Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
Xidmətin məzmunu
:
|
-
Kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün idarə, müəssisə və təşkiatlarda (bundan sonra-müəssisə) sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
"DOST" mərkəzləri
-
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti
|
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
|
Xidmətin hüquqi əsası
:
|
-
Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu-26-cı maddə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətədaşlar üçün kvota tətbiq edilməsi Qaydası” haqqında 2005-ci il 22 noyabr tarixli 213 nömrəli Qərarı
|
Xidmətin həyata keçirilmə formaları
:
|
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
E-poçt vasitəsilə məlumatlandırma
-
Poçt xidməti vasitəsilə məlumatlandırma
-
Şəxsi kabinet vasitəsilə məlumatlandırma
-
Telefon vasitəsilə məlumatlandırma
-
Yerində (şifahi və ya yazılı) məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
-
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin oluması
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Qeyd edilməyib
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Dövr (Rüb, Ay) : |
|
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) : |
|
Günlər : |
Elektron qaydada 7/24, kağız daşıyıcılarda iş günləri |
İşin başlama vaxtı : |
09:00 |
İşin sona çatma vaxtı : |
18:00 |
Fasilənin başlama vaxtı : |
13:00 |
Fasilənin sona çatma vaxtı : |
14:00 |
|
Xidmətin göstərilmə yeri
:
|
-
• Dövlət Məşğulluq Xidmətinin rayon, şəhər Məşğulluq orqanları və DOST Mərkəzləri
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
• Sənədlərin natamamlığı, hüquqi əsası yoxdur.
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
Qeyd edilməyib
|
Ödənilmə üsulları
:
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
Müəssisələr üzrə kvota əsasında müəyyən edilmiş işçilərin sayı oktyabr ayının 15-dək yerli icra hakimiyyəti orqanının qərarı ilə təsdiq olunur və həmin qərardan çıxarış 15 gün müddətində Dövlət Məşğulluq Xidməti orqanlarına təqdim edilir.Xidmətin şəhər, rayon məşğulluq mərkəzləri və DOST Mərkəzləri həmin məlumatları MAS-a daxil edir.
MAS-da yerləşdirilmiş kvota müəyyən edilmiş müəssisələrdəki vakant vəzifələr, həmin vəzifə üzrə əmək haqqı, iş şəraiti və s. məlumatlar
sosial müdafiəyə ehtiyacı olan kateqoriyadan olan işsiz şəxsin şəxsi kabinetinə yerləşdirilir.
İşsiz şəxs ona təklif olunan işə razılığını bildirdikdən sonra işsizin fərdi məşğulluq vərəqindən çıxarış elektron qaydada işəgötürənə göndərilir
və işsizin şəxsi kabinetində yerləşdirilir.İşəgötürən 5 (beş) gün müddətində sosial müdfiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik
çəkən vətəndaşların işə qəbul edilməsi haqqında qərar qəbul edib, göndərişin ikinci hissəsində müvafiq qeydlər apararaq MAS-a daxil edilir.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
• "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən
imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər.
• İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən
"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir.
Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
:
|
-
Elektron Sənəd Dövriyyəsi
-
Əmək müqaviləsi bildirişi altsistemi
-
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi
|