Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Daşınmaz əmlakın sxematik bölgüsünün aparılması


Dövlət orqanı :
  • Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi
Xidmətin məzmunu :
  • Bu xidmət hüquq sahibinin müraciəti əsasında daşınmaz əmlakın sxematik bölgüsünün aparılmasını əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Vətəndaşın müraciəti əsasında səyyar xidmətin təşkili
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin yerində təqdim edilməsi
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Çağrı Mərkəzi
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Faks vasitəsilə məlumatlandırma
  • Onlayn kargüzarlıq vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Şəxsi kabinet vasitəsilə məlumatlandırma
  • SMS məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Telefonoqram vasitəsilə məlumatlandırma
  • Teleqram vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Daşınmaz əmlakın sxematik bölgüsünün aparılması nəticəsində hazırlanmış bölgü sxemi hüquq sahibinə təqdim edilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 15 iş günü
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd : - AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI QƏRAR № 4Bakı şəhəri, 2009-cu il 31 iyul Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2005-ci il 26 dekabr tarixli, 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müraciətinə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2009-cu il 31 iyul tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR: 1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin aşağıdakı tarifləri təsdiq edilsin: IV. Hüquq sahibinin müraciəti əsasında daşınmaz əmlakın sxematik bölgüsünün aparılması 20,00 AZN Qeyd 1. Göstərilən xidmətlər sifarişçinin müraciəti əsasında qanunla müəyyən edilmiş icra müddətinin 2/3-i qədər müddətdə yerinə yetirilərsə (daxil olmuş əvvəlki sifarişlərin qanunla müəyyən edilmiş müddətdə icrasını ləngitməmək və ya məhdudlaşdırmamaq şərti ilə), müvafiq xidmətlərin tariflərinə Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 1,5, digər şəhər və rayonlarda 1,3, 1/3-i qədər müddətdə yerinə yetirilərsə, müvafiq xidmətlərin tariflərinə Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 2,0, digər şəhər və rayonlarda 1,5 əmsalı tətbiq edilir.
Ödənişin hüquqi əsası : - Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31.07.2009-cu il tarixli 4 nömrəli Qərarının IV bölməsi (Qərarın 1 nömrəli qeydi tətbiq olunmaqla)
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi - cümə günləri Əmlak Xidmətləri Məkanı həftənin 1-5-ci günləri, saat 09:00 - 19:00 Əmlak Xidmətləri Məkanı şənbə və bazar günləri, saat 10:00 - 17:00
İşin başlama vaxtı : 09:00 09:00 10:00
İşin sona çatma vaxtı : 18:00 19:00 17:00
Fasilənin başlama vaxtı : 13:00 00:00 00:00
Fasilənin sona çatma vaxtı : 14:00 00:00 00:00
Xidmətin göstərilmə yeri :
  • - Əmlak Xidmətləri Məkanı;
    - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin və ya rayon şöbələrinin inzibati binaları
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Xidmət haqqının ödənilməsi barədə sənəd
- Sənədin əsli
Şəxsiyyəti təsdiq edən sənəd
- Sənədin surəti (kağız formada)
Əmlaka dair hüquqmüəyyənedici sənədlər
- Sənədin surəti (kağız formada)
Ərizənin verilməsinə hüququ olan şəxsin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə
- Sənədin əsli
Ərizə (Hüquqi şəxsin ərizəsi həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir)
- Sənədin əsli
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Nağd
  • Onlayn ödəmə
  • Xüsusi ödəmə terminalı
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Xidmətin səlahiyyətinə aid edilməyən müraciətlər aidiyyəti quruma göndərilir. Xidmətin səlahiyyətinə aid edilən müraciətlər üzrə xidmətin göstərilməsindən imtina halları və ya xidmətin göstərilməsinin dayandırılması halları aşkar edildikdə istifadəçiyə 2 (iki) iş günü müddətində bildiriş göndərilir. İstifadəçi tərəfindən təqdim edilən sənədlərdə imtina üçün əsas olmayan və aradan qaldırılması mümkün olan çatışmazlıq aşkar edildikdə bu barədə Xidmətin müvafiq ərazi idarəsi istifadəçiyə 1 (bir) iş günündən gec olmayaraq yazılı məlumat verir. Onlar 1 (bir) iş günündən gec olmayaraq müddətdə aradan qaldırıldıqdan və bu barədə Xidmətin müvafiq ərazi idarəsinə məlumat verildikdən sonra onlara 1 (bir) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Xidmətin göstərilməsi barədə qərar qəbul edildikdən sonra ərazi idarəsinin mühəndis-inventarlaşdırıcısı tərəfindən arxivdə yoxlama, sahə işi həyata keçirilərək tərəflərin iştirakı ilə daşınmaz əmlakın sxematik bölgüsü aparılır və hazırlanmış sxematik bölgü poçt vasitəsilə və ya birbaşa istifadəçiyə təqdim edilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • 1. Əmlak Məsələləri Dövlət Komitəsinin və DƏDRX-nin aparatlarına şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) müraciət etmək;
    2. ƏMDK-nın 193 nömrəli Çağrı mərkəzinə zəng etmək;
    3. ƏMDK-nın və DƏDRX-nin rəhbərliyi və struktur bölmə rəhbərləri tərəfindən mütəmadi olaraq keçirilən vətəndaş qəbullarında iştirak etmək.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi


Ünvan: place Azərbaycan, Bakı şəhəri, AZ 1025, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50
Telefon: (994-12) 490 24 08
Faks: (994-12) 490 33 59
E-poçt: office@emdk.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: emdk.gov.az
VÖEN: 2000015631
Ödəmə rekvizitləri: Rekvizitlər:
Adı: Mərkəzi Bank
Kodu: 501004
Müxbir hesab: AZ74NABZ011451700000000001944
VÖEN: 9900071001,
S.W.İ.F.T. NABZAZ2C
Alan müştəri;
Adı: Əmlak Məsələləri Dövlət Komitəsi
Hesab:AZ65 NABZ 0136 1150 0000 0000 4944
VÖEN: 2000015631
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş vaxtı: Həftənin I-V günləri saat 09.00 - 18.00-dək Fasilə: 13.00-14.00 arası
message