Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
|
Xidmətin məzmunu
:
|
-
Xüsusi məxfi rabitə vasitələri və şifrləri, bu vasitələrin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlıqların mülki dövriyyəsinə icazənin verilməsi
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
|
Xidmətin hüquqi əsası
:
|
-
- “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunu
- “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanunu ( 23 dekabr 2003-cü il № 565-IIQ)
- Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydalari ( 12 sentyabr 2005-ci il № 292 )
- “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari (8 may 2006-cı il № 120)
|
Xidmətin həyata keçirilmə formaları
:
|
-
Elektron və ya kağız sənədləşmə formalarında
-
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
Poçt xidməti vasitəsilə məlumatlandırma
-
Telefon vasitəsilə məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
-
Xüsusi məxfi rabitə vasitələri və şifrləri, bu vasitələrin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlıqların mülki dövriyyəsinə icazə
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
7 iş günü |
Ödənişsiz : |
Xidmət ödənişsiz həyata keçirilir |
Rüsum : |
|
Xidmət haqqı : |
|
Ödənişlə bağlı qeyd : |
Xidmətin göstərilməsi ilə bağlı müddətin axımının dayandırılması halları istisna olmaqla |
Ödənişin hüquqi əsası : |
|
Rüsumla bağlı əlavə qeyd : |
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Dövr (Rüb, Ay) : |
|
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) : |
|
Günlər : |
1-5-ci günlər |
İşin başlama vaxtı : |
09:00 |
İşin sona çatma vaxtı : |
18:00 |
Fasilənin başlama vaxtı : |
13:00 |
Fasilənin sona çatma vaxtı : |
14:00 |
|
Xidmətin göstərilmə yeri
:
|
-
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binası
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunun 19.1-ci, 19.2-ci və 19.7-ci maddələrində nəzərdə tutulmuş hallarda icazənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət lisenziyanın verilməsi müddətinə daxil edilmir.
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 20-ci maddəsində nəzərdə tutulmuş hallarda icazənin verilməsindən imtina edilir.
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
|
Ərizə (1. hüquqi şəxslər üçün - adı, təşkilati hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü qeyd edilir. 2. fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü qeyd edilir.)
- Elektron qaydada və ya kağız formada
|
Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti
- Elektron qaydada və ya kağız formada
|
Qanunvericilikdə nəzərdə tutulmuş hallarda icazənin surəti
- Elektron qaydada və ya kağız formada
|
Qanunvericilikdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanlarının rəyi
- Elektron qaydada və ya kağız formada
|
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli qərarı ilə təsdiq olunmuş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan Əlavə Şərtlər”in 4-cü bəndi)
- Elektron və ya kağız formada
|
|
Ödənilmə üsulları
:
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
Ərizəçi ərizə ilə Dövlət Təhlükəsizliyi Xidmətinə yazılı qaydada müraciət edir. İcazənin alınması üçün təqdim edilən sənədlər DTX-da qəbul edilir və qeydiyyatdan keçirilir. İcazə verən dövlət orqanı təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmanın nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq İcazənin verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul edir və bu barədə ərizəçiyə məlumat verir.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
- Yaranan mübahisələrlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə inzibati qaydada şikayət verilə bilər. Şikayət kağız üzərində və ya elektron formada tərtib olunur. Kağız üzərində şikayət DTX-nin poçt ünvanına, elektron şikayət DTX-nin elektron poçt ünvanına göndərilir.
- Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 (bir) ay müddətində baxılır.
|