Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Xidmətin məzmunu :
  • Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza (turistlərə verilən elektron viza istisna olmaqla) rəsmiləşdirilməsi üçün elektron və ya kağız formasında müraciətin və sənədlərin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsi.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları
  • Konsulluq İdarəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron və ya kağız sənədləşmə formalarında
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Veb sayt vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi və ya rəsmiləşdirilməsindən imtina olunması
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 15 gün 15 gün
Ödənişsiz :
Rüsum : 350 USD 20 USD
Xidmət haqqı : Xidmət haqqı yoxdur Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd : Çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün (2 ilədək) Birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün (90 günədək)
Ödənişin hüquqi əsası : Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 16.1.7-ci maddəsinə əsasən Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 16.1.6-cı maddəsinə əsasən
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1 - 5-ci günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqların inzibati binaları, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin viza, qeydiyyat və məlumat şöbəsi
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Pasport (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır)
- Kağız daşıyıcılarda və ya sənədin skan olunmuş surətinin sistemə daxil edilməsi ilə
Səfərin məqsədindən asılı olaraq, Miqrasiya Məcəlləsinin 25–34-cü maddələrində göstərilən müvafiq sənədlər
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Dəvətin səbəbini təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur)
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə valideynlərin icazəsi
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün)
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Pasportun əsas səhifələrinin surətləri
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qanuni nümayəndənin icazəsi
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə valideynlərin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Digər sərhədkeçmə sənədi (sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır)
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil (3x4sm)
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin digər sərhədkeçmə sənədinin surəti
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə
- Kağız formada və ya sənədin skan edilmiş surəti elektron qaydada
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • viza verilməsi barədə ərizənin düzgün doldurulması və tələb olunan sənədlərin tamlığı diplomatik nümayəndəlik və konsulluqlar tərəfindən yoxlanıldıqdan sonra dərhal "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi (bundan sonra – İAMAS) vasitəsilə gücləndirilmiş elektron imza ilə təsdiq edilərək baxılması üçün Nazirliyin Konsulluq idarəsinə göndərilir. Nazirliyin Konsulluq idarəsinin məsul əməkdaşı tərəfindən sorğudakı məlumatların düzgünlüyü və tamlığı yoxlanılır və İAMAS-ın məhdudiyyət siyahıları ilə müqayisələr aparılır. Bundan sonra, sorğu razılaşdırılma məqsədilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə göndərilir.
    Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəyi alındıqdan sonra, qəbul edilən yekun rəy sorğunun daxil olduğu diplomatik nümayəndəlik və ya konsulluğa təqdim edilir.
    Viza verilməsi məqsədəuyğun hesab edildikdə diplomatik nümayəndəlik və ya konsulluq tərəfindən viza blankının fərdiləşdirilməsi, pasporta yapışdırılması, verilməsi və qeydə alınması təmin edilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - İstifadəçi xidmətlə bağlı istənilən məsələ barədə inzibati qaydada Xarici İşlər Nazirliyinə şikayət edə bilər. İnzibati şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Xarici İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Xarici İşlər Nazirliyinin e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi


Ünvan: place Bakı şəhəri, Şıxəli Qurbanov küç., 50
Telefon: +994 (12) 596 90 00
Faks: +994 (12) 596 90 01
E-poçt: secretariat@mfa.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.mfa.gov.az
VÖEN: 1300382431
Ödəmə rekvizitləri: Azərbaycan Respublikası Beynəlxalq Bankının Mərkəzi filialı
kod: 805722
VÖEN: 9900001881
Müxbir hesab: 137010002944
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Bayram, şənbə və bazar günləri istisna olmaqla, həftənin 1-5-ci günləri, saat 09:00-dan 18:00-dək
message