Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Xidmətin məzmunu :
  • Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları
  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Qeyd edilməyib
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Qeyd edilməyib
Xidmətin göstərilmə yeri :
  • -Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Şəxsiyyəti təsdiq edən sənəd
- Surəti
xarici ölkədə daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənəd
- Surəti
uçot vərəqəsi
- Kağız və elektron formada
uçota alınan vətəndaşın rəngli fotoşəkili (3,5 x 4,5 ölçülü)
- Sənədin əsli
Xarici ölkədə işləməsi barədə rəsmi sənəd
- Surəti
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • 1. Xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu
    -Xarici ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş müvafiq sənəd əsasında həmin ölkədə daimi yaşayan (bundan sonra: daimi yaşayan) Azərbaycan Respublikasının vətəndaşları yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının konsulluğunda uçota alınırlar.
    -Uçot zamanı uçot vərəqəsi (Əlavə 1) doldurulur, uçota alınan vətəndaşın rəngli fotoşəkili (3,5 x 4,5 ölçülü) uçot vərəqəsinə yapışdırılır və həmin vətəndaşın şəxsiyyətini və xarici ölkədə daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədlərin kserosurətləri əlavə olunur.

    2. Xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hərbi uçotu
    -Azərbaycan Respublikasının konsulluğu xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hərbi uçotunu aparır, kişi cinsindən olan 18 yaşına çatmış vətəndaşların həqiqi hərbi xidmətə çağırılmaları məqsədilə onların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli idarə, şöbə və bölməsinə gəlmələrini təmin edir. Həmin vətəndaşlar üçün doldurulmuş uçot vərəqəsində hərbi vəzifəlilər üçün “hərbi vəzifəli”, çağırışçılar üçün “çağırışçı” qeydləri edilir.
    - 18 yaşına çatmış çağırışçıların siyahısı tərtib edilir və həmin siyahı ildə iki dəfə (martda və sentyabrda) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilir.

    3. Xarici ölkələrdə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu
    - Üç aydan artıq xarici ölkədə yaşayan (bundan sonra: müvəqqəti yaşayan) Azərbaycan Respublikasının vətəndaşları müvafiq olaraq işlədikləri, təhsil aldıqları, müalicə olunduqları və ya yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının konsulluğunda uçota alınırlar.
    -Uçot zamanı uçot vərəqəsi (Əlavə 2)doldurulur və xarici ölkədə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədinin kserosurəti əlavə olunur.
    -Azərbaycan Respublikasının vətəndaşı xarici ölkədə müvəqqəti yaşayış müddətinin bitməsi ilə əlaqədar xarici ölkəni tərk etdiyi tarixdən sonra onun uçot vərəqəsi 2 il saxlanılır və sonra müvafiq akt tərtib edilərək, ləğv edilir

    Xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı.
    -Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda, təyinat ölkələrinə gəldikdən sonra bir ay müddətində Azərbaycan Respublikasının həmin ölkədəki konsulluğunda qeydiyyatdan keçməlidirlər.
    -Qeydiyyat zamanı, xarici ölkədə daimi və ya müvəqqəti yaşayan vətəndaş üçün nəzərdə tutulmuş müvafiq uçot vərəqəsi doldurulur və həmin ölkədə işləməsi barədə rəsmi sənəd əlavə olunur.
    -Azərbaycan Respublikasının konsulluğu xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları haqqında məlumatları (uçot vərəqəsinin və işləmək barədə rəsmi sənədin surəti) bir ay müddətində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə verir və həmin idarə bu məlumatları ildə iki dəfə (martda və sentyabrda) Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir

    Azərbaycan Respublikasının konsulluqları olmayan xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı.
    -Azərbaycan Respublikasının konsulluqları olmayan xarici ölkələrdə (yerlərdə) daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı vətəndaş tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə elektron qaydada göndərilən məlumatlar əsasında aparılır.
    -Uçot (qeydiyyat) zamanı xarici ölkədə daimi və ya müvəqqəti yaşayan vətəndaş üçün nəzərdə tutulmuş və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş müvafiq uçot vərəqəsinin elektron forması doldurulur. Uçota (qeydiyyata) alınan vətəndaşın rəngli fotoşəkli (3,5 x 4,5 ölçülü), həmin vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin surəti, xarici ölkədə daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən (yalnız xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına aiddir) və həmin ölkədə işləməsi barədə rəsmi sənədlər (yalnız xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarına aiddir) skan olunaraq elektron formaya əlavə olunur.
    - Azərbaycan Respublikasının konsulluqları olmayan xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşları bu Qaydaların 5-2.2-ci bəndində qeyd olunan sənədləri təyinat ölkələrinə gəldikdən sonra bir ay müddətində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərməlidirlər.
    - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə elektron qaydada göndərilmiş məlumatların düzgünlüyü və tələb olunan sənədlərin tamlığı Nazirliyin məsul əməkdaşı tərəfindən yoxlanıldıqdan sonra dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi vasitəsilə vətəndaşın yaşadığı yerə ən yaxın olan Azərbaycan Respublikasının konsulluğuna göndərilir.
    - Məlumatlar Azərbaycan Respublikasının konsulluğu tərəfindən yoxlanıldıqdan sonra uçota (qeydiyyata) alınan vətəndaşın elektron poçt ünvanına uçota (qeydiyyata) alınması barədə bildiriş göndərilir.

    Xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotdan çıxarılması
    -Xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları uçota alındıqları konsulluq dairəsində daimi yaşayış uçotundan çıxmaq üçün müraciət etdikləri, onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildiyi, vəfat etdikləri, barələrində itkin düşmə və ya vəfat etmə haqqında məhkəmənin qərarı olduğu hallarda “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə uçotdan çıxarılırlar.
    - Uçotdan çıxarılma zamanı, uçot vərəqəsində uçotdan çıxarılmanın səbəbləri və tarixi barədə qeyd yazılır və uçot kartoçkası uçotdan çıxarılmış şəxslər üçün nəzərdə tutulan qovluqda saxlanılır.







Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - İstifadəçi xidmətlə bağlı istənilən məsələ barədə inzibati qaydada Xarici İşlər Nazirliyinə şikayət edə bilər. İnzibati şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Xarici İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Xarici İşlər Nazirliyinin e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi


Ünvan: place Bakı şəhəri, Şıxəli Qurbanov küç., 50
Telefon: +994 (12) 596 90 00
Faks: +994 (12) 596 90 01
E-poçt: secretariat@mfa.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.mfa.gov.az
VÖEN: 1300382431
Ödəmə rekvizitləri: Azərbaycan Respublikası Beynəlxalq Bankının Mərkəzi filialı
kod: 805722
VÖEN: 9900001881
Müxbir hesab: 137010002944
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Bayram, şənbə və bazar günləri istisna olmaqla, həftənin 1-5-ci günləri, saat 09:00-dan 18:00-dək
message