Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Şura ilə razılaşdırılması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Xidmətin məzmunu :
  • Dövlət orqanlarının qeyri-hökumət təşkilatları üçün keçirdiyi müsabiqə və mövzuları, o cümlədən müsabiqələrdə iştirak edən QHT-lər və onların layihə təkliflərininin Şura ilə razılaşdırılması
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • elektron formada
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Şəxsi kabinet vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Dövlət orqanları tərəfindən razılaşdırılması üçün Şuraya göndərilmiş müsabiqələr və mövzular haqqında, o cümlədən QHT-lər və onların layihə təkliflərinə dair Şura tərəfindən müvafiq rəy bildirilir.
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 iş günü
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Elektron qaydada həftənin bütün günləri
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 18:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Növbəti il üçün keçirilməsi nəzərdə tutulan müsabiqələr və qrant vasitəsilə maliyyələşdiriləcək mövzulara dair müvafiq formalı məlumatlar
- Elektron formada
Müsabiqədə iştirak edən qeyri-hökumət təşkilatları, onların layihə təklifləri, o cümlədən üstünlük verilən layihələr və onlara verilməsi nəzərdə tutulan qrantın məbləği barədə məlumatlar
- Elektron formada
Ödənilmə üsulları :
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Dövlət orqanları növbəti il ərzində keçiriləcək müsabiqələr və qrantlar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzular barədə aşağıdakı məlumatları hər il dekabrın 30-dək Şuraya təqdim edirlər:
    - il ərzində keçiriləcək müsabiqələrin sayı;
    - hər bir müsabiqənin keçirilməsinin təxmini tarixi;
    - hər bir müsabiqəyə ayrılması nəzərdə tutulan vəsaitin təxmini məbləği;
    - hər bir layihəyə ayrılması nəzərdə tutulan vəsaitin təxmini məbləği;
    - üstünlük verilən mövzular;
    - iştirakçı təşkilatlara dair tələblər;
    - mövzular üzrə üstünlük verilən inzibati ərazi vahidləri (olduğu halda);
    - qrant müqaviləsi (qərarı) üzrə tədbirləri şərtləndirən hüquqi akt, fəaliyyət planı (olduğu halda).
    Qeyd edilən məlumatlarda dəyişiklik olduqda, müvafiq dövlət orqanı dəyişikliyi əks etdirən məlumatı Şuraya təqdim edir.
    Şura müəyyən edilmiş məlumatları aldıqdan sonra 20 iş günü müddətində müsabiqələrin tarixləri və maliyyələşdirilməsi nəzərdə tutulan mövzular barədə dövlət orqanlarının təkliflərinin müqayisəli təhlilini aparır. Mövzuları qiymətləndirərkən, Şura həmin mövzuların onları təklif etmiş dövlət orqanlarının fəaliyyət istiqamətlərinə uyğunluğunu da nəzərdən keçirir.
    Şura məlumatı təqdim etmiş dövlət orqanlarına 10 iş günü müddətində qiymətləndirmənin nəticələri barədə yazılı rəy göndərir. Rəydə aşağıdakılar göstərilməlidir:
    - dövlət orqanları tərəfindən müsabiqələrin keçirilməsi tarixlərinə dair Şuranın qeydləri;
    - növbəti il ərzində maliyyələşdirilməsi nəzərdə tutulan mövzuların qiymətləndirilməsinin nəticələri. Şura təqdim edilmiş mövzuların digərləri ilə əvəz edilməsinə dair əsaslandırılmış təkliflər verə bilər;
    - müəyyən edilmiş məlumatlara dair Şuranın əsaslandırılmış qeydləri.
    Daha sonra dövlət orqanı müsabiqədə iştirak edən qeyri-hökumət təşkilatları barədə aşağıdakı məlumatları ərizələr qəbul olunduqdan sonra 10 iş günü müddətində Şuraya təqdim edir:
    - müsabiqəyə layihəni təqdim etmiş qeyri-hökumət təşkilatının adı, qeydiyyat nömrəsi və tarixi, hüquqi ünvanı, dövlət reyestrindən çıxarışın nömrəsi və tarixi, qeyri-hökumət təşkilatının rəhbəri barədə məlumat;
    - qeyri-hökumət təşkilatının qrant almaq üçün təqdim etdiyi layihənin adı, məzmunu, həyata keçiriləcəyi ərazi, layihənin müddəti, layihə üzrə görüləcək işlər, layihənin həyata keçirilməsi üçün tələb olunan məbləğ və gözlənilən nəticələr;
    - müsabiqəyə təqdim olunmuş layihələrdən üstünlük verilənləri və onlara dövlət orqanı tərəfindən verilməsi nəzərdə tutulan qrantın məbləği. Şura qeyd edilən məlumatları aldıqdan sonra 10 iş günü müddətində qeyri-hökumət təşkilatları və onların təqdim etdikləri layihələr barədə rəyini dövlət orqanına təqdim edir.
    Şura Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi-Şurası ilə razılaşdırılması Qaydası”nın 3.3-cü və 4.2-ci bəndləri ilə müəyyən edilmiş müddətdə rəyini dövlət orqanına təqdim etmədikdə, dövlət orqanının müəyyənləşdirdiyi müsabiqə tarixləri, maliyyələşdirilməsi nəzərdə tutulan mövzular və qrantların verilməsi razılaşdırılmış hesab olunur.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Xidmət istifadəçisi öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 7 iş günü müddətində Şuraya müraciət edə bilər. Müraciətə təqdim olunduğu gündən 15 iş günü müddətində Şurada baxılır və müvafiq qərar qəbul edilir.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası


Ünvan: place Bakı şəhəri, Fikrət Əmirov küç. 1, AZ1000
Telefon: (+99412) 493 17 80; 493 17 32
E-poçt: office@cssn.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://cssn.gov.az/
VÖEN: 1301696511
Ödəmə rekvizitləri:
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin bazar ertəsi-cümə günləri saat 09:00-dan 18:00-dək (nahar fasiləsi 13:00-14:00)
message