Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Xidmətin məzmunu :
  • Sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun zəmanət verdiyi təqdirdə həmin kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin ödənilməsi üçün Fond tərəfindən dövlət büdcəsi hesabına müvəkkil banka əvəzsiz maliyyə vəsaitinin verilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron və ya kağız sənədləşmə formalarında
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Subsidiyanın verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 5 iş günü
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı : Müvəkkil bank zəmanət verilməsi üçün etdiyi hər bir müraciətə baxılmağa görə Fonda birdəfəlik xidmət haqqı və zəmanət verilməsinə görə komissiya (birdəfəlik və illik) ödəyir. Hər bir müraciət üçün müvəkkil bank tərəfindən zəmanət məbləğinin 0.1%-i (maksimum 50 (əlli) manat) həcmində xidmət haqqı ödənilir. Birdəfəlik komissiya zəmanət məbləğinin 0,4 faizi həddində təsdiq edilmişdir. İllik komissiya isə zəmanətin qüvvədə olduğu müddətdə gündəlik əsasda zəmanətin qalıq məbləğinə hesablanır və aylıq qaydada ödənilir. İllik komissiya kreditin müddətindən, borcalanın kredit reytinqindən və təminatın kreditə nisbətindən asılı olaraq 0.5-1.5% arası müəyyən olunur.
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası"nın 8-ci hissəsi; Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının 02 may 2018-ci il tarixli 03 nömrəli qərarı; Fondun Himayəçilik Şurasının 23 may 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İllik komissiyanın və zəmanət haqqının həcminin müəyyənləşdirilməsi Qaydası".
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - cümə günləri
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 18:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu.
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Faiz subsidiyasının verilməsi üzrə borcalanın müvəkkil banka müraciəti
- Elektron və kağız sənədləşmə formalarında
Faiz subsidiyasının aylıq və cəmi məbləğini əks etdirən cədvəl
- Elektron və kağız sənədləşmə formalarında
faiz subsidiyasının verilməsi üzrə tələb olunan məlumatların Fonda təqdim ediləcəyi barədə borcalanın qabaqcadan razılığı
- Elektron və kağız sənədləşmə formalarında
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Borcalana faiz subsidiyasının verilməsi üçün müvəkkil bankın elektron sistem vasitəsilə müraciəti Fonda zəmanət alınması ilə bağlı tələb olunan sənədlərlə eyni vaxtda təqdim edilir. Faiz subsidiyasının verilməsi üçün müvəkkil bankın müraciətinə Fond Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nın 5.4–5.9-cu bəndlərində göstərilən qaydada baxır. Fondun borcalana faiz subsidiyası verməsi barədə müvafiq qərar zəmanət verilməsi ilə bağlı Fondun qərarı ilə birlikdə müvəkkil banka təqdim olunur. Müvəkkil bank hər ayın 5-dək hesablanmış faizlərin faktiki ödənilməsinə dair hesabatı və faiz subsidiyasının ödənilməsinə dair müraciəti elektron sistem vasitəsilə Fonda təqdim edir. Fond müraciət daxil olduqdan sonra 5 (beş) iş günü müddətində faiz subsidiyasını müvəkkil bankın Azərbaycan Respublikasının Mərkəzi Bankında olan hesabına köçürür.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Yaranan mübahisələrlə bağlı şəxs Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna inzibati qaydada şikayət edə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Fondun poçt ünvanına (Bakı şəhəri, Bül-Bül prospekti 40) , elektron şikayət isə Fondun e-poçt ünvanına (info@mcgf.gov.az) göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada Fonda daxil olmuş ərizələr və şikayətlər araşdırılması ilə bağlı aidiyyəti struktur bölmələr tərəfindən 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Elektron ipoteka və kredit zəmanət" sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu


Ünvan: place AZ1014, Bakı şəhəri, Bül-Bül pr. 40
Telefon: (+99412) 441 24 23
Faks: (+99412) 598 11 77
E-poçt: info@mcgf.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: https://mcgf.az/
VÖEN: 1403502281
Ödəmə rekvizitləri:
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:
message