Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Sahibkarlar tərəfindən manatla alınan kreditlərə zəmanətlərin verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Xidmətin məzmunu :
  • Sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən zəmanətlərin verilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron və ya kağız sənədləşmə formalarında
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən zəmanətin verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 10 iş günü
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı : Müvəkkil bank zəmanət verilməsi üçün etdiyi hər bir müraciətə baxılmağa görə Fonda birdəfəlik xidmət haqqı və zəmanət verilməsinə görə komissiya (birdəfəlik və illik) ödəyir. Hər bir müraciət üçün müvəkkil bank tərəfindən zəmanət məbləğinin 0.1%-i (maksimum 50 (əlli) manat) həcmində xidmət haqqı ödənilir. Birdəfəlik komissiya zəmanət məbləğinin 0,4 faizi həddində təsdiq edilmişdir. İllik komissiya isə zəmanətin qüvvədə olduğu müddətdə gündəlik əsasda zəmanətin qalıq məbləğinə hesablanır və aylıq qaydada ödənilir. İllik komissiya kreditin müddətindən, borcalanın kredit reytinqindən və təminatın kreditə nisbətindən asılı olaraq 0.5-1.5% arası müəyyən olunur.
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası"nın 8-ci hissəsi; Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının 02 may 2018-ci il tarixli 03 nömrəli qərarı; Fondun Himayəçilik Şurasının 23 may 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İllik komissiyanın və zəmanət haqqının həcminin müəyyənləşdirilməsi Qaydası".
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - cümə günləri
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 18:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu.
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Müvəkkil bankın zəmanət üzrə Fonda yazılı müraciəti
- Elektron və kağız sənədləşmə formalarında
Kreditin və zəmanətin verilməsinə dair qeydlər, habelə bankın daxili kredit reytinqi modelinin nəticəsi göstərilməklə müvəkkil bankın səlahiyyətli orqanının qərarı
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur)
Borcalanın müvəkkil banka təqdim etdiyi kredit sifarişi ərizəsi və kredit reyestrindən çıxarış
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur)
Borcalan hüquqi şəxs olduqda, onun təsis sənədləri – nizamnaməsi, dövlət reyestrindən çıxarış və VÖEN, borcalan fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd və VÖEN
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur)
Borcalanın nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan fiziki şəxslərin, habelə kredit üzrə təminat vermiş fiziki şəxslərin (girov/ipoteka qoyan və s.) şəxsiyyətini təsdiq edən sənədlər
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur)
Təminat qismində çıxış edən girov/ipoteka predmeti olan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur)
Borcalanın maliyyə vəziyyətini əks etdirən sənədlər və bu barədə müvəkkil bankın müvafiq arayışı
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur)
Zəmanət verilməsi üzrə müraciət olunan tarixə borcalanın dövlət büdcəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur)
Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcu olmadığını və ya müvəkkil bankdakı hesabı üzrə müvafiq dövlət orqanlarının sərəncamı olmadığını təsdiq edən sənədlər
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur)
Borcalan hüquqi şəxs olduqda, onun nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan fiziki və (və ya) hüquqi şəxslər barədə kredit reyestrindən çıxarışlar
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur)
Girov/ipoteka predmetini qiymətləndirmə aktı
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur)
Borcalanın hüquqi şəxs olan qanuni təmsilçisi, nizamnamə kapitalında 25%- dən çox iştirak payı olan hüquqi şəxslər, həmзinin kredit ьzrə təminat vermiş hüquqi şəxslər barədə (girov/ipoteka qoyan və s.) dövlət reyestrindən çıxarış
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur)
Borcalanın müvəkkil banka aidiyyəti şəxs olmadığını təsdiqləyən və müvəkkil bankın səlahiyyətli nümayəndəsinin imzaladığı sənəd
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur)
Borcalanın ona dair məlumatların Fonda verilməsinə dair razılığını təsdiq edən sənəd
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur)
Sahibkarlıq subyektində monitorinqin (bundan sonra – baxış) aparılmasına dair akt və ya digər sənəd
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur)
Borcalanın sahibkarlıq fəaliyyətinin ətraflı şərhi (biznes-sxem) və bu fəaliyyətin səmərəliliyini və proqnoz göstəricilərini, o cümlədən müvafiq foto şəkilləri
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur)
Özündə əks etdirən biznes plan və ya dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə kredit götürüldükdə biznesin təsviri haqqında arayış
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur)
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Borcalana zəmanətin verilməsi üçün müvəkkil bankın elektron sistem vasitəsilə müraciəti Fonda zəmanət alınması ilə bağlı tələb olunan sənədlərlə eyni vaxtda təqdim edilir. Zəmanətin verilməsi üçün müvəkkil bankın müraciətinə Fond Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nın 5.4–5.9-cu bəndlərində göstərilən qaydada baxır. Fondun borcalana kredit üzrə zəmanətin verilməsi ilə bağlı qərarı müvəkkil banka təqdim olunur. Müvəkkil bank hər ayın 5-dək hesablanmış faizlərin faktiki ödənilməsinə dair hesabatı və faiz subsidiyasının ödənilməsinə dair müraciəti elektron sistem vasitəsilə Fonda təqdim edir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Yaranan mübahisələrlə bağlı şəxs Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna inzibati qaydada şikayət edə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Fondun poçt ünvanına (Bakı şəhəri, Bül-Bül prospekti 40) , elektron şikayət isə Fondun e-poçt ünvanına (info@mcgf.gov.az) göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada Fonda daxil olmuş ərizələr və şikayətlər araşdırılması ilə bağlı aidiyyəti struktur bölmələr tərəfindən 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Elektron ipoteka və kredit zəmanət" sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu


Ünvan: place AZ1014, Bakı şəhəri, Bül-Bül pr. 40
Telefon: (+99412) 441 24 23
Faks: (+99412) 598 11 77
E-poçt: info@mcgf.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: https://mcgf.az/
VÖEN: 1403502281
Ödəmə rekvizitləri:
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:
message