Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi
|
Xidmətin məzmunu
:
|
-
Açıq məkanda reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr və ya bundan çox təşkil edən reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazənin verilməsi
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin ərazi reklam idarələri
-
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi
|
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi
-
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
|
Xidmətin hüquqi əsası
:
|
-
- Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 81-ci maddəsi
- "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsi
- Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2017-ci il tarixli 1566 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 2.2.1-ci yarımbəndi
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 dekabr tarixli 495 nömrəli qərarı
|
Xidmətin həyata keçirilmə formaları
:
|
-
Poçt xidməti vasitəsilə və ya bilavasitə xidmət yerinə gəlməklə müraciət
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
Poçt xidməti vasitəsilə məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
27 iş günü |
Ödənişsiz : |
Xidmət ödənişsiz həyata keçirilir |
Rüsum : |
|
Xidmət haqqı : |
|
Ödənişlə bağlı qeyd : |
|
Ödənişin hüquqi əsası : |
|
Rüsumla bağlı əlavə qeyd : |
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Dövr (Rüb, Ay) : |
|
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) : |
|
Günlər : |
Bazar ertəsi - cümə günləri |
İşin başlama vaxtı : |
09:00 |
İşin sona çatma vaxtı : |
18:00 |
Fasilənin başlama vaxtı : |
13:00 |
Fasilənin sona çatma vaxtı : |
14:00 |
|
Xidmətin göstərilmə yeri
:
|
-
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Aparatının və ərazi reklam idarələrinin (Bakı Şəhəri Reklam İdarəsi, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Lənkəran, Quba və Bərdə regional reklam idarələri) inzibati binaları
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:
- ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda (ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqların aşkar edildiyi hal istisna edilməklə);
- ərizəçi icazə verilməsi şərtlərini yerinə yetirmədikdə.
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 81.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklam qurğularının tikintisinə icazənin verilməsi ilə bağlı bu Məcəllənin 75.5-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür. Eyni Məcəllənin 75.5.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum) tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini təmin edir. Adıçəkilən Məcəllənin 75.7-ci maddəsinə əsasən tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır.
"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən icazə aşağıdakı hallarda dayandırılır:
- icazə sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
- icazənin sahibi icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə;
- Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda.
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
|
Hüquqi şəxsin dövlət reyestrindən çıxarışın surəti
- Kağız daşıyıcıda
|
Daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd
- Kağız daşıyıcıda
|
Daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd
- Kağız daşıyıcıda
|
Reklam qurğusunun yerləşəcəyi (əgər qurğu daşınmaz əmlak üzərində yerləşdiriləcəksə) ərazinin rəngli fotosu və vəziyyət planı
- Kağız daşıyıcıda
|
Daşınmaz əmlaka istifadə hüqunu təsdiq edən sənədin surəti
- Kağız daşıyıcıda
|
Reklam qurğusunun tikinti sxemi
- Kağız daşıyıcıda
|
Reklam qurğusunun yerləşəcəyi (əgər qurğu daşınmaz əmlak üzərində yerləşdiriləcəksə) ərazinin rəngli fotosu və vəziyyət planı
- Kağız daşıyıcıda
|
|
Ödənilmə üsulları
:
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 81-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr və ya bundan çox təşkil edən reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi) verir. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
- sifarişçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
- sifarişçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
- reklam qurğusunun yerləşəcəyi daşınmaz əmlak üzərində mülkiyyət hüququnu, yaxud “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-2-ci maddəsinə uyğun olaraq, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;
- reklam qurğusunun tikinti sxemi;
- tikinti işlərinin təsviri;
- reklam qurğusunun yerləşəcəyi (əgər qurğu daşınmaz əmlak üzərində yerləşdiriləcəksə) ərazinin rəngli fotosu və vəziyyət planı.
Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklam qurğularının tikintisinə icazənin verilməsi ilə bağlı bu Məcəllənin 75.4-cü, 75.5-ci, 75.8-ci, 75.11-ci, 75.14-cü və 82.1-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görür.
Həmin Məcəllənin 75-ci maddəsinin yuxarıda qeyd olunana hissələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 2 iş günü ərzində sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur.
Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir:
- tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini;
- tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini.
Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy 5 iş günü müddətində, tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün göndərilən sorğuya isə həmin qurumlar tərəfindən eyni müddətində münasibət bildirilməlidir. Bu müddət ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. Müvafiq icra hakimiyyəti orqanı (qurum) ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qeyd olunan prosedurların həyata keçirilməsi zamanı sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
Sifarişçilər açıq məkanda reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr və ya bundan çox təşkil edən reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazə verilməsindən imtina ilə bağlı qəbul edilmiş qərarlardan "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir.
Sifarişçilər inzibati qaydada verdiyi şikayət üzrə qəbul edilmiş qərardan, orqanın hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Apellyasiya Şurasına şikayət verə bilər. Sifarişçilər Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Apellyasiya Şurasının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına şikayət verə bilər.
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
:
|
|
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri
:
|
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
:
|
|
Xidmətin elektron ünvanı
:
|
|