Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Nömrə resurslarının ayrılması və istifadəsi ilə bağlı müqavilənin bağlanması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması üçün ərizəçidən (ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operatorları, provayderləri, eyni zamanda, digər hüquqi və fiziki şəxslər) müraciətin və tələb olunan sənədlərin qəbul edilməsindən və nəticəsi barədə müraciət edənə məlumat verilməsindən ibarətdir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron və ya kağız sənədləşmə formalarında
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Ayrılmış nömrə resurslarının istifadəsi barədə ərizəçiyəbildiriş göndərilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 gün
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :

Nömrə resurslarının adı

Tariflər (ƏDV ilə manatla)

Birdəfəlik

İllik

1.

Sabit telefon şəbəkəsi üçün nömrə resursunun ayrılması (1 nömrə üçün)

 

 

 

Bakı şəhərində

0,8

0,1

 

digər bölgələrdə

0,2

0,02

2.

Sabit telefon şəbəkəsi üçün 2 və yaxud 3 rəqəmli coğrafi zona kodunun ayrılması

20 000

1000

3.

Mobil telekommunikasiya şəbəkəsi üçün 2 və yaxud 3 rəqəmli coğrafi kodun ayrılması

240 000

20 000

4.

Mobil telekommunikasiya şəbəkəsi üçün qeyri-coğrafi nömrə resursunun ayrılması (2 rəqəmli koddan sonra gələn 1 milyonluq nömrə resursunun hər bir nömrəsi üçün)

10 000

0,004

5.

3 və 4 rəqəmli qeyri-coğrafi kodun şəhər daxilində ayrılması:

 

 

 

ÜİTŞ-dən istifadə etməklə, (DIAL-UP) İnternet şəbəkəsinə giriş üçün;

1 600

245

 

digər xidmətlər üçün

2 800

840

6.

Beynəlxalq nöqtə (point) kodunun ayrılması

2 940

245

7.

Milli nöqtə (point) kodunun ayrılması

980

300

8.

Mobil şəbəkə kodunun ayrılması (MNC)

1 960

240

9.

Data şəbəkə identifikasiya kodunun ayrılması (DNIC)

1 560

200

Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : - "Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflərin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2006-cı il 12 aprel tarixli 9 nömrəli qərarı (1-ci bənd);
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5 günləri (kağız daşıyıcıda müraciətlər üçün) Elektron qaydada həftənin bütün günləri
İşin başlama vaxtı : 09:00:00 00:00:00
İşin sona çatma vaxtı : 18:00:00 00:00:00
Fasilənin başlama vaxtı : 13:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin inzibati binası

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Telekommunikasiya sahəsində xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri üzrə xidmətin təşkili üçün nömrə resurslarının ayrılması haqqında müraciət olunduğu halda xüsusi razılığın (lisenziyanın) surəti
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, fərdi identifikasiya nömrəsi (FİN istifadəyə verildikdən sonra), ünvanı)
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Ərizəçinin fəaliyyət göstərdiyi ünvandan istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Nömrə resurslarının istifadəsi üçün nəzərdə tutulan telekommunikasiya xidmətlərinin siyahısı və qurulacaq telekommunikasiya şəbəkəsinin struktur sxemi
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Ərizə
- Kağız formada və ya elektron qaydada
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Sənədlər qəbul edildikdən sonra qeydiyyata alınır və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Rabitə sahəsinin tənzimlənməsi şöbəsinə icra edilməsi üçün göndərilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Rabitə sahəsinin tənzimlənməsi şöbəsində sorğuya və ona əlavə edilən sənədlərə baxılır. Bütün sənədlər ərizəçi tərəfindən Nazirliyə təqdim edildiyi tarixdən etibarən 30 (otuz) təqvim günündən gec olmayaraq Nazirlik müraciət olunan ərazidə nömrə resurslarının ayrılmasının texniki imkanlarının təhlilini aparır və nömrə resurslarının ayrılması (imtina edilməsi üçün əsas olmadığı halda) haqqında qərar qəbul edir (sənədlərdə çatışmazlıq aşkar edilərsə, bu halda çatışmazlığın aradan qaldırılması tarixi son təqdim edilmə tarixi hesab olunur). Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş qərar, onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş qərar isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra ərizəçiyə təqdim olunmuş sayılır.
    Nömrə resurslarının ayrılması haqqında qəbul edilmiş qərara əsasən, ərizəçi ilə Nazirlik arasında müqavilə bağlanır və ərizəçi tərəfindən 10 (on) bank günü ərzində Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş tariflər tətbiq edilməklə birdəfəlik ödəniş aparılır. Ödəniş sənədinin surəti Nazirliyə təqdim edildikdən sonra, ayrılmış nömrə resurslarının istifadəsi barədə ərizəçiyə və ümumistifadəli telekommunikasiya şəbəkəsi operatorlarına, provayderlərinə Nazirlik tərəfindən bildiriş göndərilir.
    Nömrə resurslarının ayrılması barədə qərar qəbul edildiyi tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş tariflərdə nəzərdə tutulmuş birdəfəlik ödənişin aparılması barədə sənədlərin surəti ərizəçi tərəfindən təqdim edilmədiyi halda, nömrə resurslarının ayrılması haqqında qəbul edilmiş qərar qüvvədən düşmüş hesab olunur.
    Hüquqi şəxsin yenidən təşkili zamanı ona ayrılmış nömrə resursları, hüquqi sənədlər (o cümlədən hüquqi varisin ərizəsi, bir neçə hüquqi varis olduqda onların birgə ərizəsi və ya vəkalətnamə əsasında) təqdim edilməklə təsdiq edilir və bunun üçün təkrar ödəniş tələb olunmur.
    Nömrə resursları ərizəçinin müraciəti nəzərə alınmaqla müddətli və ya daimi istifadəyə ayrılır.
    Nömrə resurslarından istifadə müddətləri ərizəçinin müraciətinə əsasən nömrə resurslarının ayrılması barədə Nazirlik ilə ərizəçi arasında bağlanan müqavilə ilə müəyyənləşdirilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi


Ünvan: place AZ 1000, Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 33
Telefon: (994) 498-5838
Faks: (994) 498-7912
E-poçt: mincom@mincom.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.mincom.gov.az/
VÖEN: 9900033991
Ödəmə rekvizitləri: B1. Benifisiar (alan) bank
Adı: Dövlət Xəzinədarlıq Agentliyi (DXA)
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BIK:CTREAZ22
B2. Alan təşkilat
Adı: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Hesab №: AZ59CTRE00000000000002158570
VÖEN: 9900033991
D3. Büdcə təşkilatının kodu 142340
D4. Büdcə səviyyəsinin kodu 7
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Qaynar xətt - 1655
message