Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi
|
Xidmətin məzmunu
:
|
-
Bu xidmət birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması ilə bağlı müsabiqənin test imtahanı mərhələsinin keçirilməsini və test imtahanından müvəffəqiyyətlə keçmiş namizədlərə sertifikatların verilməsini əhatə edir.
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi
-
İnsan resurslarının idarəedilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsi
|
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
|
Xidmətin hüquqi əsası
:
|
-
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsi;
- Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası";
-Azərbaycan Respublikası Nazirlər Kabinetinin2017-ci il 10 mart tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması".
|
Xidmətin həyata keçirilmə formaları
:
|
-
elektron formada
-
Xidmət yerinə gəlməklə müraciət və nəticənin yerində təqdim edilməsi
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
Şəxsi kabinet vasitəsilə məlumatlandırma
-
Veb sayt vasitəsilə məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
-
Namizədin dövlət qulluğuna qəbul üçün keçirilən müsabiqənin müsahibə mərhələsinə buraxılmasını müəyyən edən test imtahanının nəticəsinə dair arayışın verilməsi
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
30 gün |
Ödənişsiz : |
Xidmət ödənişsiz həyata keçirilir |
Rüsum : |
|
Xidmət haqqı : |
|
Ödənişlə bağlı qeyd : |
1 iştirak üçün |
Ödənişin hüquqi əsası : |
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinin üçüncü hissəsi. |
Rüsumla bağlı əlavə qeyd : |
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Dövr (Rüb, Ay) : |
|
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) : |
|
Günlər : |
Həftənin 1-5-ci günləri |
İşin başlama vaxtı : |
09:00:00 |
İşin sona çatma vaxtı : |
18:00:00 |
Fasilənin başlama vaxtı : |
13:00:00 |
Fasilənin sona çatma vaxtı : |
14:00:00 |
|
Xidmətin göstərilmə yeri
:
|
-
Test imtahanı Mərkəzin müəyyən etdiyi yerdə keçirilir.
Namizədlərə sertifikatlar Mərkəzin inzibati binasında verilir.
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
Namizəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları"nın 7-ci hissəsi ilə müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatların verilməsi aşkar edildikdə, namizədin test imtahanında əldə etdiyi nəticələr etibarsız hesab edilir.
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
|
Dövlət qulluğuna qəbul edilmək üçün müraciət Forması
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur)
|
Ali təhsil haqqında diplom
- Sənədin skan edilmiş surəti
|
Əmək kitabçası (olduğu təqdirdə)
- Sənədin skan edilmiş surəti
|
|
Ödənilmə üsulları
:
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
Mərkəz inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test imtahanı dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:
1. AA qrupu;
2. AB qrupu;
3. AC qrupu.
və B növü - inzibati icraçı vəzifələr üzrə:
1. BA qrupu;
2. BB qrupu.
Test imtahanında iştirak etmək üçün vətəndaşlar portal vasitəsilə onlayn qeydiyyatdan keçir və portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir.
Test imtahanının keçirilmə yeri və vaxtı Mərkəz tərəfindən müəyyən edilir və bu barədə imtahana azı 5 gün qalmış portalda məlumat yerləşdirilir. Vəzifə altqrupları üzrə test imtahanından keçid balları Azərbaycan Respublikası Nazirlər Kabinetinin2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası"nın 4.2-ci bəndinə əsasən müəyyən olunur.
Mərkəz test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat verir.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
Namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apelyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə şikayət verə bilər.
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
:
|
|
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri
:
|
-
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
:
|
|