Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Xidmətin məzmunu :
  • Vərəsəlik şəhadətnaməsinin verilməsini əhatə edir
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Telefon vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Vərəsəlik şəhadətnaməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 1 iş günü
Ödənişsiz :
Rüsum : 200 USD
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 16.6.15-ci maadəsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Qeyd edilməyib
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd
- Kağız daşıyıcıda
Qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər Məsələn, vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzilistismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yerli İdarəsinin və ya mənzilistismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər Notariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzilistismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair)
- Kağız daşıyıcıda
Vəsiyyətnamə
- Sənədin əsli
Vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi
- Kağız daşıyıcıda
Miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olubolmaması barədə arayış
- Kağız daşıyıcıda
Müraciət edən vərəsələrin şəxsiyyətini təsdiq edən sənədlər
- Kağız daşıyıcıda
Miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında mənzilistismar sahələrinin arayışı, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd
- Kağız daşıyıcıda
Dövlət rüsumunun ödənilməsi barədə sənəd
- Kağız daşıyıcıda
Miras qoyanın ölüm haqqında şəhadətnaməsi
- Kağız daşıyıcıda
Vərəsələrin mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizələri
- Kağız daşıyıcıda
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini, səlahiyyətini və notariat hərəkətləri üzrə həqiqi niyyətini müəyyən edir, fəaliyyət qabiliyyətini yoxlayır, qanunvericiliklə tələb olunan sənədlər barədə məlumat verir, aparılan notariat hərəkətləri ilə bağlı müraciət edən şəxslərin hüquq və vəzifələrini izah edir, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərir, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətinin aparılması nəticələri barədə onlara xəbərdarlıq edir, təqdim edilmiş sənədlərin qanunvericiliyə uyğunluğunu öyrənir.
    Qanunvericiliklə tələb olunan sənədlər, habelə aparılan notariat hərəkətinə görə tutulan rüsumun (haqqın) və göstərilən xidmətə görə alınan haqqın ödənilməsi barədə sənəd təqdim edildikdən sonra həmin notariat hərəkəti barədə notariat reyestrində qeyd aparılaraq Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə və ya onların nümayəndələrinə təqdim olunur, sonuncular isə sənədin alınması barədə notariat reyestrində imza edirlər.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - İstifadəçi xidmətlə bağlı istənilən məsələ barədə inzibati qaydada Xarici İşlər Nazirliyinə şikayət edə bilər. İnzibati şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Xarici İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Xarici İşlər Nazirliyinin e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi


Ünvan: place Bakı şəhəri, Şıxəli Qurbanov küç., 50
Telefon: +994 (12) 596 90 00
Faks: +994 (12) 596 90 01
E-poçt: secretariat@mfa.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.mfa.gov.az
VÖEN: 1300382431
Ödəmə rekvizitləri: Azərbaycan Respublikası Beynəlxalq Bankının Mərkəzi filialı
kod: 805722
VÖEN: 9900001881
Müxbir hesab: 137010002944
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Bayram, şənbə və bazar günləri istisna olmaqla, həftənin 1-5-ci günləri, saat 09:00-dan 18:00-dək
message