.
    Müraciət qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün DİN BDYPİ-nin ərazi üzrə qeydiyyat-imtahan və texniki baxış məntəqələrinə elektron formada (internet vasitəsi ilə ) ünvanlanır. Sənədlər DİN BDYPİ-nin ərazi üzrə qeydiyyat-imtahan və texniki baxış məntəqələrində baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçiyə elektron poçtla dərhal bildiriş göndərilir və ya birbaşa məlumat verilir. İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətə baxılması davam edir və sifariş edilmiş dövlət qeydiyyat nişanın verilməsi məqsədi ilə DİN BDYPİ-nin ərazi üzrə qeydiyyat-imtahan və texniki baxış məntəqələri nəqliyyat vasitəsinin müayinəyə təqdim edilməsinin tarixi, vaxtı və yeri barədə istifadəçinin elektron poçt ünvanına məlumat göndərir və ya məlumat verir. Nəqliyyat vasitəsi DİN BDYPİ-nin ərazi üzrə qeydiyyat-imtahan və texniki baxış məntəqələri tərəfindən müəyyən edilmiş tarixdə və vaxtda (növbəsiz) müayinədən keçirilməlidir. Nəqliyyat vasitəsi müayinəyə təqdim edildikdən sonra 30 dəqiqə ərzində DİN BDYPİ-nin ərazi üzrə imtahanqeydiyyat və texniki baxış məntəqəsində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin tələblərinə uyğun olaraq, onun mühərrik, ban və şassi nömrə göstəriciləri, habelə rəngi tutuşdurulur, uyğunsuzluq aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyat hərəkətləri aparılaraq, nəqliyyat vasitəsinin sahibinə dövlət qeydiyyat nişanı verilir.
    Əvvəllər qeydə alındığı dövlətin daimi uçotundan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitəsi gömrük orqanlarının verdiyi icazə sənədi əsasında sahibinin adına müvəqqəti qeydiyyata alınaraq, qeydiyyat şəhadətnaməsi və nişanları ilə təmin olunur. Nəqliyyat vasitəsinin əvvəlki uçot yerinə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "İnterpol" Milli Mərkəzi Bürosu vasitəsi ilə edilən müraciətə müvafiq təsdiqləyici cavab alındıqdan sonra daimi şəhadətnamə verilir. Nəqliyyat vasitəsinin əvvəlki uçot yerindən silinməsi Azərbaycan Respublikasında yerləşən xarici səfirlik və konsul nümayəndəlikləri tərəfindən həyata keçirildikdə qeydiyyat orqanına müvafiq konsul şəhadətnaməsi təqdim edilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Yaranan mübahisələrlə bağlı şəxs Daxili İşlər Nazirliyinə inzibati qaydada şikayət edə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Daxili İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Daxili İşlər Nazirliyinin e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin "Mərkəzi İnformasiya Sistemi"
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi


Ünvan: place Ünvan: AZ-1005, Bakı ş. Azərbaycan pr. 7
Telefon: Çağrı Mərkəzi: (+994 12) 102 Tel: (+994 12) 590-92-22
Faks: (+994 12) 492-45-90
E-poçt: info@mia.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: https://www.mia.gov.az/
VÖEN: 1700215291
Ödəmə rekvizitləri:
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:
message