Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
|
Xidmətin məzmunu
:
|
-
İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiyası
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
|
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
|
Xidmətin hüquqi əsası
:
|
-
- "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununun 53-1-ci maddəsi;
- Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli, 392 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin 8.37-1-bəndi;
- "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 avqust 2010-cu il tarixli 153 nömrəli Qərarı.
|
Xidmətin həyata keçirilmə formaları
:
|
-
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
E-poçt vasitəsilə məlumatlandırma
-
Poçt xidməti vasitəsilə məlumatlandırma
-
Telefon vasitəsilə məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
-
Akkreditasiyanın hüquqi əsası (icazənin verilmə qaydasını və müddətini tənzimləyən normalar göstərilməklə müvafiq hüquqi aktın adı və nömrəsi)
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
20 təqvim günü |
Ödənişsiz : |
|
Rüsum : |
Rüsum yoxdur |
Xidmət haqqı : |
|
Ödənişlə bağlı qeyd : |
|
Ödənişin hüquqi əsası : |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 avqust 2010-cu il tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydası"na uyğun olaraq xidmət haqqı yoxdur. |
Rüsumla bağlı əlavə qeyd : |
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Dövr (Rüb, Ay) : |
|
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) : |
|
Günlər : |
Bazar ertəsi - Cümə günləri. |
İşin başlama vaxtı : |
00:00:00 |
İşin sona çatma vaxtı : |
00:00:00 |
Fasilənin başlama vaxtı : |
00:00:00 |
Fasilənin sona çatma vaxtı : |
00:00:00 |
|
Xidmətin göstərilmə yeri
:
|
-
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin inzibati binası
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 avqust 2010-cu il tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası"nın 4-cü bəndinə əsasən, Hüquqi şəxsin akkreditasiya olunmasından yalnız aşağıdakı hallarda imtina oluna bilər:
4.1.1. akkreditə edilməsi üçün müraciət etmiş hüquqi şəxsin texniki təklifi bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş tələblərə cavab vermədikdə;
4.1.2. akkreditə edilməsi üçün müraciət etmiş hüquqi şəxs tərəfindən yanlış məlumatlar təqdim edildikdə;
4.1.3. bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən olunan siyahı üzrə sənədlər tam təqdim edilmədikdə;
4.1.4. hüquqi şəxsin maliyyə resursları texniki təklifin həyata keçirilməsini təmin etmədikdə;
4.1.5. idman mərc oyunlarının təşkili və keçirilməsi üçün tələb olunan təcrübə 3 (üç) ildən az olduqda.
Həmin Qaydanın 5-ci hissəsinə əsasən aşağıdakı hallarda nazirlik Operatorun akkreditasiyası haqqında qərarı ləğv edə bilər:
5.1.1. akkreditasiya olunmuş hüquqi şəxs tərəfindən müvafiq ərizə təqdim edildikdə;
5.1.2. akkreditasiya olunmaq üçün hüquqi şəxs tərəfindən təqdim edilmiş sənədlərdə faktların (məlumatların) bilərəkdən təhrif olunduğu və ya həqiqətə uyğun olmadığı aşkar edildikdə;
5.1.3. akkreditasiya zamanı Operator tərəfindən bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq təqdim edilmiş texniki təklifin şərtləri pozulduqda.
5.1.4. Akkreditasiya haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməzdən əvvəl bu Qaydanın 5.1.3-cü yarımbəndi ilə müəyyən olunmuş pozuntunun aradan qaldırılması üçün Operatora 3 (üç) ay möhlət verilir.
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
|
İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydasının 3.1-ci bəndi ilə müəyyən edilən tələblərə cavab verən texniki təklif
- Sənədin əsli və surəti
|
Hüquqi şəxsin dövlət qeydiyyatı barədə sənədləri
- Sənədin əsli və ya notarial qaydada təsdiq edilmiş sürəti
|
Hüquqi şəxsin və ya onun təsisçilərindən birinin əməkdaşlarının ən azı 3 (üç) nəfərinin idman mərc oyunlarının keçirilməsi sahəsində təcrübəsini təsdiq edən sənəd
- Sənədin əsli və surəti
|
|
Ödənilmə üsulları
:
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
Hüquqi şəxs tərəfindən təqdim edilmiş sənədlərə 20 (iyirmi) gün ərzində baxılır və nazirliyin rəyi müsbət olduqda, müraciət edənə akkreditasiya barədə qərar, əks halda, imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat verilir. Nazirlik hüquqi şəxsi akkreditasiya edərkən onun idman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində təcrübəsini, maliyyə və texniki imkanlarını nəzərə alır.
Hüquqi şəxs qərarı aldıqdan sonra 30 (otuz) gün ərzində nazirliyin müvafiq strukturu ilə mərc oyunlarının təşkili və keçirilməsi haqqında müqavilə imzalamalı və mərc oyunlarından hər hansı birinin başlamasından əvvəl müqavilə öhdəliklərinin təminatı üçün 5 milyon manat məbləğində bank təminat məktubunu nazirliyə təqdim etməlidir.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
Ərizəçi göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada şikayət edə bilər.
Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Həmçinin "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən peşəkar idman sahəsindəki mübahisələrə qanunvericiliyə uyğun şəkildə, o cümlədən idman arbitrajı vasitəsi ilə baxılır. İdman arbitrajı peşəkar idman sahəsindəki mübahisələrin həlli üçün yaradılan müvəqqəti orqandır. O, peşəkar idman sahəsindəki mübahisənin idman arbitrajının icraatına verilməsi barədə razılığın əldə edildiyi vaxtdan 5 iş günündən gec olmayaraq tərəflərin birgə qərarı ilə yaradılır.
İdman arbitrajının tərkibi (3 nəfərdən az olmayaraq), reqlamenti, mübahisəyə baxılma yeri, müddətləri, arbitraja texniki yardımın təşkili tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Arbitrajın sədri arbitrlər tərəfindən öz sıralarından seçilir. Mübahisələrə bədən tərbiyəsi və idman subyektlərinin iştirakı ilə baxır. İdman arbitrajının qərarı səs çoxluğu ilə qəbul edilir və protokolla rəsmiləşdirilir. Tərəflər arbitrajın qərarı ilə razılaşmadıqda bu barədə protokol tərtib edilir. Tərəflər idman arbitrajının qərarlarının məcburiliyi barədə qabaqcadan razılığa gəlmişlərsə, arbitrajın qərarı ilə mübahisə qəti həll olunmuş hesab edilir və mübahisənin davam etdirilməsinə yol verilmir.
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
:
|
|
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri
:
|
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
:
|
|