Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Xidmətin məzmunu :
  • • Bu xidmət işaxtaran və işsiz şəxslərin qeydiyyata alınmasını, qeydiyyatdan müvəqqəti çıxarılması və ləğv edilməsi məsələlərini əhatə edir.15 yaşı tamam olmuş hər bir şəxs işaxtaran kimi “Elektron hökumət” və ya “e-sosial” internet portallarının mövcud audentifikasiya vasitələrindən istifadə etməklə Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Məşğulluq Alt Sistemində “Müraciət-Ərizə” formasını dolduraraq işaxtaran və işsiz kimi qeydiyyata alınmaq hüququna malikdir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • "DOST" mərkəzləri
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Özünəxidmət (elektron sistemlər) vasitəsi ilə
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Şəxsi kabinet vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • İşaxtaran və işsiz kimi qeydiyyatdan keçmiş şəxslər Məşğulluq orqanlarının və DOST Mərkəzlərinin vasitəçiliyi ilə özlərinə münasib iş tapmaq və digər aktiv məşğulluq tədbirlərindən istifadə etmək hüququ qazanırlar.
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Qeyd edilməyib
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Qeyd edilməyib
Xidmətin göstərilmə yeri :
  • • Dövlət Məşğulluq Xidmətinin rayon, şəhər Məşğulluq orqanları və DOST Mərkəzləri
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Azərbaycan Respublikası vətəndaşının (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin) şəxsiyyət vəsiqəsi
- Elektron formada
Ödənilmə üsulları :
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • • Şəxsin müraciəti Məşğulluq Alt Sistemində “Müraciət-Ərizə” forması işaxtaran kimi qeydiyyata alındıqdan sonra bu barədə məlumat onun elektron kabinetinə yerləşdirilir və onun mobil nömrəsinə göndərilir
    • İşaxtaran kimi qeydiyyata alınmış şəxsə Mərkəz tərəfindən 5 iş günü müddətində münasib iş təklif edilmədiyi və ya işəgötürən tərəfindən vakansiya qəbulundan imtina edildiyi halda həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • • "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən
    imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər.
    • İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən
    "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir.
    Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Elektron Sənəd Dövriyyəsi
  • Əmək müqaviləsi bildirişi altsistemi
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi


Ünvan: place AZ 1009, Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85
Telefon: (+994 12) 596-50-33
Faks: (+994 12) 596-50-34
E-poçt: info@mlspp.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.sosial.gov.az/
VÖEN: 1700093011
Ödəmə rekvizitləri:
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin 1-5-ci günləri. 142 - "Çağrı mərkəzi"
message