Menu mail_outline

Övladlığa götürmənin qeydə alınması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Xidmətin məzmunu :
  • - Övladlığa götürmənin qeydə alınması
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Telefon vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Övladlığa götürmə və doğum haqqında şəhadətnamələr verilir.
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 təqvim günü
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : 1-3-5 günlər
İşin başlama vaxtı : 10:00
İşin sona çatma vaxtı : 13:00
Fasilənin başlama vaxtı :
Fasilənin sona çatma vaxtı :
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Övladlığa götürülən uşağın doğum haqqında şəhadətnaməsi
- Kağız daşıyıcıda
Övladlığa götürənlərin birgə ərizəsi və ya onlardan birinin ərizəsi
- Kağız daşıyıcıda
Övladlığa götürənlərin şəxsiyyətini təsdiq edən sənədlər
- Kağız daşıyıcıda
Övladlığa götürmə haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi
- Kağız daşıyıcıda
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Övladlığa götürmənin dövlət qeydiyyatı övladlığa götürənlərin birgə ərizəsi və ya onlardan birinin ərizəsi ilə övladlığa götürmə haqqında məhkəmə qətnaməsinə əsasən qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılır. Qeydiyyat şöbəsi tərəfindən övladlığa götürmə haqqında akt qeydi məhkəmə qətnaməsində və övladlığa götürənlərin və övladlığa götürülənin şəxsiyyətini təsdiq edən sənədlərdə göstərilən məlumatlar əsasında tərtib edilir.
    - Qeydiyyat şöbəsi tərəfindən övladlığa götürmə haqqında akt qeydi tərtib olunarkən övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi, övladlığa götürülmüş uşağın doğulduğu yerin və ya tarixin dəyişdirilməsi, övladlığa götürənlərin valideyn kimi yazılması zəruriliyi övladlığa götürmə haqqında məhkəmə qətnaməsinə əsasən müəyyən edilir. Övladlığa götürülmüş uşağa övladlığa götürənin adı ilə ata adı və soyadı verilərsə, habelə övladlığa götürülənin adı dəyişdirilərsə və ya övladlığa götürənlər övladlığa götürülənin valideynləri kimi yazılarsa, eləcə də övladlığa götürülənin doğulduğu yer dəyişdirilərsə, övladlığa götürülmüş uşağın doğum haqqında akt qeydinə qeydiyyat şöbəsi tərəfindən dəyişikliklər edilir və bu dəyişikliklər nəzərə alınmaqla doğum haqqında ilkin şəhadətnamə verilir.
    - Qeydiyyat şöbəsi övladlığa götürmə haqqında akt qeydi tərtib edir, akt qeydinə yazılan hər bir qeyd övladlığa götürənlərə oxunur, onlar tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir, övladlığa götürmə haqqında şəhadətnamə tərtib olunur, vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir, şəhadətnamə müvafiq reyestrdə qeyd olunur və övladlığa götürənlərdən biri şəhadətnamənin alınmasına dair reyestrdə imza edir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - İstifadəçi xidmətlə bağlı istənilən məsələ barədə inzibati qaydada Xarici İşlər Nazirliyinə şikayət edə bilər. İnzibati şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Xarici İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Xarici İşlər Nazirliyinin e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidməti həyata keçirən orqanların siyahısı :
message