Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Müəllimlərin müsabiqə yolu ilə ümumi təhsil müəssisələrində işə qəbulu


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə həyata keçirilməsini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • İnsan resursları şöbəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Şəxsi kabinet vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Müsabiqənin nəticəsi barədə namizədlərə məlumat verilməsi və əmək müqaviləsinin bağlanması
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : Yoxdur
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı : Müsabiqələrin keçirilmə yeri və vaxtı, göndərişlərin verilmə müddəti Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. 
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz olaraq həyata keçirilir
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Real vaxt rejimi:
İşin başlama vaxtı : 00:00:00
İşin sona çatma vaxtı : 00:00:00
Fasilənin başlama vaxtı : 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Təhsil Nazirliyinin inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Diplom
- Sənədin surəti (kağız formada)
Sağlamlıq haqqında arayış
- Sənədin əsli
Ali təhsil haqqında diploma əlavələr
- Sənədin əsli
Şəxsiyyət vəsiqəsi
- Sənədin surəti (kağız formada)
Əmək kitabçası
- Sənədin surəti (kağız formada)
Ərizə
- Xidmətin təqdim edildiyi internet informasiya ehtiyatında elektron formada doldurulur
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • İstifadəçi elektron ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi internet informasiya ehtiyatına (www.edu.gov.az səhifəsinə) daxil olaraq "Müəllimlərin işə qəbulu" bannerinin üzərindən vurur və açılan səhifədən elektron ərizə bölməsinə keçid alır. Elektron ərizəyə bütün məlumatları daxil etdikdən sonra istifadəçi "Qeydiyyat" düyməsini sıxaraq ərizəsini qeydiyyatdan keçirir. İstifadəçi qeydiyyata alınan ərizəsini bir daha diqqətlə yoxlayır və məlumatların düzgünlüyünə əmin olduqdan sonra "Təsdiq edirəm" düyməsini sıxır. Elektron ərizə təsdiq edildikdən sonra proqram tərəfindən istifadəçiyə şəxsi kod və parol təyin olunur. Təyin edilən şəxsi kod və parol mütləq yazılıb götürülür və ya çap edilir. Şəxsi kod və parol hər bir istifadəçiyə onun üçün nəzərdə tutulmuş "Şəxsi səhifə"yə daxil olmağa, test imtahanında iştirak etməyə və imtahan nəticəsi haqqında məlumat əldə etməyə icazə verir. Elektron ərizələrin qəbulu vaxtı hər il Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və elan edilir. Qarşısında (H-1) və (H-2) işarəsi olan vakant yerlər kənd məktəblərində həvəsləndirmə tədbirlərinin tətbiqi nəzərdə tutulan yerlərdir. Hər bir namizəd ixtisası üzrə ən çoxu 8 (səkkiz) vakant yer seçə bilər. İmtahanın nəticəsi əsasında namizədlərin vakant yerlərə yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə aparılır. Elektron ərizələrin qəbulu başa çatdıqdan 5 (beş) təqvim günü sonra ərizəsi təsdiqlənmiş namizədlər üçün müsabiqəyə buraxılma, test imtahanının keçirilmə vaxtı və yeri barədə məlumatlar onların "Şəxsi səhifə"sində yerləşdirilir. Müsabiqənin birinci mərhələsində hər bir namizədin qiymətləndirməsi "Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları" əsasında elektron proqram təminatı vasitəsilə aparılır. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsində test imtahanın keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən müvafiq ixtisaslar üzrə işçi qrupları yaradılır və "Test bankı" hazırlanır. Müsabiqə iştirakçıları imtahanın başlanmasına 1 (bir) saat qalmış qeydiyyatdan keçməlidirlər. Bunun üçün şəxsiyyət vəsiqəsinin əsli təqdim edilir. Şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmadıqda, namizəd imtahana buraxılmır. Hər hansı bir səbəbdən göstərilən vaxtda imtahanda iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir. İmtahanda iştirak edən hər bir namizədə fərdi olaraq kompyuterdə uyğun ixtisaslar üzrə ümumtəhsil məktəbləri üçün fənn proqramının məzmununa aid 25 test, metodika və təlim strategiyalarına aid 5 test, məntiq və ümumi dünyagörüşünə aid 5 test olmaqla, cəmi 35 sual təqdim edilir. Sualların cavablandırılmasına 60 dəqiqə vaxt ayrılır. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir və verilmiş vaxt ərzində icra olunduqdan dərhal sonra düzgün cavabların sayına uyğun topladığı bal kompyuterin ekranında göstərilir. Test tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 28 və daha çoxuna düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunurlar. Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərə namizədlər üçün test tapşırıqlarının 60 faizinə, yəni 21 və daha çoxuna düzgün cavab keçid balı hesab olunur. İşə qəbul üzrə müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi, vakant yerlərin sayına və seçim ardıcıllığına uyğun hər bir ixtisas üzrə ən yüksək bal toplamış namizəddən başlayaraq yerləşdirmə elektron proqram təminatı vasitəsilə dərhal imtahandan sonra həyata keçirilir və nəticələr barədə məlumat hər bir namizədin "Şəxsi səhifə"sinə göndərilir. Müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin yekununa uyğun topladığı ümumi bal və III mərhələsində iştirak barədə məlumat hər bir namizədin "Şəxsi səhifə"sinə göndərilir. Müsabiqənin III mərhələsinə buraxılmış namizədlər "Şəxsi səhifə"də qeyd olunan tarixdə şəxsi işini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər) (xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə), şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası (əgər varsa) və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydasında təsdiq olunmuş surəti) müsabiqə komissiyasına təqdim etməlidirlər. Müsahibə mərhələsindən əvvəl namizədin elektron ərizəsində qeyd olunmuş məlumatların düzgünlüyü sənədlərin əsli ilə yoxlanılır. Elektron ərizədəki məlumatlarla təqdim edilən sənədlər arasında uyğunsuzluq halları aşkarlandıqda, o cümlədən təhsil sənədi dövlət nümunəli olmadıqda və ya hazırda müəllim işlədiyi məlum edildikdə həmin namizəd müsabiqədən kənarlaşdırılır. Hər hansı ixtisas üzrə bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda, müsabiqə komissiyası təhsil səviyyəsi və seçdiyi vakant yerin yaşayış yerinə yaxın olmasını araşdırmaqla müvafiq qərar qəbul edir. İşə qəbul üzrə müsabiqənin nəticələrinə görə hər bir ixtisas üzrə boş qalan yerlər barədə məlumatlar "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində "Şəxsi səhifə" daxilində yerləşdirilir. Bütün ixtisaslar üzrə müsahibə mərhələsi başa çatdıqdan sonra, müsabiqənin nəticəsinə görə keçid balı toplayaraq seçdiyi vakant yerə işə qəbul oluna bilməyən namizədlər Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş müddətdə "Şəxsi səhifə"sindən boş qalan yerlər haqqında məlumatla tanış olub uyğun ixtisas üzrə ən çoxu 4 vakant yer seçərək əlavə yerləşdirmədə iştirak edirlər. Əlavə yerləşdirmə üçün boş qalan yerlərin seçimi bitdikdən sonra müsabiqədə ən çox bal toplayandan başlayaraq yerləşdirmə elektron proqram təminatı vasitəsilə həyata keçirilir və nəticələr namizədlərin "Şəxsi səhifə"sinə göndərilir. İşə qəbul olunanlar müsahibə qaydalarına uyğun olaraq sənədlərini təqdim etməklə müsahibədən keçirilir. Müsahibə mərhələsindən əvvəl namizədin elektron ərizəsində qeyd olunmuş məlumatlar sənədlərin əsli ilə tutuşdurularaq təsdiqlənir. Müsahibə zamanı nitq qabiliyyəti və tibbi-psixoloji durum barədə "uyğundur" və ya "uyğun deyil" qeydlər edilir, ümumi dünyagörüşü, peşə kompetensiyaları və şəxsi keyfiyyətlər isə beş ballıq şkala üzrə qiymətləndirilir. Müsabiqənin yekun nəticələrinə əsasən işə qəbul edilən müəllimlər müəyyənləşdirildikdən sonra onların siyahısı Nazirliyin İnternet saytında yerləşdirilir, müvafiq siyahılar göndərişlə aidiyyəti üzrə təhsili idarəetmə orqanlarına, Nazirliyin birbaşa tabeliyində olan müəssisələrə göndərilir. Nazirliyin göndərişi əsasında təhsil müəssisəsinin rəhbəri ilə müəllim arasında əmək müqaviləsi bağlanılır işə qəbul əmrlə rəsmiləşdirilir. Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra, hər bir ixtisas üzrə keçid balını toplayıb, lakin işə qəbul olunmayanların siyahısı müsabiqə komissiyası tərəfindən təsdiq olunur.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Tam avtomatlaşdırlıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Təhsil Nazirliyi


Ünvan: place AZ- 1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti, 49
Telefon: (012) 599-1155
Faks: (012) 496-3483
E-poçt: info@edu.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.edu.gov.az
VÖEN: 1500046011
Ödəmə rekvizitləri:
Bakı şəhəri, Xətai prospekti, 49
Azərbaycan Respublikası
Təhsil Nazirliyi
VÖEN 1500046011
Hesab№ AZ30CTRE00000000000002168501
Dövlət Xəzinədarlıq Agentliyi
Kod 210005
m/h AZ41NABZ01360100000000003944
VÖEN : 1401555071
S.W.I.F.T Bik. CTREAZ22
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi ("Qaynar xətt” xidməti) - Telefon: 146 - 1 Təhsil Nazirliyinin Kommutator xidməti - Telefonlar: (+99412) 599-11-55 İş vaxtı: I-V günlər, saat: 9:00-dan 18:00-dək Fasilə 13:00-14:00-dək.
message