Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi
Xidmətin məzmunu :
  • Azərbaycan Respublikası vətəndaşlarının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri “Güzəştli mənzil” elektron sistemi vasitəsi ilə əldə etməsi.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti
  • Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Şəxsi kabinet vasitəsilə məlumatlandırma
  • SMS məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Müvafiq kateqoriyalara aid vətəndaşlara elektron kabinetin verilməsi və onların güzəştli şərtlərlə mənzil əldə etməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) :
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Real vaxt rejimində
İşin başlama vaxtı :
İşin sona çatma vaxtı :
Fasilənin başlama vaxtı :
Fasilənin sona çatma vaxtı :
Xidmətin göstərilmə yeri :
  • - "Elektron hökumət" portalı - "Güzəştli mənzil" sistemi
    https://www.e-gov.az/az/login/index/?return=/az/services/read/3709/0
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
https://mida.gov.az/az/rules/kim/
- Elektron formada
Ödənilmə üsulları :
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5-ci və 6-cı hissələrində mənzilin güzəştlə əldə edilməsi üçün müraciət və ərizəyə baxılması qaydaları müəyyən edilmişdir.
    Mənzilin güzəştlə əldə edilməsi üçün müraciət yalnız gücləndirilmiş elektron imza sertifikatı ilə elektron qaydada “Elektron hökumət” portalında olan “Güzəştli mənzil” elektron sistemi vasitəsilə edilir. Müraciətdə aşağıdakı məlumatlar göstərilməlidir:
    - müraciətedənin adı, soyadı, atasının adı;
    - müraciətedənin şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və verildiyi tarix, şəxsiyyət vəsiqəsini vermiş dövlət orqanının adı;
    - müraciətedənin müəyyən edilmiş şəxslər kateqoriyasına aid olması barədə məlumat;
    - müraciətedənin qeydiyyatda olduğu ünvan;
    - müraciətedənin telefon nömrəsi və elektron poçt ünvanı;
    - müraciətedənin əldə etmək istədiyi mənzilin otaqlarının sayı;
    - müraciətedənin mənzili ipoteka kreditindən istifadə etməklə və (və ya) öz vəsaiti hesabına əldə etmək niyyəti barədə məlumat;
    - “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən zəruri məlumatların (sənədlərin) alınması üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu göndərilməsinə müraciətedənin razılığı.
    Müraciət edən şəxs elektron qaydada müraciət edə bilmədikdə, müraciəti onun adından etibarnamə almış şəxs göndərə bilər. Belə halda müraciətdə bu barədə qeyd olmalıdır və ona aşağıdakı sənədlər əlavə edilməlidir:
    - etibar edilmiş şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
    - etibar edilmiş şəxsə notariat qaydasında və ya qanunvericiliklə müəyyən edilmiş digər qaydada təsdiq edilərək verilmiş etibarnamə.
    Müraciətlər real vaxt rejimində “Güzəştli mənzil” elektron sistemində qeydiyyata alınır və onlara həmin sistem vasitəsilə qeydiyyat sıra nömrəsi verilir. Müraciətə onun qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində baxılır. Əlavə araşdırmanın aparılması tələb olunduğu hallarda, müraciət edən şəxsə bu barədə məlumat verilməklə, həmin müddət 10 (on) iş günü artırıla bilər. Müraciət etmiş şəxsin bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan kateqoriyaya aid olması müəyyən edildikdə, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin şəxsin sistemdə qeydiyyata alınaraq, müraciətin qeydiyyataalınma nömrəsinə uyğun olaraq ona elektron kabinet verilməsi barədə qərar, həmin kateqoriyaya aid olmadığı müəyyən edildikdə isə elektron kabinet verilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edir.
    Mənzili ipoteka kreditindən istifadə etməklə, yaxud həm ipoteka krediti, həm də öz vəsaiti hesabına əldə etmək istəyən elektron kabinet verilmiş şəxs “Güzəştli mənzil” sistemi vasitəsilə “Elektron ipoteka və kredit zəmanət” sisteminə yönəldilir və “Elektron ipoteka və kredit zəmanət” sistemində onun qeydiyyatı yoxdursa, şəxs həmin sistemdə avtomatik qeydiyyata alınır. Bu barədə “Güzəştli mənzil” sistemi vasitəsilə şəxsin elektron kabinetində müvafiq bildiriş yerləşdirilir. Elektron kabinet verilmiş şəxs bildiriş onun elektron kabinetində yerləşdirildikdən sonra ilkin razılıq qərarının alınması üçün agent banka müraciət etməli və ipoteka kreditinin verilməsi Qaydası ilə müəyyən edilmiş sənədləri təqdim etməlidir. Belə müraciətə ipoteka kreditinin verilməsi Qaydasına uyğun olaraq baxılır. Elektron kabinet verilmiş şəxs agent bankdan aldığı ilkin razılıq qərarını “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir.
    İlkin razılıq qərarı almış elektron kabinet verilmiş şəxs həmin qərarın verildiyi tarixdən bir il ərzində bu Qaydaya uyğun olaraq mənzil əldə etmədikdə, lakin mənzili ipoteka kreditindən istifadə etməklə, yaxud həm ipoteka krediti, həm də öz vəsaiti hesabına əldə etmək istəyində olarsa yenidən ilkin razılıq barədə qərar almalı və həmin qərarı “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirməlidir.
    Elektron kabinet verilmiş şəxs “Güzəştli mənzil” sistemində barəsində elan verilmiş mənzili seçə bilər. Belə seçim zamanı mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ipoteka kreditinin verilməsi Qaydasına uyğun olaraq ilkin razılıq qərarı almış şəxs seçə bilər. Göstərilmiş otaq sayı və göstərilmiş ödəniş üsulu elektron kabinet verilmiş şəxs tərəfindən satışa çıxarılan istənilən otaq sayı olan mənzilin və bu Qaydada nəzərdə tutulan istənilən ödəniş üsulunun seçilməsini məhdudlaşdırmır.
    Elektron kabinet verilmiş şəxs mənzili ünvan əsasında seçir və seçilmiş mənzili digər şəxslərin seçməsi imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır. Mənzilin seçilməsi və seçilmiş mənzilə məhdudiyyət qoyulması ilə bağlı müraciətedənin elektron kabinetində sistem vasitəsilə dərhal məlumat yerləşdirilir. Elektron kabinet verilmiş şəxs barəsində elan verilən yalnız bir mənzili seçə bilər.
    Seçilməsi imkanı məhdudlaşdırılmış mənzil müəyyən edilmiş müddətdə həmin elan çərçivəsində mənzil seçməyən elektron kabinet verilmiş iki şəxs tərəfindən ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Elektron kabinet verilmiş şəxs bir elan çərçivəsində gözləmə qaydasında yalnız bir mənzili seçə bilər.
    Ərizəçinin etdiyi mənzil seçiminin ləğv edilməsi barədə onun elektron kabinetində müvafiq bildiriş yerləşdirildikdə gözləmə qaydasında həmin mənzili birinci sırada seçmiş elektron kabinet verilmiş şəxs ərizəçi statusunu əldə edir və onun həmin mənzili almaq hüququ yaranır. Bu barədə onun elektron kabinetində “Güzəştli mənzil” sistemi vasitəsilə müvafiq bildiriş yerləşdirilir. Ərizəçi statusu əldə etmiş şəxsin etdiyi mənzil seçiminin ləğv edilməsi barədə onun elektron kabinetində müvafiq bildiriş yerləşdirildikdə gözləmə qaydasında həmin mənzili ikinci sırada seçmiş elektron kabinet verilmiş şəxs ərizəçi statusunu əldə edir və onun həmin mənzili almaq hüququ yaranır. Bu barədə onun elektron kabinetində “Güzəştli mənzil” sistemi vasitəsilə müvafiq bildiriş yerləşdirilir.
    Müəyyən edilmiş müddət başa çatdıqda mənzillərin seçilməsi dayandırılır
    Ərizə təmin edilmədikdə, ərizənin təmin edilməsi barədə qərar ləğv edildikdə, müqavilənin rəsmiləşdirilməsi üçün müəyyən edilmiş müddətdə ərizəçi gəlmədikdə və ya ərizəçi mənzil almaqdan imtina etdikdə, həmin ərizəçinin etdiyi mənzil seçimi ləğv edilir və bu barədə onun elektron kabinetində müvafiq bildiriş yerləşdirilir.
    Ərizələrə baxılma qaydası:
    Mənzil seçildikdən sonra ərizəyə baxılmanın nəticələrinə dair ərizəçinin elektron kabinetində sistem vasitəsilə 5 (beş) iş günü ərzində seçilmiş mənzil barədə bildiriş yerləşdirilir, ərizəçinin göstərmiş olduğu digər vasitələrdən biri ilə (elektron poçt ünvanı, mobil telefon nömrəsi, poçt ünvanı) ona məlumat göndərilir. Öz vəsaiti hesabına mənzil əldə etmək niyyətində olan ərizəçinin ərizəsinin təmin edilməsi barədə bildiriş onun elektron kabinetində yerləşdirildiyi halda, ərizəçi müvafiq müqavilənin rəsmiləşdirilməsi üçün həmin bildirişdə qeyd olunan tarixdə, göstərilən notariusa müraciət etməlidir. Həmin tarixdə müraciət edə bilmədikdə, ərizəçi elektron sistem vasitəsilə cəmiyyətə məlumat verməlidir. Bu halda müqavilənin rəsmiləşdirilməsi üçün cəmiyyət tərəfindən ərizəçinin elektron kabinetində yeni bildiriş yerləşdirilir. Ərizəçinin elektron kabinetində bildiriş yerləşdirildiyi gündən 15 (on beş) iş günü müddətində mənzilin alqı-satqı müqaviləsi bağlanmalıdır.
    Mənzil seçimi zamanı onun dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu seçmiş ərizəçinin elektron kabinetində mənzil barədə bildiriş yerləşdirildikdən sonra ərizəçi ipoteka kreditinin verilməsi Qaydasına uyğun olaraq seçdiyi mənzilin qiymətləndirilməsinin aparılması və ipoteka kreditinin verilməsinə razılıq barədə qərar alınması üçün on iş günü müddətində agent banka müraciət etməlidir. Belə müraciətə ipoteka kreditinin verilməsi Qaydasına uyğun olaraq baxılır.
    Mənzilin ipoteka kreditindən istifadə etməklə əldə edilməsini seçmiş ərizəçinin elektron kabinetində mənzil barədə yerləşdirilən bildirişdə agent bankın ipoteka kreditinin verilməsinə razılıq barədə qərarı “Elektron ipoteka və kredit zəmanət” sistemində yerləşdirildikdən sonra ərizəçinin və (və ya) həmin bankın tələbinə əsasən alqı-satqı və ipoteka müqaviləsinin rəsmiləşdirilməsi üçün notariatda iştirakın təmin edilməsi barədə Cəmiyyətin öhdəliyi əks olunmalıdır.
    Aşağıdakı hallarda ərizəçinin ərizəsi təmin edilmir və ya ərizənin təmin edilməsi barədə bildiriş ləğv edilir:
    - ərizəçinin bu Qaydanın şəxsin müəyyən edilmiş kateqoriyaya aid olması barədə məlumatlarda təhrifetmə halları məhkəmə tərəfindən müəyyən olunduqda;
    - seçdiyi mənzili ipoteka krediti hesabına əldə etmək niyyətində olan ərizəçi mənzilin əldə edilməsi (alqı-satqısı) anına müəyyən edilmiş şəxslər kateqoriyasına artıq aid olmadıqda və ərizəçi mənzili öz vəsaiti hesabına əldə etmək niyyətini mənzil seçimi zamanı və ya ipoteka kreditinin verilməsindən imtina edilməsi barədə qərar ərizəçinin elektron kabinetində yerləşdirildiyi gündən 3 (üç) iş günü müddətində sistem vasitəsilə bildirmədikdə;
    - ərizəçi bildiriş yerləşdirildikdən sonra müəyyən olunan müddətdə seçdiyi mənzilin qiymətləndirilməsinin aparılması və ipoteka kreditinin verilməsinə razılıq barədə qərar alınması üçün agent banka müraciət etmədikdə və həmin müddətdə mənzili öz vəsaiti hesabına əldə etmək niyyətini “Güzəştli mənzil” sistemi vasitəsilə bildirmədikdə, ərizəçinin ipoteka kreditindən istifadə etməklə mənzil almaq üçün ərizəsi agent bank tərəfindən ipoteka kreditinin verilməsi Qaydasına əsasən təmin edilmədikdə və ərizəçi mənzili öz vəsaiti hesabına əldə etmək niyyətini ipoteka kreditinin verilməsindən imtina edilməsi barədə qərar elektron kabinetində yerləşdirildiyi gündən 3 (üç) iş günü müddətində “Güzəştli mənzil” sistemi vasitəsilə bildirmədikdə.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Yaranan mübahisələrlə bağlı şəxs Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə inzibati qaydada şikayət edə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin poçt ünvanına (Bakı şəhəri, Cəlil Məmmədquluzadə 85Z), elektron şikayət isə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin e-poçt ünvanına (office@mida.gov.az) göndərilir. Şikayətə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Elektron notariat" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi
  • Dövlət Qulluqçularının Reyestri informasiya ehtiyatı
  • Əmək müqaviləsi bildirişi altsistemi
  • Müavinət alan məcburi köçkünlərin adlı siyahıdan ibarət informasiya ehtiyatı
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
  • Əmək müqaviləsi bildirişi altsistemi
  • Müavinət alan məcburi köçkünlərin adlı siyahıdan ibarət informasiya ehtiyatı
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Tam avtomatlaşdırlıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi


Ünvan: place AZ1078, Bakı şəhəri Cəlil Məmmədquluzadə küçəsi, 85Z
Telefon: (+99412) 505 65 37/38
Faks: (+99412) 505 65 39
E-poçt: office@mida.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://mida.gov.az/
VÖEN: 1701934661
Ödəmə rekvizitləri:
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:
message