Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Dənizçilik şirkətinin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında şəhadətnamənin verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Xidmətin məzmunu :
  • "Dənizdə insan həyatının mühafizəsinə dair" 1974-cü il tarixli Beynəlxalq Konvensiyanın 9-cu Fəslinə və "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olaraq, Dənizçilik şirkətinin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında şəhadətnamənin verilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Dənizçilik şirkətinin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında şəhadətnamənin verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 5 iş günü
Ödənişsiz :
Rüsum : 50 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 28.10-cu maddəsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 18:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd
- Sənədin surəti (kağız formada)
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • "Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və verilməsi Qaydası"nın 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları Şəhadətnamənin alınması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada Agentliyə ərizə təqdim edirlər.
    3.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir (bu Qaydanın 3.4-cü bəndində göstərilən qaydada əldə edə bilmədikdə):
    3.2.1. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
    3.2.2. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
    3.2.3. ərizədə qeyd olunan obyektlərdən hər birinin üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədinin surəti;
    3.2.4.“Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq, ixtisasa, hazırlığa və təcrübəyə malik olan məsul şəxs və ya şəxslərin müvafiq sənədlərinin və vəzifəyə təyin edilməsi barədə müqavilənin surəti;
    3.2.5. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq tərtib edilmiş əmniyyətli idarəetmə sistemi;
    3.2.6. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tətbiq edildiyi gəmilərin siyahısı və tipləri;
    3.2.7. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq keçirilmiş yoxlamanın nəticəsinə dair akt.
    3.3. Bu Qaydanın 3.2-ci bəndindəgöstərilən sənədlər bilavasitə təqdim edildikdə, sənədlərin surətləri onların əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır. Ərizəçi Şəhadətnamənin alınması üçün poçt rabitəsi və ya elektron qaydada müraciət etdikdə, bu Qaydanın 3.2.1-ci, 3.2.2-ci, 3.2.3-cü və 3.2.4-cü yarımbəndlərində göstərilən sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini ərizəyə əlavə edir.
    3.4. Agentliyin bu Qaydanın 3.2-ci bəndində göstərilən sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edir. Bu mümkün olmadığı hallarda, həmin sənədlərin təqdim edilməsi ərizəçidən tələb olunur.
    3.5. Şəhadətnamənin verilməsi üçün dövlət rüsumu Agentliyin verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd Agentliyə təqdim olunur.
    3.6. Ərizə Agentlik tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır.
    4. Şəhadətnamələrin verilməsi
    4.1. Agentlik ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qaydanın 3.1-ci və 3.2-ci bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və Şəhadətnamənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq Agentlik onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, habelə formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir.
    4.2. Ərizəçi bu Qaydanın 4.1-ci bəndində göstərilən çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman Şəhadətnamənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət Şəhadətnamənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
    4.3. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 4.2-ci bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, Agentlik ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir, həmçinin bu barədə məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
    4.4. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra Şəhadətnamənin alınması üçün təkrar ərizə ilə Agentliyə müraciət edə bilər.
    4.5. Azərbaycan Respublikasının qanunları ilə (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu istisna olmaqla) daha qısa müddət müəyyən edilməyibsə, Agentlik təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmanın nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq Şəhadətnaməni verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir.
    4.6. Agentlik bu Qaydanın 4.5-ci bəndi ilə müəyyən edilmiş müddətdən gec olmayaraq, ərizəçiyə Şəhadətnaməni təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, Şəhadətnamənin verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə şifahi və ya məktub vasitəsilə məlumat verir. Şəhadətnamənin verilməsindən imtina haqqında inzibati akt Agentliyin rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
    4.7. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd ərizəçi tərəfindən Agentliyə təqdim edildikdən sonra Şəhadətnamə 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Agentliyə təqdim edilmədikdə, Şəhadətnamə Agentlik tərəfindən ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
    4.10. Şəhadətnamə Agentliyin rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçi göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada şikayət edə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Şikayət Agentliyin poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Azərbaycan Respublikasının Dövlət Gəmi və Berbout-çarter Reyestri
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi


Ünvan: place AZ 1000, Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 33
Telefon: (994) 498-5838
Faks: (994) 498-7912
E-poçt: mincom@mincom.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.mincom.gov.az/
VÖEN: 9900033991
Ödəmə rekvizitləri: B1. Benifisiar (alan) bank
Adı: Dövlət Xəzinədarlıq Agentliyi (DXA)
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. BIK:CTREAZ22
B2. Alan təşkilat
Adı: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Hesab №: AZ59CTRE00000000000002158570
VÖEN: 9900033991
D3. Büdcə təşkilatının kodu 142340
D4. Büdcə səviyyəsinin kodu 7
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Qaynar xətt - 1655
message