Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Müsabiqənin test imtahanı mərhələsinin keçirilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi
Xidmətin məzmunu :
  • Bu xidmət birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması ilə bağlı müsabiqənin test imtahanı mərhələsinin keçirilməsini və test imtahanından müvəffəqiyyətlə keçmiş namizədlərə sertifikatların verilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi
  • İnsan resurslarının idarəedilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • elektron formada
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin yerində təqdim edilməsi
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Şəxsi kabinet vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Namizədin dövlət qulluğuna qəbul üçün keçirilən müsabiqənin müsahibə mərhələsinə buraxılmasını müəyyən edən test imtahanının nəticəsinə dair arayışın verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 gün
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd : 1 iştirak üçün
Ödənişin hüquqi əsası : "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinin üçüncü hissəsi.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Test imtahanı Mərkəzin müəyyən etdiyi yerdə keçirilir.
    Namizədlərə sertifikatlar Mərkəzin inzibati binasında verilir.
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Dövlət qulluğuna qəbul edilmək üçün müraciət Forması
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur)
Ali təhsil haqqında diplom
- Sənədin skan edilmiş surəti
Əmək kitabçası (olduğu təqdirdə)
- Sənədin skan edilmiş surəti
Ödənilmə üsulları :
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Mərkəz inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test imtahanı dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:
    1. AA qrupu;
    2. AB qrupu;
    3. AC qrupu.
    və B növü - inzibati icraçı vəzifələr üzrə:
    1. BA qrupu;
    2. BB qrupu.
    Test imtahanında iştirak etmək üçün vətəndaşlar portal vasitəsilə onlayn qeydiyyatdan keçir və portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir.
    Test imtahanının keçirilmə yeri və vaxtı Mərkəz tərəfindən müəyyən edilir və bu barədə imtahana azı 5 gün qalmış portalda məlumat yerləşdirilir. Vəzifə altqrupları üzrə test imtahanından keçid balları Azərbaycan Respublikası Nazirlər Kabinetinin2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası"nın 4.2-ci bəndinə əsasən müəyyən olunur.
    Mərkəz test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat verir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apelyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi


Ünvan: place AZ1138, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m
Telefon: (+994 12) 502-47-92
Faks: (+994 12) 502-47-92
E-poçt: info@tqdk.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://dim.gov.az/
VÖEN: 1304673921
Ödəmə rekvizitləri: ----------------------
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: -------------
message