Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
|
Xidmətin məzmunu
:
|
-
Xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyatın dəyişdirilməsi)
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi
|
Xidmətin hüquqi əsası
:
|
-
- "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 8 ci və 9-cu maddələri;
- Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xidməti silahın saxlanılması, gəzdirilməsi və ondan təyinatı üzrə istifadə edilməsi qaydaları üzrə hazırlıq proqramı, odlu silahın istifadəçisinin həmin silahın tətbiqi şəraitində yararlılığı baxımından dövri olaraq yoxlamadan keçirilməsi qaydaları, habelə xidməti silahın əldə edilməsi və onun fiziki şəxslərə verilməsi Qaydası"nın 4-cü bəndi;
- Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları"nın 2.7-ci bəndi.
-«Xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatın dəyişdirilməsi) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament»in təsdiq edilməsi barədə «30» noyabr 2012-ci il tarixli Q76-001-12 nömrəli qərarı
|
Xidmətin həyata keçirilmə formaları
:
|
-
Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
-
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
E-poçt vasitəsilə məlumatlandırma
-
Telefon vasitəsilə məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
-
Xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
30 təqvim günü |
30 təqvim günü |
Ödənişsiz : |
|
|
Rüsum : |
5 AZN |
10 AZN |
Xidmət haqqı : |
|
|
Ödənişlə bağlı qeyd : |
|
|
Ödənişin hüquqi əsası : |
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 18.55-ci maddəsinə əsasən xidməti və mülki silahın ilkin qeydiyyatına 10 manat məbləğində, təkrar qeydiyyata görə 5 manat məbləğində dövlət rüsumu ödənilir. |
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 18.55-ci maddəsinə əsasən xidməti və mülki silahın ilkin qeydiyyatına 10 manat məbləğində, təkrar qeydiyyata görə 5 manat məbləğində dövlət rüsumu ödənilir. |
Rüsumla bağlı əlavə qeyd : |
|
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Dövr (Rüb, Ay) : |
|
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) : |
|
Günlər : |
Elektron qaydada 7/24, kağız daşıyıcılarda iş günləri |
İşin başlama vaxtı : |
00:00 |
İşin sona çatma vaxtı : |
00:00 |
Fasilənin başlama vaxtı : |
00:00 |
Fasilənin sona çatma vaxtı : |
00:00 |
|
Xidmətin göstərilmə yeri
:
|
-
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin inzibati binası və şəhər, rayon polis idarə və şöbələri
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
"Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci madəsinin IV hissəsinə əsasən aşağıdakı hallarda vətəndaşın xidməti və ya mülki silah əldə etməsi qadağandır:
1) onun mülkiyyətində kolleksiya əşyaları istisna olmaqla yeddi ədəddən artıq odlu ov və ya idman silahı olduqda;
2) haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəliklə, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq səhiyyə orqanının tibbi əks göstərişi olduqda;
3) o ağır cinayətlərə görə, habelə silahdan, döyüş sursatından və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda;
4) onun haqqında ov və balıq ovu qaydalarının, odlu silahın və ya döyüş sursatının əldə edilməsi, saxlanılması və tətbiqi qaydalarının, ictimai qaydanın və müəyyən olunmuş idarəçilik qaydalarının pozulmasına görə, habelə odlu silahdan və ya döyüş sursatından istifadə etməklə törədilmiş digər hüquqpozmalara görə inzibati tənbeh tədbirləri tətbiq edildikdə (həmin inzibati tənbehin tətbiqindən bir il müddətində);
5) polis orqanlarında profilaktik və əməliyyat uçotunda olduqda;
6) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə;
7) bu maddənin 2-5-ci yarımbəndlərində nəzərdə tutulmuş şəxslə bir mənzildə yaşadıqda;
8) silahla təhlükəsiz davranma qaydalarının bilməməsi müəyyən olunduqda.
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
|
Ərizə-anket
- Elektron (onlayn müraciət edildikdə) və ya kağız formada (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
|
Sağlamlıq haqqında tibbi arayış
- Sənədin əsli və surəti
|
Narkoloji dispanserdə olub-olmaması barədə ambulator çıxarış
- Sənədin əsli və surəti
|
ərizəçinin şəxsiyyət vəsiqəsi
- Elektron (onlayn müraciət edildikdə) və ya kağız formada (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
|
|
Ödənilmə üsulları
:
|
-
Bank vasitəsi ilə
-
Onlayn ödəmə
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
Ərizə forması doldurularaq tələb olunan sənədlərlə birlikdə Daxili İşlər Nazirliyinin və ya Baş İctimai Təhlükəsizlik İdarəsinin poçt ünvanına göndərilir və ya şəxsən təqdim edilir. Müraciətin qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir və ya telefonla məlumat verilir. Ərizə verildikdən sonra ən geci bir ay müddətində DİN xidməti silahın əldə edilməsinə xüsusi icazə verilməsi və ya belə icazənin verilməsindən imtina edilməsi (səbəbləri göstərilməklə) barədə qərar qəbul etməlidir.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
Yaranan mübahisələrlə bağlı şəxs Daxili İşlər Nazirliyinə inzibati qaydada şikayət edə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Daxili İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Daxili İşlər Nazirliyinin e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
:
|
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
-
Qismən elektronlaşdırılıb
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
:
|
|
Xidmətin elektron ünvanı
:
|
|