Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Onlayn bilet satışı


Dövlət orqanı :
  • “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Xidmətin məzmunu :
  • Elektron Bilet
    1.Daşıyıcının kompyuter məlumat bazasında yerləşdirilən və hava daşıması haqqında
    müqavilə sayılan adi biletin elektron analoqu. Bu bilet kağızda çap olunmuş adi
    aviabiletdə göstərilən məlumata analoji olan məlumatı tam şəkildə əks etdirir və
    qüvvədə olan elektron ticarət haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada
    hava daşımalarının elektron satışı prosesində tətbiq edilir.
    2. Sərnişin elektron biletin rəsmiləşdirilmiş marşrut-qəbzini (çap formada, kağızda
    surətini) bilavasitə Aviaşirkətin və onun Agentinin daşımaların satışı məntəqəsində ala
    bilər, yaxud Aviaşirkət və ya onun Səlahiyyətli Agenti ilə razılaşdırılmış çatdırma
    üsulunu seçə bilər, ya da Aviaşirkət və ya onun Səlahiyyətli Agenti tərəfindən müəyyən
    edilmiş qaydada bileti internet vasitəsilə Aviaşirkətin www.azal.az rəsmi saytında əldə
    etdiyi təqdirdə, marşrut/qəbzi müstəqil olaraq ala bilər. Marşrut-qəbz — bu Qaydalara
    əsasən elektron biletin təxsis edildiyini və dəyərinin ödənildiyini təsdiq edən məlumatdır.
    3. Sərnişin Biletində hökmən Sərnişinin adı, soyadı (tam şəkildə), Sərnişinin şəxsiyyətini
    təsdiq edən sənədin nömrəsi, biletin verildiyi yer və tarix, yola düşmə və təyinat yeri,
    nəzərdə tutulmuş dayanacaqlar, aviabiletin dəyəri, aviaşirkətin adı və ünvanı
    göstərilməli, bu və ya digər beynəlxalq qanunvericilik və ya Azərbaycan Respublikasının
    qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət haqqında qaydaların bu daşımaya şamil
    edildiyi qeyd olunmalıdır.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • «Azərbaycan Hava Yolları» Sərnişin Aviaşirkəti
  • «BUTA AIRWAYS» Sərnişin Aviaşirkəti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • elektron formada
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • SMS məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Biletin alınması
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : Dəqiqə
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir Xidmət ödənişsiz həyata keçirilir Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd : Https://www.butaairways.az/az/information/fares-and-services
Ödənişin hüquqi əsası : 1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qəraı ilə təsdiq olunmuş daşıma tarifləri (ölkədaxili reyslər üçün). 2. Azərbaycan Respublikası Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə razılaşdırılmış daşıma tarifləri (beynəlxalq reyslər üçün.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : 1-7 gün
İşin başlama vaxtı : 00:00
İşin sona çatma vaxtı : 24:00
Fasilənin başlama vaxtı :
Fasilənin sona çatma vaxtı :
Xidmətin göstərilmə yeri :
  • www.azal.az - “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin reyslərinə

    www.butaairways.az/az/ - "Buta Airways" Aviaşirkətinin reyslərinə
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Şəxsiyyəti təsdiq edən sənəd
- Elektron formada
Ödənilmə üsulları :
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Sərnişinin inzibati vəzifələri:
    1. Sərnişin səyahət üçün lazım olan bütün sənədlərin, vizaların, icazələrin və s. alınmasına,
    habelə yola düşmə, təyinat və tranzit ölkəsinin ölkədən getmək, ölkəyə gəlmək və tranzit haqqında
    bütün tətbiq olunan qanunlarına riayət edilməsinə görə məsuliyyət daşıyır. Sərnişin belə sənədləri və
    ya vizaları almadıqda və ya tətbiq olunan qanunların tələblərini yerinə yetirmədikdə, Aviaşirkət
    Sərnişin qarşısında heç bir məsuliyyət daşımır.
    2. Aviaşirkətin tələbi ilə Sərnişin Aviaşirkətin səlahiyyətli şəxslərinə, müvafiq dövlət
    orqanlarının nümayəndələrinə ölkəyə gəlmək, ölkədən getmək və ölkədən keçmək, sağlamlığı
    haqqında sənədləri və tətbiq olunan qanunlarla tələb olunan bütün digər sənədləri təqdim etməli və
    Aviaşirkətə onların surətini çıxarıb saxlamağa, yaxud müvafiq sənədlərdə olan Sərnişin haqqında
    məlumatları hər hansı digər üsulla özündə saxlamağa icazə verməlidir.
    3. Aviaşirkət tətbiq olunan qanunlara riayət etməyən və ya sənədləri lazımi qaydada
    rəsmiləşdirilməyən Sərnişinlərin (o cümlədən vizanın, pulun, əks istiqamətə biletin və
    digərlərinin olmaması) daşınmasından imtina etmək hüququna malikdir.
    Sərnişinin ölkə ərazisinə daxil olmasına icazə verilməməsi:
    1. Aviaşirkət dövlət orqanlarının Sərnişinə ölkə ərazisinə daxil olmağa icazə verməməsinə
    görə məsuliyyət daşımır.
    2. Sərnişinin getdiyi ölkənin təyinat yeri və ya tranzit ölkəsi olmasından asılı olmayaraq,
    həmin ölkənin belə Sərnişini qəbul etməməsi ilə əlaqədar Sərnişin Aviaşirkətin və ya dövlət
    orqanlarının tələbi ilə yola düşmə məntəqəsinə və ya digər yerə qayıtmalı və onun əks istiqamətdə
    daşınmasına görə müvafiq tarif ödəməlidir.
    3.Bu cür daşımanın dəyərinin ödənilməsi üçün Aviaşirkət yerinə yetirilməyən daşımaya
    görə Sərnişin tərəfindən əvvəl ödənilmiş, lakin onun sərəncamında qalmış istənilən məbləğdən,
    yaxud Aviaşirkətin sərəncamında olan Sərnişinin istənilən vəsaitindən istifadə edə bilər.
    4.Sərnişinin daxil olmasına icazə verilməyən və yaxud deportasiya olunan məntəqəyədək
    uçuşu üçün onun tərəfindən ödənilmiş məbləğ geri qaytarılmır.
    Sərnişinin məsuliyyəti:
    1.Əgər Aviaşirkət hər hansı məbləği ödəmək və ya depozitə qoymaq, yaxud Sərnişinin tətbiq
    olunan qanunların tələblərinə riayət etməməsi və ya onun səyahət üçün lazım olan sənədləri təqdim
    etməkdən imtina etməsi, ya da saxta sənədlər və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər
    təqdim etməsi ilə əlaqədar maliyyə zəmanəti təmin etmək məcburiyyətində qalıbsa, Sərnişin
    Aviaşirkətin tələbi ilə ödənilmiş və ya depozitə qoyulmuş məbləği və bununla əlaqədar çəkilmiş
    digər xərcləri Aviaşirkətə ödəməlidir.
    2.Aviaşirkət 1-ci bənddə göstərilən xərclərin əvəzinin ödənilməsi üçün Sərnişinin
    yerinə yetirilməmiş daşımaya görə əvvəl ödədiyi və onun sərəncamında qalan məbləğdən, yaxud
    Aviaşirkətin sərəncamında olan Sərnişinin istənilən digər vəsaitindən istifadə edə bilər, yaxud
    Sərnişin Aviaşirkətə onun xərclərini ödəmədiyi təqdirdə, daşımadan imtina edə bilər.
    Gömrük baxışı və aviasiya təhlükəsizliyi üzrə yoxlama:
    1.Sərnişin gömrük baxışının (səlahiyyətli orqanların tələbi ilə) və aviasiya təhlükəsizliyi
    üzrə yoxlamanın aparılması üçün bütün baqajını təqdim etməlidir.
    3. Aviaşirkət Sərnişinin hava limanının gömrük və ya aviasiya təhlükəsizliyi xidmətinin
    tələblərinə riayət etməməsi nəticəsində baqajına dəymiş hər hansı zərərə və ya itkiyə görə məsuliyyət
    daşımır.
    4. Sərnişin baxışdan imtina etdiyi təqdirdə, Aviaşirkət belə Sərnişini hava gəmisinə buraxmır. Bu
    vaxt Aviaşirkət daşımadan imtina ilə əlaqədar Sərnişin qarşısında məsuliyyət daşımır, yerinə
    yetirilməmiş daşıma üçün tariflərin tətbiqi qaydalarına müvafiq olaraq biletin dəyərinin qaytarılması
    öhdəliyi istisna təşkil edir. Sərnişin göstərilən yoxlamanı keçməkdən imtina etdiyinə görə
    Aviaşirkətin çəkdiyi əlavə xərcləri ödəməlidir.
    5. Aviasiya təhlükəsizliyinə görə baxış zamanı götürülmüş, əl yükü kimi aparılması qadağan
    olunan, lakin qeydiyyata alınmış baqaj qismində aparıla bilən əşyalar da Sərnişinin uçduğu
    reyslə daşınır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Onlayn bilet satışı ilə bağlı mübahisə yarandıqda müştəri Pretenziyalar şöbəsinə müraciət edə bilər. Müraciət araşdırılaraq müştəriyə məlumat verilir.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Tam avtomatlaşdırlıb
Xidmətin elektron ünvanı :

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti


Ünvan: place
Telefon: + 994 (12) 598-88-80
Faks: + 994 (12) 437-40-87
E-poçt: azalmiles@azal.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: https://www.azal.az/az/
VÖEN: 9900000831
Ödəmə rekvizitləri: “Bank Silk Vey” ASC
Cari AZN hesabı:
Muxbir hesab AZ70NABZ01350100000000020944
Mərkəzi bankda: Bankın kodu: 507473, VÖEN: 9900006241
SWIFT BIK: AZAL AZ 22
Hesablaşma hesabı : AZ15AZAL38050001000000000000;
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: ------- --------
message