Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət Səhiyyə Nazirliyi tərəfindən xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılmasını əhatə edir
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılma ilə bağlı şəhadətnamənin verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 gün
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Xidmət üçün dövlət rüsumu müəyyən edilməmişdir.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Elektron qaydada həftənin bütün günləri
İşin başlama vaxtı : 00:00:00
İşin sona çatma vaxtı : 00:00:00
Fasilənin başlama vaxtı : 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Xarici tibb və ya əczaçılıq təhsili müəssisəsinin diplomunun əlavəsinin surəti
- Məlumat elektron sistemə daxil edilir
Xarici tibb və ya əczaçılıq təhsili müəssisəsinin diplomunu əvəz edən sənəd
- Məlumat elektron sistemə daxil edilir
Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün – onlara verilən şəxsiyyət vəsiqəsinin və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin nömrəsi və pin kodu
- Məlumat elektron sistemə daxil edilir
Şəxsiyyət vəsiqəsi
- Məlumat elektron sistemə daxil edilir
Xarici tibb və ya əczaçılıq təhsili müəssisəsinin diplomunun surəti
- Məlumat elektron sistemə daxil edilir
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin nömrəsi və pin kodu
- Məlumat elektron sistemə daxil edilir
Ərizə
- Məlumat elektron sistemə daxil edilir
Ödənilmə üsulları :
  • Ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Xaricdə tibb və əczaçılıq təhsili alan və həmin ixtisas üzrə Azərbaycan Respublikasında işləmək arzusunda olan hər hansı bir şəxs xaricdə bitirdiyi dövlət qeydiyyatından keçmiş tibb və əczaçılıq təhsili müəssisəsinin diplomunu, yaxud onu əvəz edən sənədin, diploma əlavənin, diplomdan sonra keçdiyi hər hansı bir ixtisaslaşma və təkmilləşdirmə barədə, aldığı praktiki və elmi dərəcəsi barədə sənədlərin və bu təhsilini və iş fəaliyyətini dəqiqləşdirən digər sənədlərin Azərbaycan dilinə tərcümə və notarial qaydada təsdiq olunmuş surətini Səhiyyə Nazirliyinə təqdim edir. Bununla əlaqədar Səhiyyə Nazirliyi tərəfindən yüksək ixtisaslı elmi, elmi-pedaqoji kadrlar və praktiki təbabətin mütəxəssislərindən ibarət müvafiq Komissiya yaradılır. Komissiya 1 ay müddətində təqdim olunan sənədlərə əsasən həmin şəxsin keçdiyi tədris plan və proqramlarının, həmçinin respublikanın dövlət standartlarına uyğunluğunu və diplomun etibarlılığını və ekvivalent olmasını araşdırır, lazım olan tədbirdə bilik səviyyəsini və peşə səriştəsini yoxlayır və onun Azərbaycan Respublikası ərazisində tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə səs çoxluğu ilə qərar qəbul edir. Həmin qərara əsasən müraciət etmiş şəxsə Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə verilir. Qeyd olunan arayış, tədris müəssisəsini bitirmək haqqında diplomun təqdim edilməsi şərtilə, hüquqi şəxslə (işə götürənlə) əmək müqaviləsinin bağlanmasına və ya müvafiq qaydada xüsusi razılığın (lisenziya) alınmasına icazə verir. Diplomunun ekvivalentliyi respublika standartlarına uyğun olmayan şəxslərə onların təhsillərinin davam etdirilməsi və ya bilik səviyyələrinə müvafiq işlə təmin olunması haqqında arayış verilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçi göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada Səhiyyə Nazirliyinə şikayət edə bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
    Şikayət inzibati orqana verildikdə, şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır.

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Tibb Kadrlarının Vahid Registri
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi


Ünvan: place akad. M.Mirqasımov küç 1A, Bakı AZ1022
Telefon: 012 441 26 03
Faks: 012 493 06 95
E-poçt: office@e-health.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.health.gov.az/
VÖEN: 1400049171
Ödəmə rekvizitləri: Bankın adı: Dövlət Xəzinədarlığı Agentliyi
Bankın Kodu 210005
VÖEN 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
Bankın SVVİFT CTREAZ22
Hesab № AZ81CTRE00000000000002128201
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5-ci günləri.
message