Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
Xidmətin məzmunu
:
|
-
Bu xidmət "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş kateqoriyadan olan uşağın anadan olmasına görə birdəfəlik müavinətin ödənilməsi ilə bağlı münasibətləri əhatə edir.
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu
-
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs
|
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
|
Xidmətin hüquqi əsası
:
|
-
1. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 4.0.2.2-ci və 10.1-1-ci maddələri
2. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezdentinin Fərmanının 2.4-cü bəndi
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin 2.15-ci bəndi
4. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli, 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə"nin 1.1 və 3.1.20-ci bəndləri
|
Xidmətin həyata keçirilmə formaları
:
|
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
Şəxsi kabinet vasitəsilə məlumatlandırma
-
SMS məlumatlandırma
-
Telefon vasitəsilə məlumatlandırma
-
Yerində (şifahi və ya yazılı) məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
-
Müavinət təyin edilir və ya təyin edilməsindən imtina edilir
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
10 gün |
Ödənişsiz : |
Xidmət ödənişsiz həyata keçirilir |
Rüsum : |
|
Xidmət haqqı : |
|
Ödənişlə bağlı qeyd : |
|
Ödənişin hüquqi əsası : |
Xidmət ödənişsiz həyata keçirilir |
Rüsumla bağlı əlavə qeyd : |
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Qeyd edilməyib
|
Xidmətin göstərilmə yeri
:
|
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
Qeyd edilməyib
|
Ödənilmə üsulları
:
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
Valideynlərin hər ikisi işləmədikdə ana və ya ataya (üstünlük Anaya verilir) qeyd olunan müavinət təyin olunur.
Uşaq doğumuna görə birdəfəlik müavinət uşağın doğulmasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir. Bu zaman müavinət uşağa doğum haqqında şəhadətnamə təqdim edilərkən, şəhadətnamədə göstərilən fərdi identifikasiya nömrəsi elektron qaydada Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (MEİS) ötürülür.
MEİS-də uşağın hər iki valideyninin işləmədiyi müəyyən olunduqdan sonra anaya və ya ataya birdəfəlik müavinət təyin edilir.
Müavinətin təyin edilməsi barədə valideynlərdən birinin mobil telefon nömrəsinə sms bildiriş göndərilir.
Bunu müəyyən etmək mümkün olmadıqda, “142-çağrı mərkəzi” və ya DSMF-nin yerli şöbəsinin əməkdaşları tərəfindən ailə ilə əlaqə saxlanılır və onlara müavinətin təyin edilməsi ilə bağlı məlumat verilir.
İki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət doğulan uşaqların sayına görə verilir.
Övladlığa götürülmüş uşaqlara uşaq doğulmasına görə birdəfəlik müavinət ümumi əsaslar üzrə verilir. Uşaq ölü doğulduqda müavinət verilmir.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. İnzibati şikayət yazılı formada tərtib edilir. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
:
|
-
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi
|
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri
:
|
-
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
-
"Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
:
|
|
Xidmətin elektron ünvanı
:
|
|