Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatların verilməsi (İnformasiya xidməti)


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə, dövlət orqanlarına, bələdiyyələrə ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatların verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya - Arxiv Fondu
  • Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti
  • Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Faks vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatın verilməsi barədə müqavilə bağlanılır.
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 10 gün
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 iyul tarixli 115 nömrəli qərarı ilə təsdiq edilmiş “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələri və qaydaları”

 

Aparılan müşahidələrin, xidmət işlərinin adı

Ödəmə dərəcələri

(manatla)

I. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə standart vaxtlarda aparılan müşahidələrin nəticələri:

 

Meteoroloji müşahidələr:

 

 bir müşahidənin aparılması

7,6

 sutka ərzində müşahidələrin aparılması (8 müşahidə)

36,6

Aktinometriya üzrə müşahidələr:

 

 bir müşahidənin aparılması

2

 sutka ərzində müşahidələrin aparılması (5 müşahidə)

12

İstilik balansı üzrə müşahidələr:

 

 bir müşahidənin aparılması

4,4

 sutka ərzində müşahidələrin aparılması (5 müşahidə)

7,2

Aeroloji müşahidələr:

 

 bir müşahidənin aparılması

41

 sutka ərzində müşahidələrin aparılması (4 müşahidə)

148

Radiometeoroloji müşahidələr:

 

 bir müşahidənin aparılması

9,2

 sutka ərzində müşahidələrin aparılması (8 müşahidə)

200

Aqrometeoroloji müşahidələr:

 

 bir müşahidənin aparılması

176,6

Hidroloji (çay) müşahidələr:

 

 bir müşahidənin aparılması

68,8

 sutka ərzində müşahidələrin aparılması (2 müşahidə)

72,2

Göl müşahidələri:

 

 bir müşahidənin aparılması

118,4

 sutka ərzində müşahidələrin aparılması (2 müşahidə)

130,8

Su balansı üzrə müşahidələr:

 

 bir müşahidənin aparılması

56

 sutka ərzində müşahidələrin aparılması (2 müşahidə)

60

Qar uçqunu üzərində müşahidələr:

 

 bir müşahidənin aparılması

80,8

 il ərzində müşahidələrin aparılması

3368,6

Su üzərində müşahidələr:

 

 bir müşahidənin aparılması

30

 il ərzində müşahidələrin aparılması (2 müşahidə)

115

Dəniz sahil müşahidələri:

 

 bir müşahidənin aparılması

18

 sutka ərzində müşahidələrin aparılması (4 müşahidə)

220

Açıq dəniz müşahidələri:

 

 bir müşahidənin aparılması

137,4

Atmosfer havasının çirklənməsi üzrə müşahidələr:

 

 bir müşahidənin aparılması

18,6

 sutka ərzində müşahidələrin aparılması (4 müşahidə)

32

Radiometrik çirklənmə üzrə müşahidələr:

 

 bir müşahidənin aparılması

10

 il ərzində müşahidələrin aparılması

1068 

Səth sularının çirklənməsi üzərində müşahidələr:

 

 bir müşahidənin aparılması

121

Dəniz suyunun çirklənməsi üzərində müşahidələr:

 

 bir müşahidənin aparılması

531

Torpağın çirklənməsi üzərində müşahidələr:

 

 bir müşahidənin aparılması

93

Ozonometrik müşahidələr:

 

 bir müşahidənin aparılması

1,8

 sutka ərzində müşahidələrin aparılması (4 müşahidə).

12,4

II. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elmi-tədqiqat gəmiləri ilə aparılan hidrometeoroloji, okeanoloji müşahidələrin, dəniz ekspedisiya işlərinin nəticələri və illik məlumatları:

 elmi-tədqiqat gəmiləri ilə ekspedisiya şəraitində aparılan hidrometeoroloji və okeanoloji müşahidələrin nəticələri

3817

dəniz ekspedisiya müşahidələrinin nəticələrindən bir stansiya üçün hazırlanan illik məlumatlar.

1272,4

III. Arayış xarakterli hidrometeoroloji məlumatlar:

 bir stansiya üzrə aylıq məlumat

441

 bir stansiya üzrə illik məlumat

838

 hidrometeoroloji bülleten

27

 ekspedisiya, marşrut və aviameteoroloji müşahidələrin ümumiləşdirilmiş məlumatları (icmalları)

 

93,2

 hidrometeoroloji illiklər

329,6

 buraxılmış çoxillik və başqa növ hidrometeoroloji məlumatlar toplusu.

2360,4

IV. Xüsusi sifarişlə müşahidə edilmiş hidrometeoroloji məlumatlar:

 standart müşahidə vaxtlarından əlavə aparılan hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələr

razılaşma yolu ilə

 sifarişə əsasən müvəqqəti təşkil olunmuş müşahidə şəbəkələrində aparılan hidrometeoroloji müşahidələr

razılaşma yolu ilə

 sifarişə əsasən təbii mühitin çirklənməsinin vəziyyəti üzrə stasionar müşahidə şəbəkələrindən kənarda aparılan müşahidələr

razılaşma yolu ilə

 əlavə müşahidə edilmiş hidrometeoroloji hadisələr (havanın, torpağın, suyun maksimum temperaturu, maksimum su sərfi, yağıntılar, ifrat təhlükəli hidrometeoroloji məlumatlar), kəmiyyətlər və onların şərhi.

razılaşma yolu ilə

V. İqtisadiyyat sahələrinə verilən xüsusiləşmiş hidrometeoroloji proqnozlar:

 dəmir yol və avtomobil marşrutları üzrə hidrometeoroloji proqnozlar

2,4

 kənd təsərrüfatı bitkilərinin fenoloji inkişafı üzrə aqrometeoroloji proqnozlar

130,6

kənd təsərrüfatı bitkilərinin fenoloji inkişafı üzrə aqrometeoroloji icmallar

326

 heyvandarlıq üçün hidrometeoroloji proqnozlar

2,6

 «Azərenerji» Səhmdar Cəmiyyəti üçün ayrı-ayrı rayon, ərazi və obyektlər üzrə hidrometeoroloji proqnozlar

2,6

 Xəzər Dəniz Gəmiçiliyi, Xəzər Neft Donanması, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gəmiləri və dənizdə neft çıxaran təşkilatlar üçün dəniz sektorları və akvatoriyalar üzrə hidrometeoroloji proqnozlar

3,6

 meşə yanğını təhlükəsizliyi barədə hidrometeoroloji proqnozlar

40,6

 alpinizm üçün hidrometeoroloji proqnozlar

31,2

 qar uçqunu təhlükəsizliyi barədə hidrometeoroloji proqnozlar

2,4

 respublika aeroportları üzrə müxtəlif müddətlərə hazırlanan aviameteoroloji proqnozlar

0,8

 aviasiya marşrutları, trasları, aviasiya işləyən rayonlar və yerli aeroportlar üçün hündürlüklər üzrə aviameteoroloji proqnozlar

0,8

VI. Xüsusiləşdirilmiş araşdırmalar və xülasələr (icmallar):

 təhlükəli sel və qar uçqunu barədə məlumatlar

5675,4

 kənd təsərrüfatı bitkilərinin vəziyyəti və inkişafı barədə məlumatlar

98

 ifrat təhlükəli hidrometeoroloji hadisələrin nəticələri barədə məlumatlar

6138

 dağlarda olan su ehtiyatı barədə məlumatlar (icmal)

5675,4

 ərazinin və ya dəniz akvatoriyasının çirklənməsi barədə məlumatlar (icmal)

3480

VII. Arayış-rejim xarakterli hidrometeoroloji məlumatlar:

 hidrometeoroloji şərhin nəticələri (göstəriciləri)

1058

 hidrometeoroloji şərhin kəmiyyət göstəriciləri

1058

 ənənəvi olmayan hidrometeoroloji şərhlər (tədqiqatlar)

1058

 xüsusiləşdirilmiş hidrometeoroloji arayışlar və məsləhətlər

98

 iqtisadiyyat sahələri üzrə hazırlanan xüsusiləşdirilmiş hidrometeoroloji arayışlar

3076,4

ekspedisiya və xüsusiləşdirilmiş hidrometeoroloji müşahidələrin ümumiləşdirilmiş məlumatları

3816,8

 hidrometeoroloji atlaslar, monoqrafiyalar, hesabatlar, ekspertiza məlumatları

2652,6

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ödənişli məlumatlardan istifadəyə görə ödəmələrin həcmi müvafiq icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi əsasında mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada hidrometeorologiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər ilə bağlanmış müqavilələrə uyğun müəyyənləşdirilir.

Ödənişli məlumatların seçilməsinə və surətlərinin çıxarılmasına yuxarıda göstərilən ödəmə dərəcələrinin 0,5 faizi məbləğində vəsait sifarişçi tərəfindən ödənilir.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 164 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası və miqdarı”

Qaydanın 2.4-cü və 2.5-ci bəndlərinə əsasən geoloji informasiyadan istifadəyə görə haqqın miqdarı ərizəçinin seçdiyi geoloji kəşfiyyat işlərinə sərf edilən xərclərdən (keçmiş illərin məsrəfləri cari dövrün qiymətlərinə uyğunlaşdırılmaqla) faizlə təyin olunur. Geoloji informasiyadan istifadəyə görə haqqın miqdarı onun xarakterindən və ərazidə aparılmış geoloji kəşfiyyat işlərinin mərhələlərindən asılı olaraq aşağıdakı faiz dərəcələri ilə təyin olunur:

1. Regional yönümlü geoloji informasiya - 1,5 faizə qədər;

2. Axtarış yönümlü geoloji informasiya - 3,0 faizə qədər;

3. Axtarış-qiymətləndirmə və keyfiyyət yönümlü geoloji informasiya - 5,0 faizə qədər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 7 iyul tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələrinin və ödənişin həcminin müəyyənləşdirilməsi Qaydaları”

Qaydaların 3.1-ci bəndinə əsasən ətraf mühitə dair informasiyanın verilməsi üçün müəyyən edilən haqq onun hazırlanması, axtarılması, surətinin çıxarılması və sair işlərin dəyərindən çox olmayaraq müəyyən edilir. İnformasiyanın verilməsinə görə ödənişin həcmi informasiya verən orqanın müvafiq qurumu tərəfindən müəyyənləşdirilir.

Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 iyul tarixli 115 nömrəli qərarı ilə təsdiq edilmiş "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələri və qaydaları"nın 2-ci hissəsi; -Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 164 nömrəli qərarı ilə təsdiq edilmiş "Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası və miqdarı"nın 2.4-cü və 2.5-ci bəndləri; -Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 7 iyul tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş "Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələrinin və ödənişin həcminin müəyyənləşdirilməsi Qaydaları"nın 3.1-ci bəndi.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Real vaxt rejimi: Bazar ertəsi - Cümə günləri.
İşin başlama vaxtı : 00:00:00 09:00:00
İşin sona çatma vaxtı : 00:00:00 18:00:00
Fasilənin başlama vaxtı : 00:00:00 13:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya - Arxiv Fondu, Milli Hidrometeorologiya Departamenti və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin inzibati binaları
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Xidmət haqqının ödənilməsi barədə sənəd
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
İstifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
İstifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ərizə
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Nağd
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə və ya elektron ərizə ilə xidmətin elektron təqdim edildiyi rəsmi internet informasiya ehtiyatına (http://e-xidmet.eco.gov.az) müraciət edə bilər. Müraciət qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün aidiyyəti struktur bölmələrinə ünvanlanır. Müraciət və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Təqdim edilən sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda ərizəçiyə məlumatın verilməsindən imtina edilməməsi barədə bildiriş göndərilir. Ərizəçi bildirişi aldıqdan sonra məlumatın verilməsinə görə müəyyən olunmuş ödənişin ödənildiyini təsdiq edən sənədi təqdim edir. Bundan sonra ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatın verilməsi barədə qərar qəbul edilir və rəsmiləşdirilərək birbaşa və ya poçt rabitəsi vasitəsilə istifadəçiyə təqdim olunur, həmçinin skan edilməklə elektron formada istifadəçiyə göndərilir. Qərar verildikdən sonra istifadəçilərlə müqavilə bağlanılır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər məlumatların verilməsinə dair qəbul edilmiş qərarlardan və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Tam avtomatlaşdırlıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi


Ünvan: place AZ1073, Bakı şəhəri, B.Ağayev küçəsi 100(A)
Telefon: (012) 538-04-81, (012) 538-85-08
Faks: (012) 492-59-07
E-poçt: ecologiya.nazirliyi@eco.gov.az; info@eco.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.eco.gov.az/
VÖEN: 1300032591
Ödəmə rekvizitləri: А1. Ödəyən bank:
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T. CTREAZ22

А2. Ödəyən müştəri
Adı: Azərbaycan Respublikası Ekologiya vəTəbii Sərvətlər Nazirliyi Büdcə vəsaiti
H/H: AZ61CTRE00000000000002198401
VÖEN: 1300032591

B1. Alan bank:
Adı: Azərbaycan Beynəlxalq Bankı ASC Yasamal filial
Kodu: 805562
VÖEN: 9900001881
M/H: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T. IBAZAZ2X

B2. Alan müştəri:
Adı: ABB Yasamal filialı
H/H: AZ25İBAZ345019394400001072016
VÖEN: 9900001881
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Qeyri iş günləri istisna olmaqla, həftənin 1- 5-ci günləri, saat 09:00-dan 18:00-dək. Fasilə 13:00-14:00-dək.
message