Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Öhdəliyin icra predmetinin saxlanmağa, pul məbləğlərinin, qiymətli kağızların və vəsiyyətnamələrin depozitə qəbul edilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Xidmətin məzmunu :
  • Öhdəliyin icra predmetinin saxlanmağa, pul məbləğlərinin, qiymətli kağızların və vəsiyyətnamələrin depozitə qəbul edilməsi
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Telefon vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 1 iş günü
Ödənişsiz :
Rüsum : 50 USD
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Azərbaycan Respublikasının " Dövlət rüsumu haqqında" Qanununun 16.6.19-cı maddəsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Qeyd edilməyib
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Öhdəliyin icra predmeti, pul məbləğləri, qiymətli kağızlar və vəsiyyətnamələr
- Kağız daşıyıcıda
Dövlət rüsumunun ödənilməsi barədə sənəd
- Kağız daşıyıcıda
Müraciət edənin şəxsiyyətini təsdiq edən sənəd
- Kağız daşıyıcıda
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • - Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarına müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini, səlahiyyətini və notariat hərəkətlərin üzrə həqiqi niyyətini müəyyən edir, fəaliyyət qabiliyyətini yoxlayır, qanunvericiliklə tələb olunan sənədlər barədə məlumat verir, aparılan notariat hərəkətləri ilə bağlı müraciət edən şəxslərin hüquq və vəzifələrini izah edir, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərir, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətinin aparılması nəticələri barədə onlara xəbərdarlıq edir, təqdim edilmiş sənədlərin qanunvericiliyə uyğunluğunu öyrənir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları öhdəliyin icra predmetinin pul məbləğlərinin və qiymətli kağızların daxil olması haqqında kreditora məlumat verir və kreditorun tələbi ilə bu pul məbləğini və ya qiymətli kağızları ona verir.
    Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə aşağı həddi şərti maliyyə vahidinin beş min mislində müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir.
    - Qanunvericiliklə tələb olunan sənədlər, habelə aparılan notariat hərəkətinə görə tutulan rüsumun (haqqın) və göstərilən xidmətə görə alınan haqqın ödənilməsi barədə sənəd təqdim edildikdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən müvafiq notariat hərəkəti aparılır, bu barədə notariat reyestrində qeyd edilir, sənəd aidiyyəti şəxslərə təqdim edilir, sonuncular isə sənədin alınması barədə notariat reyestrində imza edirlər.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - İstifadəçi xidmətlə bağlı istənilən məsələ barədə inzibati qaydada Xarici İşlər Nazirliyinə şikayət edə bilər. İnzibati şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Xarici İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Xarici İşlər Nazirliyinin e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi


Ünvan: place Bakı şəhəri, Şıxəli Qurbanov küç., 50
Telefon: +994 (12) 596 90 00
Faks: +994 (12) 596 90 01
E-poçt: secretariat@mfa.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.mfa.gov.az
VÖEN: 1300382431
Ödəmə rekvizitləri: Azərbaycan Respublikası Beynəlxalq Bankının Mərkəzi filialı
kod: 805722
VÖEN: 9900001881
Müxbir hesab: 137010002944
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Bayram, şənbə və bazar günləri istisna olmaqla, həftənin 1-5-ci günləri, saat 09:00-dan 18:00-dək
message